thumb|Rusiya konstitusiyasının prezident üçün nəzərdə tutulmuş xüsusi nüsxəsi.

Rusiyada hüquq və ya Rusiya Federasiyasının hüquq sistemi — Rusiya dövlətinə məxsus hüquq normalarının məcmusu. Rusiya konstitusiya hüququnun mənbələri "mövcud normaların rəsmi deposu" funksiyasını daşıyır. Rusiya hüququnun ən geniş yayılmış mənbələri normativ hüquqi aktlardır.

Dünyanın böyük dövlətlərindən biri olan Rusiya, məhkəmə müstəqilliyi sahəsində öz hüquq sistemi daxilində mühüm islahatlar həyata keçirməkdədir. Əvvəllər dövlətin hüquqdan üstün olduğu qəbul edilirdisə, müasir dövrdə hüququn dövlətdən daha prioritet mövqedə olduğu prinsipi (hüquqi dövlət konsepsiyası) geniş qəbul olunur. Rusiya konstitusiyasının 1-ci maddəsinə görə: "Rusiya, idarəetmə forması respublika olan demokratik federativ hüquqi dövlətdir."

Hakimiyyət bölgüsü

Rusiyada qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin müstəqilliyi qəbul edilmişdir. Hakimiyyət bölgüsü prinsipi aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: Federasiya ilə subyektlər arasında icraedici səlahiyyətlərin bölüşdürülməsi; Federal orqanlar və yerli hakimiyyət orqanlarının səlahiyyət dairəsinin dəqiq müəyyənləşdirilməsi; Federal qanunvericiliyin üstünlüyü və digər hüquqi aktların federal qanunlara müvafiq olmasının təmin edilməsi.

Dövlət idarəçiliyi

Rusiya prezidentli-parlamentli respublika quruluşuna malikdir. Prezident dövlətin başçısıdır, Baş nazir isə hökumətin (icraedici hakimiyyətin) rəhbəridir.

İstinadlar

Ədəbiyyat siyahısı

 — 1192 цитирований на август 2020  — 244 цитирования на август 2020

Kateqoriya:Hüquq sistemləri Kateqoriya:Rusiyada hüquq