Gruaja Shqiptare () — 1928 və 1939-cu illər arasında Albaniyada fəaliyyət göstərmiş qadın təşkilatı.

Təşkilat qadın hüquqları sahəsində hökumət siyasətini təşviq etmək vəzifəsini daşıyan, dövlət tərəfindən dəstəklənən bir qadın hüquqları təşkilatı idi.

Tarixi 1928-ci ilin oktyabr ayında Albaniyada bütün yerli təşkilatları birləşdirmək məqsədilə milli qadın təşkilatı qurulmuş və ona əvvəlki təşkilatlar arasında da məşhur olan "Gruaja Shqiptare" adı verilmişdir.

Təşkilatın vəzifəsi sadəcə Albaniya Kralı I Zoqun siyasətini həyata keçirmək olsa da, bu siyasət əslində radikal və mütərəqqi bir dövlət feminizmi olmuş, çünki 1928-ci ilin Mülki Məcəlləsi qadınlara bərabər vərəsəlik, boşanma, təhsil və işləmək hüquqlarını təmin etmiş, həmçinin razılaşdırılmamış (məcburi) nikahları və hərəmxanaları qadağan etmişdir.

Bu dövlət qadın təşkilatının vəzifəsi müstəqil hərəkət etməkdən daha çox, qadın hüquqları sahəsində rəsmi siyasəti dəstəkləmək və özünün yerli şöbələri vasitəsilə qadın hüquqları ilə bağlı yeni islahatlar üçün kampaniyalar aparmaq və onları həyata keçirmək olmuşdur.

Albaniya qadın hərəkatı, Kamal Atatürkün rəhbərliyi altındakı Türkiyənin dövlət feminizmindən ilhamlanan savadlı şəhər elitasına mənsub qadınlar tərəfindən dəstəklənmişdir. Zoq rejimi qadınlara Qərbi Avropadan ilhamlanan və lazımsız hesab etdiyi qadınların seçki hüququ kimi siyasi hüquqlar istisna olmaqla, bütün hüquqları verməyə hazır idi. Qadın təşkilatının öz yerli şöbələri vasitəsilə həyata keçirdiyi bir çox islahatlar arasında hicabın (çadranın) ləğvi də yer almış ki, bu da aqressiv yollarla deyil, inandırma və kampaniyalar yolu ilə həyata keçirilməli olmuş və kralın bacılarına ictimaiyyət qarşısında üzüaçıq görünərək rol modeli qismində çıxış etmək tapşırılmışdır. Şahzadə Seniyenin rəhbərliyi altında "Gruaja Shqiptare" 20 şəhərdə yerli şöbələr qurmuş, öz qəzetini nəşr etdirmiş və xüsusilə təhsillə bağlı olmaqla, rejimin qadın siyasətini dəstəkləyən çoxsaylı layihələrə dəstək vermişdir.

Lakin reallıqda görülən işlər şəhərlərin kosmopolit elitasından kənarda o qədər də böyük uğur qazana bilməmiş və praktikada əsasən yuxarı sinfin xeyrinə olmuşdur. Müharibədən sonrakı Kommunist Albaniyasında bu təşkilat Albaniya Qadınlar İttifaqı ilə əvəz olunmuşdur.

İstinadlar

Kateqoriya:1928-ci ildə yaradılmış təşkilatlar