Mr. Scorsese – amerikalı rejissor Martin Skorseze haqqında Rebekka Miller tərəfindən çəkilmiş beş hissəli sənədli serialdır. Ekran əsərində Robert De Niro, Mik Caqqer, Stiven Spilberq, həmçinin digər dostlar, ailə üzvləri və yaradıcı tərəfdaşlar ilə müsahibələr yer alır.

Serialın dünya premyerası 2025-ci il Nyu-York Film Festivalında baş tutub, bundan sonra isə 17 oktyabr 2025-ci il tarixində "Apple TV" platformasında qlobal rəqəmsal yayımı reallaşıb.

İstehsal "Mr. Scorsese" layihəsi 21 may 2025-ci ildə rəsmən elan edilməzdən əvvəl bir neçə il istehsalat mərhələsində olub. Serialın əvvəlcə tammetrajlı sənədli film olması planlaşdırılsa da, sonradan beş hissəyə qədər genişləndirilib. Rejissor Rebekka Miller bu dəyişikliyi Skorsezenin "yaradıcılığının və həyatının çox geniş və cəlbedici olması" ilə əsaslandırıb. Miller bu film seriyasını karyerasının "həlledici təcrübələrindən biri" kimi xarakterizə edib. Serial Skorsezenin Nyu-York Universitetində tələbə olduğu vaxtdan müasir dövrə qədərki həyatını əhatə edir. Layihə üçün Millerə Skorsezenin şəxsi arxivlərinə "məhdudiyyətsiz giriş" imkanı verilib.

Seriyalar

Qəbul Rəy aqreqatoru olan "Rotten Tomatoes" saytında serial 61 tənqidçinin rəyi əsasında 98% müsbət reytinq qazanıb. Saytın ümumi rəyində deyilir: "Rebekka Millerin bu maraqlı sənədli filmi Martin Skorseze ilə həm bir insan, həm də bir rejissor kimi eyni dərəcədə maraqlandığı üçün, ustad kinorejissorun heyranlarının gözləyə biləcəyi ən dolğun portretini təqdim edir." Çəkili ortalama sistemindən istifadə edən "Metacritic" portalı isə 26 tənqidçinin rəyi əsasında seriala 100 üzərindən 84 bal verib ki, bu da "ümumi rəğbət" mənasını verir.

İstinadlar

Xarici keçidlər