Breynrot (, hərfi mənada "beyin çürüməsi") – aşağı keyfiyyətli və ciddi məna yükü daşımayan internet məzmunu haqda istifadə olunan termindir. Buna bəzən generativ süni intellekt tərəfindən yaradılan məzmun da (slop) aid edilir. Diqqət çatışmazlığı və psixoloji pozuntuları da əhatə edən koqnitiv funksiyaların zəifləməsinə səbəb ola bilən rəqəmsal mediadan həddindən artıq istifadə halları da bu sözlə adlandırılır.

Tarixi Bu ifadə ilk dəfə 2004-cü ildə internetdə istifadə olunub və 2023-cü ildə populyarlaşaraq internet meminə çevrilib.

2024-cü ildə avstraliyalı siyasətçi ölkə senatındakı ictimai çıxışına gənclərin jarqon ifadələrini daxil etdiyi üçün gündəmə gəldi. Siyasətçinin köməkçisi Ezra İsma tərəfindən yazılmış bu çıxış bəziləri tərəfindən onlayn dünyadan kənarda "beyin çürüməsi" nümunəsi kimi təsvir olunur.

İstifadəsi "Breynrot" termini yeniyetmələrin rəqəmsal vərdişlərini tənqid edənlər tərəfindən tez-tez istifadə olunur və onlar iddia edirlər ki, yeniyetmələr internet mədəniyyətinə həddindən artıq aludə olublar. Bu termin adətən insanın yalnız internet jarqonlarından ibarət lüğət ehtiyatı ilə əlaqələndirilir.

Bu termin tez-tez uşaqlar və yeniyetmələr arasında məşhur olan "skibidi" (Skibidi tualetə istinad), "rizz" ("xarizma" sözünün qısaltması), "qufi ah" ("axmaq, gülünc"), "gyatt" ("ombalar" nəzərdə tutulur) və "siqma" (lider və ya siqma kişi) kimi jarqon və trendlərlə əlaqələndirilir.

İstinadlar

Kateqoriya:İnternet slenqi Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:Antiintellektualizm Kateqoriya:Gənclik mədəniyyəti Kateqoriya:İnternet memləri