Goranboy Olimpiya İdman Kompleksi — Goranboy rayonunda yerləşən kompleksin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi ilə 2014-cü ildə başlanılmış və 2021-ci ilin 22 iyul tarixində istifadəyə verilmiş və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə kompleksin açılışı olmuşdur. Kompleksə rəhbərlik Tural Bədəlov tərəfindən həyata keçirilir.

Tarixi Bakıdan 317 km, Qarabağdan 40–45 km məsafədə, Gəncə-Goranboy avtomobil yolu üzərində, rayonun 11-ci məhəlləsində, H. Əliyev prospektində, yerləşən Goranboy Olimpiya İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi ilə 2014-cü ildə başlanılmışdır və 2021-ci ilin iyulun 22-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə kompleksin açılışı olmuşdur.

Modern memarlıq üslubunda tikilmiş Goranboy Olimpiya İdman Kompleksinin ərazisi 3,0245 hektardır. Tikintialtı sahəsi 6106 m², ümumi sahəsi 9137 m² olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub. Kompleksdə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb.

Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərir. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var.

Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.

Memarlıq və infrastruktur Goranboy Olimpiya Kompleksində idman və kütləvi tədbirlər üçün nəzərdə tutulmuş obyektlərə uyğun olaraq yanğın təhlükəsizliyi sistemləri müasir norma və standartlara əsasən icra edilmişdir.

Kompleksin baş planının memarlıq-planlaşdırma həlli, binanın sahəyə əlverişli oturdulması, qalan torpaq sahəsindən səmərəli istifadə olunması və zonalaşdırılması nəzərə alınmaqla işlənib hazırlanmışdır. Kompleksdə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirilməsi üçün geniş imkanlar yaradılmışdır. Kompleks bir-birinə şüşə qaleriya ilə bağlanan 2 korpusdan ibarətdir: əsas bina və hotel bölümü.

İdman Kompleksi Binasının Fəza qəfəs sistemli və onun əyimli dizaynlı dam örtüyü ilə əlaqədar olaraq damdan yağıntı sularının axıdılması üçün "Sifonik sistem" tətbiq edilmişdir. Damda tətbiq edilən yağış suyu sifonik sistemi, ənənəvi sistemlərdən fərqli olaraq, ağırlıq qüvvəsi əvəzinə vakuum effektindən istifadə edərək yağış sularını kənarlaşdıran müasir drenaj sistemidir. Sistem xüsusi hazırlanmış boruların tamamilə su ilə doldurulması və təzyiq (vakuum) yaratması prinsipinə əsaslanır. Beləliklə, memarlıq dizaynına uyğun olaraq elastiklik təmin edilir, borularda heç bir yamac olmadan su tez və effektiv şəkildə boşaldılır.

İdman Kompleksi Binasının universal zalının əyri-xətti konstruksiyasına uyğun olaraq dəmir-beton maili tir və sütunlar (qeyri-standart qəliblərə və həndəsi kəsiklərə malik) ağıllı betondan istifadə etməklə tökülüb. Öz-özünə sıxlaşan beton, beton texnologiyasında mühüm yenilik olub, yüksək möhkəmliyə və davamlılığa malikdir.

İdman Kompleksi Binasında avtomatlaşdırılmış mexaniki sistemdən istifadə edilmişdir. Mexanik sistemin avtomatlaşdırılması istilik, soyutma, ventilyasiya, su, çirkab su və hovuz sistemləri kimi komponentlərin səmərəli, təhlükəsiz və insan müdaxiləsini aza endirərək idarə olunmasını təmin edən sistemlərə aiddir. Bu sistemlər əvvəlcədən müəyyən edilmiş ssenarilərə uyğun işləməsini təmin etmək üçün sensorlar, idarəetmə blokları və elektron proqramlaşdırıla bilən proqram təminatından istifadə edir, beləliklə, rahatlığı qoruyur, enerjiyə qənaət edir və əməliyyat səmərəliliyini artırır.

