Rabiyə Kazan (; ) — türkiyəli jurnalist, yazıçı və qadın hüquqları müdafiəçisi.
Rabiyə Kazan, Yaxın Şərq Qadın Koalisiyasının (Middle Eastern Women's Coalition, MEWC) sədri və "Tramp üçün Milli Müxtəliflik Koalisiyası"nın (National Diversity Coalition for Trump, NDC TRUMP) keçmiş idarə heyətinin üzvüdür. Kazan, İrandakı siğə mövzusundan bəhs edən və ən çox satılan kitablar siyahısına daxil olmuş "Tehran mələkləri" kitabının da müəllifidir.
Karyerası Kazan jurnalistika fəaliyyətinə 1996-cı ildə Türkiyənin "Flash TV" telekanalında yayımlanan "İstanbul sənədli filmi" proqramında müxbir kimi başlamışdır. Sonra o, Milliyyətçi Hərəkat Partiyasının (MHP) "Ortadoğu" qəzetində altı il köşə yazarı kimi fəaliyyət göstərmiş və ona şöhrət qazandıran Mehmed Əli Ağca ilə olan müsahibəsini reallaşdırmışdır. O, həmçinin İstanbulda "Haber Revizyon" xəbər jurnalının təsisçisi olub.
Rabiyə Kazan 2007-ci ildə gizli İrana getmiş, burada 200-ə yaxın qadından müsahibə alaraq uşaq evliliklərinə, insan alverinə və "siğə" (müvəqqəti nikah) hallarını müşahidə etmişdir. Türkiyəyə qayıtdıqdan sonra o, müsəlman aləmində müvəqqəti nikah növü olan "mütə nikahı"ndan bəhs edən "Tehran mələkləri" kitabını yazmışdır. Türkiyədə bestsellerə çevrilmiş bu əsəri, fəaliyyəti və kitablarının çapına görə Rabiyə Kazan xeyli ölüm təhdidləri alıb.
O, İtaliyanın müxtəlif media platformalarında uşaq nikahları və qadın alverinin qarşısını almaq üçün İslamda sekulyarizmi fəal şəkildə təbliğ etmişdir.
Kazan 2010-cu ildə ABŞ-yə köçmüş və iki il BMT-nin Ümumdünya Birləşmiş Millətlər Assosiasiyaları Federasiyasında çalışmışdır.
O, Beynəlxalq Mülki Azadlıqlar Alyansında da (ICLA) çalışmışdır.
2014-cü ildə Nyu-Yorkda fransız siyasi analitik Alen Vaqner ilə İslam terrorizminə qarşı "Bu, mənim Allahım deyil" adlı qlobal kampaniyanı başlatmışdır. Kampaniyanın məqsədi müsəlmanları İslami ekstremizmə qarşı çıxış etməyə təşviq etmək idi.
Siyasi fəaliyyəti 2015-ci ildə İslamla bağlı bəyanatlarına görə Donald Trampı dəstəkləyən Kazan, 2016-cı ildə o, Tramp üçün Milli Müxtəliflik Koalisiyasına icraçı kimi qoşuldu. Həmin il "CNN News"a verdiyi müsahibəsində Kazan, Trampın islami ekstremizmə yanaşmasını bəyəndiyini bildirərək, müsəlmanları radikal İslama qarşı çıxmağa çağırdı. 2018-ci ildə o, təsis etdiyi Tramp tərəfdarlarından ibarət "Yaxın Şərq Qadınları Koalisiyası"nın prezidenti oldu.
Siyasi fəaliyyətinin irəliləyən illərində Trampyönümlü həmkarlarını qınayaraq, bu istiqamətdəki öz fəaliyyətini də qəti tənqid etmişdir. Vaşinqtonda, Pensilvaniya prospektindəki keçmiş Köhnə Poçt binasında yerləşən "Trump International" otelində, Donald Trampın maraqlarını şərh edən Kazan, Trampı belə təsvir etdirdi: "O, dini təriqət lideri kimidir, insanlar ona sədaqət və sevgilərini nümayiş etdirmək üçün otelə gəlirlər".
Şəxsi həyatı 2008-ci ildə Kazan, həbsxanada müsahibə apara bilmək üçün italyan hüquqşünas və siyasətçisi Caçinto Likursi ilə nişanlanmış və qısa müddətliliyinə İtaliyaya köçmüşdür, 2017-ci ildə isə Likursidən boşanmışdır. "Washington Post"un məlumatına görə, Kazanın bir müddət lobbiçi olan və Tramp-Ukrayna qalmaqalında adı hallanan Robert F.Hayd ilə sevgili olmuşdur.
O, yeddi yaşından bəri taxdığı hicabını 2012-ci ildə çıxarmışdır.
Rabiyə Kazan 2022-ci ilin oktyabrında Vaşinqtondakı Türkiyə səfirliyində "Saunders & Associates" şirkətinin sahibi, xeyriyyəçi Kleyton Saunders ilə ailə həyatı qurub.
Kazan xristianlığı qəbul etmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Türk feministlər Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Türkiyə yazıçıları