İltimas Əhməd oğlu Məmmədov () — Azərbaycan mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent, rabitə və informasiya təhlükəsizliyi üzrə mütəxəssis, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2009), rabitə ustası.
Həyatı İltimas Məmmədov 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirmiş, həmin il Bakı şəhərindəki 23 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1984-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olmuş və 1989-cu ildə "Çoxkanallı elektrik rabitəsi" ixtisasını bitirmişdir.
Ali təhsilini başa vurduqdan sonra Azərbaycan SSR Rabitə Nazirliyinin sərəncamına göndərilmişdir. 1989–2000-ci illərdə Bakı Şəhər Telefon Şəbəkəsində elektromexanik, mühəndis, böyük mühəndis, baş mühəndis və baş mütəxəssis vəzifələrində çalışmışdır. 1998-ci ildə TACIS proqramı çərçivəsində telekommunikasiya sahəsi üzrə məsləhətçi ekspert olmuş və Böyük Britaniyada keçirilən 60 günlük təkmilləşdirmə proqramında iştirak etmişdir.
1999–2000-ci illərdə Trans-Asiya–Avropa optik kabel magistralının Azərbaycan seqmenti üzrə Tender Komissiyasının üzvü olmuş, rabitə xəttinin tikintisi üzrə Dövlət Qəbul Komissiyasına rəhbərlik etmişdir. İltimas Məmmədov telefon rabitəsinin nömrələnmə planının hazırlanması, ölkə üzrə yeddirəqəmli nömrələmə sisteminə keçid, mobil rabitə avadanlıqlarının qeydiyyatı və mobil nömrələrin daşınması sistemlərinin yaradılması, həmçinin rəqəmli televiziya yayımına keçidlə bağlı layihələrdə iştirak etmişdir.
21 fevral 2000-ci ildən Azərbaycan Respublikasının Rabitə Nazirliyində fəaliyyət göstərmişdir. 2000–2001-ci illərdə Telekommunikasiya şöbəsinin rəis müavini, 2001–2005-ci illərdə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri olmuşdur. 22 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilmişdir.
22 iyul 2014-cü ildə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 25 noyabr 2015-ci ildə yenidən rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmiş və 15 yanvar 2018-ci ilədək bu vəzifədə çalışmışdır.
2003–2012-ci illər üzrə rabitə və informasiya texnologiyalarının inkişafına dair Milli Strategiyanın hazırlanması üzrə Koordinasiya Şurasının üzvü olmuş, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun, telekommunikasiya və informasiya texnologiyalarına dair dövlət proqramlarının, eləcə də kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının hazırlanmasında iştirak etmişdir. İlk Azərbaycan telekommunikasiya peykinin orbital mövqeyinin müəyyənləşdirilməsi və texniki tapşırıqların hazırlanması üzrə işçi qruplara da rəhbərlik etmişdir.
2005–2018-ci illərdə nazirliyin Elmi-Texniki Şurasına rəhbərlik etmiş, həmin dövrdə Tarif Şurasında nazirliyi təmsil etmişdir. 2001–2018-ci illərdə Rabitə Nazirliyinin və onun bazasında yaradılmış nazirliklərin kollegiyasının üzvü olmuşdur.
2012–2018-ci illərdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri olmuşdur. Müxtəlif illərdə hökumətlərarası komissiyaların, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq rabitə qurumlarının toplantılarında Azərbaycanı təmsil etmişdir.
18 iyul 2018-ci ildən 9 oktyabr 2019-cu ilədək "Telekom İnvest" MMC-də informasiya texnologiyaları üzrə direktor müavini olmuşdur. 10 oktyabr 2019-cu ildən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində fəaliyyətə başlamış, struktur dəyişikliklərindən sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində fəaliyyətini davam etdirmişdir. 2022-ci ildən Xidmətdə idarə rəisi vəzifəsində çalışır.
