Xaris Yumaqul oğlu Yumaqulov (; ) — Başqırd milli hərəkatının liderlərindən biri, dövlət xadimi, Başinqilabkomun sədri (1919-1920).
Həyatı Xaris Yumaqul oğlu Yumaqulov 1890-ci il dekabrın 22-də keçmiş Rusiya imperiyası Samarski quberniyası Puqaçov qəzasının Xasanov kəndində (indiki Samara vilayətinin Bolşeçerniqov rayonu) anadan olumuşdur.Статья в Башкортостан: Краткая энциклопедия2019|bot=InternetArchiveBot}} 1918-ci il yanvar ayının sonunda Rusiyada miladi təqvimində günlərin astronomik təqvimdən geri qaldığını aradan qaldırmaq üçün yeni təqvimə keçildi. Buna görə də qaynaqların çoxunda Xaris Yumaqulovun doğum tarixi 1891-ci il yanvar ayının 3-ü kimi göstərilir. Başqırd, tatar, qazax qaynaqlarında onun adı və soyadı Xaris, Haris, Yumaqul ulu, Cumaqul ulı, Jumaqul uli kimi də yazılır. Atasının adından Rusiyanın məmurları Xarisə soyadı düzəldərək rəsmi sənədlərdə Yumaqulov yazmışlar.Əli Şamil. Türk Dünyasının Məşhurları.https://turuz.com/saz/search?content=&q=Əli+Şamil
Milliyyətcə başqırd olan Yumaqulov ilk təhsilini kənd məktəbində, mollaxanada aldıqdan sonra Rus-tuzem məktəbi adlandırılan Avropa tipli təhsil ocağında oxumuşdur. Yaşıdları arasında oxumağa marağı, diribaşlığı, hazırcavablığı ilə seçilən Xaris Yumaqulov gimnaziyanı başa vurduqdan sonra 1914-1916-cı illlərdə Moskvadakı Ali Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Təhsil illərində o elmi biliklərə, seçdiyi ixtisasa dərindən yiyələnməkdən çox ictimai-siyasi işlərə maraq göstərmişdir. . 1917-ci ildə Moskva praporşiklər məktəbini bitirib .
Fəaliyyəti 1917-ci ildən 1920-ci ilə qədər Rusiya Kommunist Partiyasının (bolşeviklər) və 1931-ci ildən 1935-ci ilə qədər Ümumittifaq Kommunist (Bolşeviklər) partiyasının üzvü olmuşdur. Fevral inqilabından sonra Başqırd milli hərəkatının liderlərindən biri olur, Başqırd milli hərəkatında sol radikal qanadı təmsil edir. 1917-ci ilin iyul avqust aylarında I və II Ümumbaşkir qurultaylarından sonra Xaris Yumaqulov Başkırdıstan Vilayət Şurasının, Başqırdıstan Hökumətinin üzvü seçilir. III Ümumbaşkir təsis qurultayı zamanı isə Kiçik Qurultay öncəsi parlamentə üzv seçilmişdir.
O, 1919-cu ildə "İrek" Başqırd Milli Partiyasının sədri seçilmişdir. Sovet hakimiyyəti tərəfindən muxtariyyətin tanınmasından sonra Xaris Yumaqulov Başqırd İnqilab Komitəsinin sədri (1919-1920) və RKP (b) Başqırd vilayət komitəsinin katibi olur.1920-ci ildə yanvar münaqişəsinin iştirakçılarından biri olur və 1920-ci ilin yanvarında o, tapşırıqları yerinə yetirmədiyinə, milli kadrları müdafiə etdiyinə görə RKP (b)-dən qovulur və Moskvaya geri çağırılır.
1921-ci ildən etibarən Yumaqulov Başqırd Muxtar Sovet Sosialist Respublikası Müəllimlər Kurslarının rəhbəri və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti yanında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Daimi Nümayəndəliyində müvəkkil təyin edilir.
Moskvada işləyərkən bolşeviklərin milli məsələdə, insan haqlarında yanlış mövqe tutduqlarını, söz azadlığını boğduqlarını gördükdə gizli fəaliyyət göstərən təşkilata üzv yazılır. Bu təşkilat Vahid Türk Tatar Dövləti qurmaq üçün fəaliyyətə başlamışdır. Təşkilata Azərbaycandan Soltanməcid Əfəndizadə, Dadaş Bünyadzadə, Bəkir Çobanzadə, Özbəkistandan Abdulla Rahimbayov, Qazaxıstandan Turar Rıskulov, Sencer Asfandiyarov, Krımdan Şuqu Emirhesen, Qaraçay –Çərkəzdən Ömər Əliyev, Dağıstandan Taho Qado və başqa yüksək vəzifəli Sovet məmurları, alimləri, ziyalıları daxil idi.
Gizli təşkilatda antisovet fəaliyyət göstərsə də 1931-ci ildə yenidən Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasına üzvlüyü bərpa edildi. 1935-ci ilədək SSRİ Taxılçılıq və Heyvandarlıq Sovxozları üzrə Qərbi Sibir Xalq Komissarlığında uçot və statistika şöbəsinin müdiri işləyir.
1931-ci ildə Sov.İKP-na bərpa olunur. 1935-ci ildə isə partiyadan xaric edilir.
"Başqırd millətçisi" kimi repressiyaya məruz qalaraq, 1937-ci ilin iyulun 27-də anti-sovet millətçi təşkilatında iştirak etməkdə ittiham olunaraq həbs edilir, noyabrın 2-də güllələnir. . Xaris Yumaqulov 1959-ci ildə reabilitasiya olunmuşdur.Статья в Уральской исторической энциклопедии. Bacısı -ictimai fəal Rabiqə Yangulovna Kuşayeva, 1937-ci ilin yayında öldürülmüşdür.
İstinadlar
Ədəbiyyat Об одном неудачном опыте изучения национальной политики в Башкирии в 1918—1920 гг. // Пролетарская революция. 1928. № 3(74). — С. 170—195. Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə bərpa edilənlər Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Başqırd MSSR Kateqoriya:Dövlət xadimləri Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar