Maunder minimumu (ing. Maunder Minimum), həmçinin "uzunmüddətli günəş ləkələri minimumu" kimi də tanınan, təxminən 1645-1715-ci illəri əhatə edən və günəş ləkələrinin son dərəcə nadir müşahidə olunduğu bir dövr idi. 1672-1699-cu illəri əhatə edən 28 illik dövrdə müşahidələr minimum həddə, 50-dən az günəş ləkəsi aşkar etmişdir. Bu, müasir dövrdə oxşar bir müddət ərzində müşahidə edilən tipik 40.000-50.000 günəş ləkələri ilə ziddiyyət təşkil edir.
Maunder Minimumu ilk dəfə Qustav Şpörer tərəfindən 1887 və 1889-cu illərdəki nəşrlərində qeyd edilmiş, bu tədqiqat Londondakı Kral Astronomiya Cəmiyyətinə ötürülmüş, daha sonra isə günəş astronomları Edvard Volter Maunder (1851–1928) və həmçinin günəş ləkələrinin enliklərinin zamana nisbətən necə dəyişdiyini də araşdıran həyat yoldaşı Enni Rassell Maunder (1868–1947) tərəfindən genişləndirilmişdir. 1890 və 1894-cü illərdə Edvard Maunderin imzası ilə iki məqalə dərc olunmuşdu və o, burada daha əvvəllər Qustav Şpörer tərəfindən yazılmış iki məqaləyə istinad etmişdir. Anni Maunder universitet dərəcəsi almadığı üçün o dövrdəki məhdudiyyətlər onun töhfəsinin ictimaiyyət tərəfindən tanınmamasına səbəb oldu. Maunder minimum termini 1976-cı ildə Science jurnalında mühüm bir məqalə dərc edən Con A. Eddi tərəfindən populyarlaşdırılmışdır
Maunder minimumu, Avropada temperaturun orta göstəricidən aşağı olduğu uzun bir dövrü (təxminən 1300–1850-ci illər) əhatə edən Kiçik buz dövrü daxilində baş vermişdir. Günəş aktivliyinin azalması iqlim soyumasına təsir göstərmiş ola bilər, hərçənd soyuma günəş minimumundan əvvəl başlamış və bunun əsas səbəbinin vulkanik aktivlik olduğu hesab edilir.
Başqa müşahidələr thumb|Radiokarbon vasitəsilə qeydə alınmış Günəş aktivliyi hadisələri thumb|Berillium-10 qatılığına (konsentrasiyasına) əsasən günəş ləkələrinin sayındakı dəyişikliklər və kozmogen izotopların hasilatı da daxil olmaqla, Günəş aktivliyinin proksilərini (dolayı göstəricilərini) əks etdirən qrafik.
İstinadlar
Kateqoriya:XVII əsrdə ətraf mühit