Azərbaycanın Cənubi Koreyadakı səfirliyi — Azərbaycan Respublikasının Cənubi Koreya Respublikasında diplomatik nümayəndəliyi.
Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. Azərbaycan Respublikasını Cənubi Koreyada siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.
Azərbaycan və Koreya Respublikası Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.
19 avqust 2022-ci ildən Azərbaycanın Cənubi Koreya Respublikasında Fövqaladə və səlahiyyətli səfiri Ramin Həsənovdur.R.M.Həsənovun Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2025-ci ildən Cənubi Koreya Respublikasının Azərbaycanda Fövqaladə və səlahiyyətli səfiri Kımqu Kanqdır.İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15 iyun 2025
Haqqında Tarixi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlər 23 mart 1992-ci il tarixində qurulmuşdur.Siyasi əməkdaşlıq
4 Mart 2006-cı il tarixində Cənubi Koreya Respublikasının Azərbaycanda səfirliyi açılıb."Azərbaycan Respublikası və Koreya Respublikası arasında ikitərəfli münasibətlər"
14 Mart 2007-ci ildə Azərbaycan Respublikasının Koreya Respublikasında səfirliyi təsis edilib.
Parlamentlərarası əlaqələri
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan — Koreya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu
Həmçinin Koreya Respublikasının Milli Assambleyasında Koreya — Azərbaycan dostluq qrupu yaradılıb.
İki ölkənin Parlamentləri arasında Avrasiya Ölkələri Parlament sədrlərinin toplantısı və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı kimi çoxtərəfli formatlarda uğurlu əməkdaşlığı davam edir.
Viza Azərbaycanla Koreya Respublikası arasında viza rejimi mövcuddur.Viza almaq üçün ərizə-anket portalı
Cənubi Koreya vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalıdırlar.AZƏRBAYCAN RESPUBLİKASI RƏSMİ ELEKTRON VİZA PORTALI
Azərbaycan vətəndaşları Cənubi Koreyaya viza almaq üçün ilk növbədə Koreya səfirliyi ilə elektron poçt vasitəsilə əlaqə saxlamalı və görüş (randevu) təyin etməlidirlər. Onlayn sistem üzərindən avtomatik qeydiyyat mövcud deyil, bütün müraciət prosesi səfirliyin yönləndirməsi ilə aparılır.
Tələb olunan sənədlər Xarici pasport Viza üçün ərizə forması Bir ədəd biometrik fotoşəkil Viza rüsumu Gediş-dönüş aviabilet və ya aviabilet bronu Otel rezervasiyasını təsdiq edən sənəd İngilis dilində səyahət planı Elektron Hökumət portalından və iş yerindən alınmış arayış (Certificate of Incumbency). Notarial qaydada təsdiqlənmiş zəmanət məktubu. Məktubda zəmanət verən şəxs müraciətçinin göstərilən tarixlərdə Koreya Respublikasına səfər edəcəyini və həmin tarixlərdə Azərbaycan Respublikasına geri dönəcəyini təsdiq etməlidir. Zəmanət məktubu tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir. Zəmanət verən şəxsin şəxsiyyət vəsiqəsinin surəti. Zəmanət verən şəxsin iş yerindən arayışı – Elektron Hökumət portalından alınmış Certificate of Incumbency. Bank hesabı haqqında arayış.
Səfirlik viza müraciətinin qiymətləndirilməsi zamanı zəruri hesab etdiyi halda əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Facebook
Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Cənubi Koreyanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Cənubi Koreya münasibətləri Kateqoriya:Cənubi Koreyanın Azərbaycandakı səfirləri Kateqoriya:Cənubi Koreyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Cənubi Koreya Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri