Yelena Vladimirovna Romanova (; ) — Rusiya çarı II Aleksandrın nəvəsi, böyük knyaginya.

1882-ci ildə Çarskoye seloda dünyaya gəldi. Atası böyük knyaz Vladimir rus çarı II Aleksandrın oğlu, anası Mariya Pavlovna isə Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin qızıdır. Saray mürəbbiyələri tərəfindən təlim-tərbiyə edildi. Rus, ingilis, alman və fransız dillərini öyrəndi.

1899-cu ildə Avstriya hersoqu Frans Ferdinandla nişanlansa da, bu evlilik baş tutmadı. 1900-cü ildə Yunanıstan və Danimarka şahzadəsi Şahzadə Nikolayla nişanlandı. Bəy namizədinin anası Kraliça Olqa atasının əmisi qızı idi. Cütlük 29 avqust 1902-ci ildə Çarskoye seloda evləndilər. Cütlüyün bu nigahdan 3 qızı dünyaya gəldi.

Şahzadə Olqa Şahzadə Yelizaveta Şahzadə Marina

Mərkəzdən kənarda sakit bir həyat yaşayan cütlük 1917 Oktyabr inqilabı və Yunanıstanda muxtariyyətin ləğvindən sonra maddi sıxıntılar çəkməyə başladı. Sürgün edilən cütlük bir müddət Fransada yaşadı. Hər 3 qızını da Avropanın monarx ailələrinə gəlin köçürməsi ailənin maddi rifahını nisbətən yaxşılaşdırdı. 1936-cı ildə sürgün qərarı ləğv edildi və Şahzadə Nikolay xanımıyla birlikdə Afinaya döndü. 1938-ci ildə ərinin ölümünün ardından Yunanıstanda qalmağa davam etdi. 1957-ci ildə burada vəfat etdi. İkinci Dünya müharibəsi illərində yazdığı xatirələri yunan dilinə tərcümə edildi və 2024-cü ildə nəşr olundu.

Mənbə

Ədəbiyyat

Charlotte Zeepvat, The Camera and the Tsars: A Romanov Family Album, Sutton Publishing, 2004, Clarke, William M. (2007). Romanoff Gold: The Lost Fortune of the Tsars. Stroud: Sutton Publishing. p. n10. ISBN 978-0-7509-4499-1 Mateos Sáinz de Medrano, Ricardo (2004). La familia de la reina Sofía: la dinastía griega, la Casa de Hannover y los reales primos de Europa (in Spanish). Madrid: La Esfera de los Libros. p. 248. ISBN 978-84-9734-195-0 Warwick, Christopher (2016). George and Marina: Duke and Duchess of Kent. London: Albert Bridge Books. p. 4. ISBN 9781909771154 Ioanna Varvalouka, The Diary of Princess Elena of Nicholas. Days of Occupation, Days of Liberation 1941-1946 [in Greek], Athens, 2024. ISBN 978-618-218-044-0 Vickers, Hugo (2000). Alice : Princess Andrew of Greece. London: Hamish Hamilton. p. 69. ISBN 0-241-13686-5 Heren, Louise (2016). British Nannies and the Great War: How Norland's Regiment of Nannies Coped with Conflict & Childcare in the Great War. Barnsley: Pen & Sword History. p. 18. ISBN 978-1-4738-2753-0

İstinadlar Kateqoriya:Yunanıstanın qadın şahzadələri