Elmi fəaliyyəti İltimas Məmmədov 30 oktyabr 1999-cu ildə Azərbaycan Texniki Universitetinin "İnformasiya şəbəkələri və sistemləri" kafedrasına dissertant qəbul edilmişdir. 2008-ci ildən universitetin "Kommutasiya sistemləri və poçt rabitəsi" kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə "Yekcins olmayan simsiz lokal rabitə şəbəkələrinin modelləri" mövzusunda dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 iyul 2013-cü il tarixli qərarı ilə İltimas Məmmədova dosent elmi adı verilmişdir. 2013-cü ildən Azərbaycan Texniki Universitetinin Radiotexnika və telekommunikasiya kafedrasında dosent kimi çalışır. İki texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasına elmi rəhbərlik etmişdir. 2014-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvüdür.
2019-cu ildən "İnformasiya Təhlükəsizliyi" elmi-metodiki jurnalının baş redaktorudur. Elmi fəaliyyəti telekommunikasiya şəbəkələri, simsiz və optik rabitə sistemləri, eləcə də kritik informasiya infrastrukturlarında rabitənin etibarlılığı və informasiya təhlükəsizliyi istiqamətlərini əhatə edir.
İltimas Məmmədov bir sıra patentlərin müəllifidir:
"Şüa istiqamətinin optoelektron dəyişdiricisi". "Üçkoordinatlı diferensial addım mühərriki" — 2015. "Optik-lifli şaxələndirici" — iddia sənədi, 2021.
Əsas elmi əsərləri Разработка методики определения длины регенерационных участков по симметричным кабелям сетей абонентского доступа // Телекоммуникации, № 6, Moskva, 2010. Разработка методики определения длины регенерационного участка xDSL-модемов сети абонентского доступа // Информационные технологии, № 2, Moskva, 2011. Naqilsiz rabitə texnologiyaları. Bakı: Təhsil, 2012. Development of methods for determining the length of regenerator sections in symmetrical cables of subscriber access networks // Telecommunications and Radio Engineering, 2013. Разработка оптоэлектронного переключателя направления излучения и методики определения его эксплуатационных характеристик // Автоматика и вычислительная техника, Riqa, 2015. Development of an Optoelectronic Switch for the Direction of Radiation and Procedures to Define Its Operational Characteristics // Automatic Control and Computer Sciences, 2015. Разработка дистанционного оптоэлектронного переключателя направления излучения в многомодовое оптическое волокно // Приборы и системы, 2016. Mathematic model of direction control system of optical radiation // IJAIEM, 2017. Волоконно-оптический ответвитель / переключатель мощности оптического излучения // REDS, 2021. Kritik informasiya infrastrukturlarında rabitə sistemlərin və xidməti protokolların təhlili // Hərbi bilik, 2023. Study of the reliability communication networks in critical information infrastructures // International Scientific and Technical Conference, 2023. Анализ процессов установления соединений в системах связи объектов критической информационной инфраструктуры // Minsk, 2023. Research Information Security and Reliability Critical Infrastructure Control Systems // Engineering Headway, Vol. 7, 2024. Effectiveness of information protection management in critical information infrastructures // International Scientific and Technical Conference, 2024. Исследование комплексных показателей телекоммуникационных систем в критически важных объектах // Minsk, 2024. Исследование качества функционирования телекоммуникационных систем в критических информационных инфраструктурах // Вестник компьютерных и информационных технологий, 2025. Comprehensive evaluation and performance analysis of a deep learning model with hyperparameter tuning for lumpy skin disease classification in dairy cows // RT&A, 2025. Исследование показатели систем связи в критических информационных инфраструктурах // Minsk, 2025.
İstinadlar
Xarici keçidlər
ResearchGate profili Телекоммуникации, № 6, 2010 Информационные технологии, № 2, 2011 Naqilsiz rabitə texnologiyaları — Prezident Kitabxanası Telecommunications and Radio Engineering Автоматика и вычислительная техника, 2015 Automatic Control and Computer Sciences, 2015 Приборы и системы, 2016 IJAIEM arxivi REDS, 2021
Hərbi bilik, 2023 International Scientific and Technical Conference, 2023 Современные средства связи, Minsk, 2023 Engineering Headway, 2024 International Scientific and Technical Conference, 2024 Современные средства связи, Minsk, 2024 Вестник компьютерных и информационных технологий, 2025 RT&A, 2025 Современные средства связи, Minsk, 2025