Rüstəm Əliyev (25 may 1917, Füzuli — 2 iyun 1966, Bakı) — Azərbaycan əczaçısı. Əczaçılıq elmləri doktoru (1952), professor (1954).

Həyatı və təhsili 1941-ci ildə Moskva Əczaçılıq İnstitutunu bitirmişdir. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində dərmanların texnologiyası kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, respublikanın dərman sərvətlərinin öyrənilməsinə һəsr edilmişdir. Əczaçılıqda işlədilən küncut yağı, qarğıdalı saçağının və zirinc yarpağının ekstraktlarını, gilabı və İstisu tabletlərini təklif etmişdir. Bakı əczaçılıq məktəbi R. Əliyevin adını daşıyır. Azərbaycan dilində əczaçılığa aid ilk dərsliyin müəllifidir. 1956–1966-cı illərdə Azərbaycan SSR Əczaçılar Cəmiјyyəti İdarə heyətinin sədri olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Füzulidə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər