Vadims Logins ( 30.12.1981, Rezekne, Latviya SSR, SSRİ) – Latviya futbolçusu. Almaniyanın Lokomotiv Leypsiq klubunun üzvüdür.
Karyera
Karyerasına Rezekne şəhərinin eyniadlı komandasında başlayıb və 16 oyun keçirib. 2000-ci ildə Dinaburqa transfer olunub. 4 il ərzində 69 dəfə meydana çıxıb və üç dəfə rəqib qapıçıları məyus edib. 2005-ci ildə Ventspils klubuna keçib. Bu komandanda 7 oyun keçirəndən sonra 2006-cı ildə yenidən Dinaburqa qayıdıb. İndiyə qədər 46 dəfə forma geyinib. 2005-ci ildə bir dəfə Latviya millisinə dəvət olunub.
İstinadlar
Xarici keçidlər National Football Teams - Vadims Logins
Kateqoriya:Latviya futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları