Şahzadə Karolina Yelizaveta (; ) — Britaniya kralı II Georqun qızı. Heç vaxt evlənmədi və övladı olmadı.
Alman şahzadəsi kimi doğulsa da, babasının 1714-cü ildə Böyük Britaniya və İrlandiya kralı olmasıyla həyatı dəyişdi. Buna baxmayaraq doğulduğu Hannover torpaqlarında qaldı. Alman, fransız və ingilis dillərində təhsil aldı. 1727-ci ildə babasının ölümü və atasının II Georq adıyla taxta çıxmasının ardından Britaniyaya gətirildi və ölümünədək burada yaşadı.
Uzun illər saray xadimlərindən biri olan evli Lord Herveylə eşq yaşasa da, bu münasibət uzun çəkmədi. 1743-cü ildə lord vəfat etdi və Şahzadə Karolina qalan illərini Sent-Ceyms sarayında yaşadı. 28 dekabr 1757-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Van der Kiste, John (1997) George II and Queen Caroline. Stroud, Gloucestershire: Sutton Publishing. . Weir, Alison (1996) Britain's Royal Families: The Complete Genealogy. London: Random House. ISBN 0-7126-7448-9
İstinadlar
Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri