IV Alfonso d'Este (; ) — IX Modena və Reccio hersoqu.

1634-cü ildə Modenada doğuldu. Atası Modena və Reccio hersoqu I Françesko d'Este, anası isə Parma hersoqu I Ranuççionun qızı Mariya Yekaterina Farnezedir.

30 may 1655-ci ildə Fransanın məşhur baş naziri Kardinal Mazzarininin bacısı qızı Laura Martinozzi ilə evləndi. Cütlüyün bu nikahdan 3 övladı doğuldu.

Françesko d'Este (1657–1658) Mariya d'Este II Françesko d'Este

Atasının 1658-ci ildə vəfatının ardından taxta çıxdı. Ancaq səhhəti həssas idi və uşaqlığından bəri qut və vərəmdən əziyyət çəkirdi. Beləcə, cəmi 4 il sonra vəfat etdi və taxta 2 yaşlı oğlu çıxarıldı. Dul xanımı isə taxt naibəsi oldu.

Mənbə

Ədəbiyyat Chiappini, Luciano (2001). Gli Estensi. Mille anni di storia. Ferrara

İstinadlar

Kateqoriya:D'Este