Yadullah Səfəri (1967-ci il təvəllüdlü) İranın Mütəxəssislər Məclisinin Azərbaycan əsilli üzvü. O, həmin Məclisdə Ərdəbil əyalətinin nümayəndəsi olaraq 200.630 səs qazanaraq, Mütəxəssislər Məclisinə səkkiz illik müddətə seçilib.

Y.Səfəri 1983-cü ildə Ərdəbil Mədrəsəsinə daxil olub və orada Moravej, Hatəmi və Mirdaməd kimi alimlərdən dərs alıb. Sonra o, təhsilini davam etdirmək üçün 1989-cu ildə Qum Mədrəsəsinə daxil olub və Pəyani, Nekonam, Mühəqiq və Etimadi kimi alimlərdən fiqh və prinsiplər üzrə təhsil alıb.

4 il ərzində Məkarim Şirazinin xarici fiqh kursunda iştirak edib və seminariya tezisi yazaraq dördüncü seminariya səviyyəsinə layiq görülüb.

Yadullah Səfəri həmçinin "İmam Sadiq İnstitutu"nda fəlsəfə və ilahiyyat ixtisasına qəbul edilib, həmin İnstitutda tədqiqatçı kimi tanınmışdır. Səfəri, Həvzanın son akademik səviyyəsi olan dördüncü səviyyəni (Həvza) bitirdikdən sonra bölgə alimlərinin xahişi ilə Germi şəhristanının cümə pişnamazı təyin edilmiş və təxminən 26 il bu vəzifədə çalışmışdır.

Əsərləri

Nəhcül-Bəlağədə təqvalıların xütbəsinin şərhi; Dua; İslahatçı və yurda merac; 25 etik məqalə; Əxlaqın fəzilətləri və eybləri; İdarəetmə sahəsində ədalətin rolu; Qurandan xütbələr; Quranda qiyamət gününün adları; Hökmlərin ayələri (nikah və onun pozulmasının səbəbləri)

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1967-ci ildə doğulanlar