Böyük gözəllik () — İtaliya kinorejissoru Paolo Sorrentinonun 2013-cü ildə ekranlara çıxmış filmi. Həmin il Kann kinofestivalında film "Qızıl palma budağı" uğrunda yarışa qoşulub. Toronto Beynəlxalq Film Festivalı və Reykyavik Avropa Film Festivalı da onu proqramlarına alıb. Tallinn qara gecələr festivalında isə "Böyük priz" məhz bu filmə verilib.
"Ən yaxşı əcnəbidilli film" kateqoriyasında 86-cı "Oskar", "Qızıl Qlobus" və "BAFTA" mükafatlarını bir arada qazanan film kinonun ən uğurlu nümunələrindən biri sayılır. İtalyan "Medusa Film", "Indigo Film" və fransız "Babe Films" şirkətlərinin ortaqlığı ilə ekrana gələn əsərə "Banca Popolare di Vicenza", "Pathé" və "France 2 Cinéma" maliyyə dəstəyi verir. Çəkilişlərə 9.2 milyon avro xərclənən film dünya üzrə 24 milyon dollardan çox gəlir əldə edib.
Təsvir Bəzi insanlar həyatı yaşayır. Bəziləri isə sadəcə seyr edir. Cep Qambardella ikinci dəstədəndir. Onilliklər boyu Romanın ən parlaq gecələrinin ortasında olub, ən doğru sözü deyib, ən düzgün vaxtda gülüb. Tək bir roman yazıb, o roman da onu əbədi yaşadıb. Bundan sonra yazmayıb. Çünki yazmaq lazım olmayıb. Roma onsuz da onundur. Elə ki 65 yaşına girənədək... Keçmişdən bir xəbər gəlir. Kiçik bir şey. Amma insanı içindən yıxan şeylər də həmişə kiçik olur...
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2013-cü ilin dram filmləri Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:Jurnalistlər haqqında filmlər Kateqoriya:Pathé filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:2010-cu illərin italyan dilli filmləri Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:İntihar haqqında filmlər Kateqoriya:İtaliyanın komediya filmləri