Lukresiya Mediçi (; ) — Böyük Toskana hersoqu I Kozimonun qızı, IV Modena, Reccio və Ferrara hersoginyası, Mediçi ailəsinin üzvü.
14 fevral 1545-ci ildə Florensiyada dünyaya gəldi. Atası son Florensiya hersoqu I Kozimo Mediçi, anası isə onun ispan əsilli xanımı Toledolu Elyanoradır. Bacılarıyla birlikdə şəxsən anasının nəzarətində mükəmməl saray təlim-tərbiyəsi aldı. İtaliyan müharibəsinin bir nəticəsi kimi, böyük bacısı Mariya 1554-cü ildə Modena taxt-tacının vəliəhdi Alfonso d'Este ilə nişanlandı. Ancaq bacısının gənc yaşda vəfat etməsi bu sülh şərtlərini pozdu. İspaniya-Fransa sülhünü davam etdirmək məqsədilə, Lukresiya bacısının əvəzinə vəliəhdlə evləndirildi. Cütlüyün evliliyi ilə bağlı ilk saziş 13 aprel 1558-ci ildə Pizada imzalandı. 18 mayda Florensiyaya gələn vəliəhd Alfonso d'Este mərasimlə qarşılandı və cütlük 3 iyulda baş tutan toy mərasimiylə evləndi. Ancaq bu əsnada Lukresiya hələ 13 yaşında idi və bəy namizədi evliliyin tamamlanması üçün gəlinin yetkinlik yaşına çatmasını gözlədi. Bu müddət zərfində bəy namizədi Parisdə, gəlin namizədi isə Florensiyada qaldı.
3 oktyabr 1559-cu ildə atasının ölümü və taxta çıxmasının ardından Alfonso d'Este Florensiyaya döndü və xanımını da alaraq 17 fevral 1560-cı ildə buradan ayrıldı. Ancaq Ferrarada səhhəti pisləşən Lukresiya öskürək, burun qanaxması və qızdırma simptonları ilə yatağa düşdü. Qısa xəstəliyinin ardından 21 aprel 1561-ci ildə Ferrarada vəfat etdi. Müasir elm onun vərəmdən vəfat etdiyini təxmin etsə də, dövrün tarixi mənbələrində zəhərlənmə ehtimalı da qeydə alınıb.
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:D'Este Kateqoriya:XVI əsr İtaliya qadınları Kateqoriya:XVI əsr İtaliya zadəganları