Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin strukturuna daxil olan, kibercinayətkarlığın qarşısının alınması, aşkarlanması, araşdırılması və hüquqa zidd internet fəaliyyətinə qarşı mübarizə aparan ixtisaslaşmış icra strukturudur.

Haqqında 2008-ci ildə Vilayət Eyvazov Daxili İşlər Nazirliyi daxilində Kibernetik Cinayətkarlıqla Mübarizə İdarəsinin yaradıldığını bildirib. O vaxta qədər kibercinayətkarlıq halları ilə Milli Təhlükəsizlik Nazirliyi mübarizə aparırdı.

Daxili İşlər Nazirliyinin kibercinayətkarlığa qarşı spesifik mübarizə strukturunu gücləndirmək məqsədilə 2023-cü il 2 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılmışdır.

Öhdəliklər və səlahiyyətlər Əsas vəzifələri aşağıdakılardır:

Kibercinayətlərin aşkarlanması və qarşısının alınması: İnformasiya və rabitə texnologiyaları vasitəsilə törədilən hüquq pozuntularının qarşısını almaq və onları təhqiq etmək. Elektron rəqəmsal sübutların toplanması, habelə Internet mühitində baş verən və cinayət əlamətləri daşıyan hallarla bağlı sübutları yığmaq və qorumaq. Əməliyyat-istintaq tədbirləri, həmçinin Kiberdələduzluq, şəxsi məlumatların oğurlanması, kompüter şəbəkələrinə qanunsuz daxil olma kimi cinayətlərlə bağlı əməliyyat və təhqiqatlar aparmaq. Maarifləndirmə və profilaktika: Vətəndaşlar və qurumlar arasında rəqəmsal təhlükəsizlik mədəniyyətinin inkişafı üçün maarifləndirici kampaniyalar, tövsiyələr və təlimatlar hazırlamaq və həyata keçirmək.

Əməkdaşlıq Baş İdarə, kibercinayətkarlıqla mübarizə sahəsində, xüsusilə kibertəhlükələrin və onlayn fırıldaqçılığın qarşısının alınması məqsədilə, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində birgə işçi qrupları yaradılır və koordinasiyalı tədbirlər həyata keçirilir.

Həmçinin bax

Daxili İşlər Nazirliyi (Azərbaycan) Milli Kibertəhlükəsizlik Mərkəzi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (Azərbaycan)

İstinadlar

Kateqoriya:Polis Kateqoriya:Kibertəhlükəsizlik Kateqoriya:Azərbaycan hüquq mühafizə orqanları