Avstriyalı Lüdviq Viktor (; ) — Müqəddəs Roma imperatoru II Fransın nəvəsi, Avstriya hersoqu, Habsburq ailəsinin bir üzvü. Eyni zamanda, Avstriya imperatoru I Frans İosifin və Meksika imperatoru I Maksimilyanın qardaşıdır. Homoseksuallığı açıq şəkildə bilinirdi və evlənməsi üçün ona təklif edilən bir çox Avropa şahzadəsindən imtina etdi. Xeyriyyəçiliyi və incəsənətə olan meyilliliyi ilə tanınır.
15 may 1842-ci ildə Vyanadakı Hofburq sarayında dünyaya gəldi. Atası Avstriya imperatoru II Fransın oğlu hersoq Frans Karl, anası isə Bavariya kralı I Maksimilyanın qızı hersoginya Sofiya Frederikadır. Doğulduğu əsnada əmisi I Ferdinand hələ də taxtda idi. Ancaq əmisi epilepsiya və hidrosefaliya kimi xəstəliklərdən əziyyət çəkirdi. Üstəlik evli olmasına baxmayaraq, hələ də bir varisi yox idi. Digər yandan taxt sıralamasında olan atası hersoq Frans Karl dövlət işlərində səriştəsiz və eyş-işrətə düşkün biri idi. Bu səbəblə gözü dövlət işlərində olan anası hersoginya Sofiya Frederika tərəfindən gələcəkdə taxta çıxması üçün mükəmməl təlim-tərbiyə aldı.
1848 Avstriya inqilabının bir nəticəsi kimi, böyük qardaşı I Frans İosif taxta çıxdı. Ancaq yaşadığı skandal həyat tərzi və homoseksuallığı səbəbilə, qardaşı tərəfindən Vyanadan qovuldu. Qalan ömrünü Zalsburq yaxınlığındakı bir sarayda yaşadı və 1919-cu ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
"Genealogie des Allerhöchsten Herrscherhauses", Hof- und Staatshandbuch der Österreichisch-Ungarischen Monarchie, 1918, p. 3 "Real y distinguida orden de Carlos III", Guía Oficial de España, 1911, p. 168
İstinadlar
Kateqoriya:Avstriya ershersoqları Kateqoriya:Avstriyada LGBT Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Avstriyada LGBT şəxslər Kateqoriya:Homoseksual siyasətçilər Kateqoriya:Xeyriyyəçilər Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:İncəsənət kolleksiyaçıları Kateqoriya:LGBT tarixi