Kompleksin əsas binasının giriş foyesində H. Əliyev güşəsi, serviz – mətbəxt olan, 50 nəfərin eyni vaxtda rahat istifadəsi üçün kafe nəzərdə tutulmuşdur.

Girişin sağ tərəfində basketbol, voleybol, həndbol, mini-futbol yarışlarının keçirilməsi mümkün olan tamaşaçı oturacaq yerlərinin sayı 909 (4 əlillər üçün) olan universal idman zalı yerləşir. Universal idman zalında müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılmışdır. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilmişdir. Kompleksin sol tərəfində koridor vasitəsilə ayrılan qarşı – qarşıya 205 tamaşaçı üçün nəzərdə tutulan, 12,5×25 m ölçülərində üzmə hovuzu olan 639 m² hovuz bölümü və tamaşaçı oturacaq yerlərinin sayı 216 olan 574 m² güləş zalı yer alır. Sahəsi 252 m² olan ağır atletika zalında müasir trenajor alətləri yerləşdirilmişdir. Həmçinin bu mərtəbədə masaj və sauna bölümləri də mövcuddur.

Binanın 2-ci mərtəbəsinin foyesindən universal idman zalına aid olan VİP lodjaya, şahmat oyun salonuna, 225 m² konferans zalına keçilir. Koridor vasitəsilə 240 m² – lik, tamaşaçı yerlərinin sayı 33 nəfər olan 6,0×6.0 m ölçüdə boks ringi, 5–6 ədəd məşq kisələrinin (qruşa) yerləşdiyi əlavə məşq sahəsi, idmançılar üçün 2 ədəd soyunub-geyinmə, sanitar qovşağı və duş qəbulu, məşqçi otaqları yerləşir. Koridorun sonunda gimnastika zalı yerləşir. Həmçinin inzabati hissədə — müdir, mühasibə və diğər işçi otaqları, dopinq kontrol, həkim otağı, kafe bölümü yer alır.

Həmçinin inzabati hissədə — müdir, mühasibə və diğər işçi otaqları, dopinq kontrol, həkim otağı, kafe bölümü yer alır. hotel korpusunun həmçinin ayrıca giriş də mövcuddur. 295 m² sahədə yerləşən 3 mərtəbəli hotelin girişində qeydiyyat otağı olan resepsiyon, mətbəxt və anbarı olan kafe və gözləmə bölümü yerləşir. 2-ci və 3-cü mərtəbələrdə 10 ədəd 2 nəfərlik, 8 ədəd 3 nəfərlik otaqlar yerləşir.

Kompleksin əsas binasının və hotel bölümünün bədii tərtibatında Qarabağ mövzusunda Azərbaycanın tanınmış 3 fotoqrafının; prof. Hüseyn Hüseynzadənin şəxsi arxivindən əldə edilmiş "Qarabağın tarixi memarlıq abidələri" və ustat fotoqraf Rauf Umudin "Qarabağ xalçaları" və "Tanınmış şəxsiyyətlər idmanın müxtəlif sahələrində" mövzusunda fotoqraf Faiq Rəcəblinin işləri sərğilənmişdir.

Layihə və tikinti işləri Kompleksin memarlıq layihəsi SETA Mimarlık Mühendislik Ltd. şirkəti tərəfindən hazırlanmış, tikinti işləri isə TAN İnşaat Taahhüt Sanayi ve Ticaret A.Ş. (İstanbul / Türkiye) tərəfindən həyata keçirilmişdir.

Mükafatları Gənclər və İdman Nazirliyi tərəfindən 9 yanvar 2025-ci il tarixdə "Buta Palace"da keçirilən, 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə, Goranboy rayon Olimpiya İdman Kompleksi "İlin ən yaxşı idman kompleksi" nominasiyası üzrə 2-ci yerə layiq görülmüşdür.

Qalereya

Həmçinin bax Azərbaycandakı olimpiya idman komplekslərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Ədəbiyyat

Kateqoriya:İdman biznesi Kateqoriya:Azərbaycandakı olimpiya idman kompleksləri Kateqoriya:2021-ci ildə Azərbaycanda yarananlar