Yeddi Krallığın Cəngavəri — İra Parker və Corc RR Martin tərəfindən yaradılan ABŞ fantastik dram televiziya serialı. "Taxt Oyunları" (2011–2019) filmindən əvvəl baş verənlər haqqında olan bu serial, Martinin "Buz və Od Nəğməsi" franşizasının üçüncü televiziya serialıdır və "Çəpər Cəngavəri" ilə başlayan "Dank və Yumurta hekayələri " povest kitablarının adaptasiyasıdır. Filmdə baş rolları Peter Klaffi və Dekster Sol Ansel canlandırır. Klaffi cəngavər olduğunu iddia edən Uzun Dankın "Dank" obrazını, Ansel isə onun köməkçisi olan Eyqon "Yumurta" Tarqaryen obrazını canlandırır.

Serialın premyerası 18 yanvar 2026-cı ildə HBO-da baş tutmuşdur. Serialın altı seriyadan ibarət ilk mövsümü yayımlanmışdır. 2025-ci ilin noyabr ayında, birinci mövsümün premyerasından əvvəl, serialın "Andlı qılınc " əsərinə əsaslanacaq və 2027-ci ildə yayımlanacağı gözlənilən ikinci mövsümü elan edilmişdir.

Rollarda Peter Klaffi, Cənab Uzun Dankn "Dank", əsil-nəcabətsiz çəpər cəngavəri rolunda Bamber Tod gənc Dank rolunu canlandırır. Dekster Sol Ansell Şahzadə Eqon "Yumurta" Tarqaryen rolunda, Dankın özünə köməkçi seçdiyi uşağı canlandırır.

Buraxılış İlk mövsüm 18 yanvar 2026-cı ildə HBO və HBO Max kanallarında nümayiş olunub və altı bölümdən ibarətdir. Serialın premyerası 13 yanvar 2026-cı ildə Berlində, HBO Max-ın Almaniyadakı iki seriyalı təqdimat mərasimində baş tutmuşdur.

Tənqidi yanaşma Rəy aqreqatoru olan Rotten Tomatoes veb saytı 163 tənqidçi rəyinə əsasən seriala 94% təsdiq reytinqi verib. Veb saytın tənqidçilərinin yekdil rəyində deyilir: "Yeddi Krallığın Cəngavəri, rəqiblərini məğlub etməkdənsə, dostluq-komediya sahəsində daha yaxşı özünü göstərən, Vesterosa xoş bir qayıdışdır." Ağırlıqlı orta göstəricidən istifadə edən Metacritic isə 37 tənqidçinin rəyinə əsasən 100 üzərindən seriala 74 bal verib ki, bu da "ümumiyyətlə müsbət" rəylər olduğunu göstərir.

İstinadlar

Kateqoriya:Buzla alovun nəğməsinə əsaslanan əsərlər Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:ABŞ romanlarına əsaslanan teleseriallar Kateqoriya:Epik fentezi teleserialları Kateqoriya:HBO televiziya dramları Kateqoriya:Taxt oyunları Kateqoriya:ABŞ-nin fentezi dram teleserialları Kateqoriya:2020-ci illərin ABŞ dram teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Fantastika əsərləri əsasında çəkilən filmlər Kateqoriya:HBO Max orijinal proqramları Kateqoriya:İstehsalda olan teleseriallar Kateqoriya:Komediya-dram teleserialları Kateqoriya:Televiziya spin-offları Kateqoriya:Macəra teleserialları