Leopoldina Qlokel (; ) — Avstriyalı siyasətçi, qadın hüquqları uğrunda mübarizə aparan, Vyana Şəhər Şurasının üzvü olan ilk qadınlardan biri. O, Şəhər Şurasının Rifah Müəssisələri, Gənclərin Rifahı və Səhiyyə Komitəsinin sədri olub. 1897-ci ildə Otto Qlokel ilə ailə qurub.

Həyatı Leopoldina Qlokel (qızlıq soyadı Pfaffinger) Vyanada telefon və teleqraf idarəsinin direktoru Yozef fon Pfaffingerin ailəsində anadan olub. Anasının erkən vəfatından sonra o, varlı nənə və babasının himayəsində böyüyüb. Səkkizillik ibtidai məktəbdə oxuduqdan sonra özəl dərslər alıb və nəhayət müəllimlər hazırlığı kollecini bitirib. 1893-cü ildən 1934-cü ilə qədər Vyanada əl işləri və peşə məktəbi müəllimi kimi çalışıb. 1897-ci ildə sosial-demokrat, müəllim və təhsil islahatçısı Otto Qlokel ilə ailə qurub.

Leopoldina Qlokel ilkin olaraq Ümumavstriya Qadınlar Birliyində və beləliklə, burjua qadın hərəkatı mühitində fəal olub. Burada o, 1905-ci ildə Ernestina Fürt ilə birlikdə qadınların səsvermə hüququ komitəsini təsis etdi. Lakin 1897-ci ildən etibarən o, açıq şəkildə sosial-demokratik ideyalara daha yaxın olan mövqeləri təmsil etməyə başladı və buna görə də "burjua müəllimi" kimi hücumlarla qarşılaşdı. Həmin il evləndiyi həyat yoldaşı Otto Qlökel siyasi fəaliyyətinə görə Karl Lüger tərəfindən müəllimlikdən uzaqlaşdırıldıqda, Leopoldina Qlokel də cəza olaraq başqa yerə sürgün edildi.

Fəaliyyəti 250px|thumb|right|Leopoldina Qlokelin portreti, 1937-ci il. Başlanğıcda partiyasız fəaliyyətə sadiq qalan Leopoldina Qlokel getdikcə Sosial Demokrat İşçi Partiyasına meyl etdi. O, partiyanın mərkəzi qadın komitəsinin və Vyana Qadın Komitəsinin üzvü oldu. Təxminən 1901-ci ildə "Libertas" adlı sosial-demokratik mütaliə və müzakirə klubunda natiq kimi çıxış etməyə başladı. Leopoldina Qlokel təhsil və məktəb mövzularında çoxsaylı mühazirələr oxuyan mükəmməl bir natiq hesab olunurdu. O, "Azad Məktəb" (Freie Schule) birliyinin təsisçi üzvü idi və bu birliyin müəssisələrində dərs deyirdi. Yaşadığı Maydlinq (Meidling) rayonunda rayon idarə heyətinin üzvü, rayon qadın təşkilatının sədri və rayon rifah birliyinin üzvü idi. O, "Societas" adlı özəl rifah birliyinin vitse-prezidenti və təsis etdiyi ev köməkçiləri üçün təlim məktəbində məktəb komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. Leopoldine həyat yoldaşının həyata keçirdiyi məktəb islahatını həvəslə dəstəkləyirdi və bu barədə Arbeiterinnen-Zeitung qəzetində və onun davamı olan Die Frau jurnalında mütəxəssis məqalələri dərc etdirirdi.

O, Stefani Nauhaymer və Aqusta Fikkert ilə birlikdə məktəbləri idarə edən "1867-ci il İmperiya İbtidai Məktəb Qanunu"nun (Reichsvolksschulgesetz) yenidən işlənilməsi üzərində çalışıb.

Leopoldina Qlokel 1919-cu ildən etibarən 7-ci rayondan Sosial Demokrat İşçi Partiyasının namizədi kimi çıxış edib. O, dörd qanunvericilik dövrü ərzində — 22 may 1919-cu ildən 12 fevral 1934-cü ilə qədər Vyana Şəhər Şurasının, 1920-ci ildən isə həm də Vyana Əyalət Parlamentinin üzvü olub. Bu müddət ərzində o, Şəhər Şurasının Rifah Müəssisələri, Gənclərin Rifahı və Səhiyyə Komitəsinin sədri vəzifəsini icra edib. İlk üç seçki dövründə o, həmçinin Şəhər Şurası və Vyana Əyalət Parlamentində katib kimi çalışıb. 1927-ci ilin mayında Vyana Şəhər Şurasında yeni yaradılmış Sosial Demokratlar Klubunun sədr müavini oldu. Leopoldina Qlokel Şəhər Şurasının ilk qadın üzvlərindən biri idi. 1934-cü ilin fevralında yerli şuranın buraxılması və Sosial Demokrat İşçi Partiyasının qadağan edilməsindən sonra, Leopoldine Qlökel 12 fevraldan 30 mart 1934-cü ilə qədər polis nəzarətində saxlanıldı. Bundan sonra o, partiyanın gizli fəaliyyətlərində iştirak etməyə davam etdi. Onun təsis etdiyi ev köməkçiləri üçün təlim məktəbi bu dövrdə qeyri-qanuni təşkilatın mərkəzinə çevrilib.

1935-ci ildə həyat yoldaşının vəfatından sonra, o, ömrünün sonuna qədər təcrid olunmuş bir həyat sürüb.

Ölüm haqqında rəsmi hesabata görə, Leopoldina Qlokel 22 may 1937-ci ildə Vyanada vəfat edib. (ədəbiyyatlarda ölüm tarixi kimi bəzən 21 may 1937-ci il də göstərilir). Həm Karl Zaytsın vida nitqi söylədiyi kremasiya mərasimi, həm də külünün Maydlinq qəbiristanlığında dəfn edilməsi geniş ictimaiyyətin iştirakı ilə baş tutub. O, Maydlinq qəbiristanlığında həyat yoldaşının şərəfinə ucaldılmış fəxri məzarda dəfn olunub.

Vyananın 12-ci rayonunda bələdiyyə yaşayış kompleksi olan "Leopoldine-Glöckel-Hof" və "Leopoldine-Glöckel-Weg" küçəsi siyasətçinin adını daşıyır.

İstinadlar

Xarici keçidlər

:de:Felix Czeike: Historisches Lexikon Wien. Band 2: De – Gy. Kremayr & Scheriau, Wien 1993, ISBN 3-218-00544-2.

Kateqoriya:Avstriya-Macarıstan şəxsləri