Əbu İsa Xəllad ibn Xalid əş-Şeybani (; ) — on qiraət imamlarından Həmzənin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "ق" hərfidir.

Bioqrafiyası Künyəsi Əbu Əbdullah, nisbələri "Səyrəfi" ilə "Kufi"dir.

Süleym ibn İsa, Hüseyn ibn Əli əl-Cufi, Məhəmməd ibn Həsən ər-Rəvvasi kimi şəxslərdən qiraət öyrənib, Əbu Züra ər-Razi ilə Əbu Hətim ər-Razi isə hədis rəvayət ediblər.

Abbas ibn Məhəmməd əd-Duri onun qiraətini tərifləmiş, Əbu Hətim isə "siqa" adlandırmışdır.

O, hicri 220-ci (835) ildə Kufədə vəfat edib.

Həmçinin bax Xələf əl-Bəzzar

İstinadlar