Virciniya Mediçi (; ) — Böyük Toskana hersoqu I Kozimonun nigahdan kənar qızı, VII Modena və Reccio hersoginyası.

1568-ci ildə Florensiyada Böyük Toskana hersoqu I Kozimonun Kamilla Martelli adlı məşuqəsindən doğulan yeganə qızı kimi dünyaya gəldi. Roma papası V Piyin tövsiyəsilə, valideynləri 1570-ci ildə rəsmi nigaha girdilər. Bu evlilik monarxial hesab olunmasa da, qızları Virciniya rəsmi övlad statusu qazandı. Ancaq atası 1574-cü ildə vəfat etdi və onun ilk evliliyindən doğulan övladları ona və anasına düşməncəsinə rəftar etdilər. Anası Kamilla Martelli bir kilsəyə həbs olundu. Virciniya isə siyasi məqsədlərlə tərtiblənəcək bir evlilik planı üçün sarayda göz önündə tutuldu. İlk hədəf onun Sforza ailəsindən biriylə evlənməsi idi. Ancaq bu plan baş tutmadı.

İkinci hədəf isə onun Este ailəsindən biriylə evlənməsi idi. Beləcə, 30 yanvar 1586-cı ildə Modena, Reccio və Ferrara hersoqu I Alfonsonun nigahdan kənar ailəsindən Çezare d'Este ilə evləndirildi. Cütlüyün bu nigahdan 10 övladı doğuldu.

Culya d'Este (1588-1645), heç vaxt evlənmədi. III Alfonso d'Este Laura d'Este (1594-1630) Luici d'Este (1594-1664) Yekaterina d'Este (1595-1618) Anna Elyanora d'Este (1597-1651), heç vaxt evlənmədi və rahibə oldu. İppolito d'Este (1599-1647) Nikolo d'Este (1601-1640) Borso d'Este (1605-1657) Foresto d'Este (1606-1640)

1597-ci ildə ərinin gözlənilmədən Modena və Reccio taxt-tacına yiyələnməsiylə hersoginya ünvanı aldı. 1596-cı ildən etibarən isə onun əqli səhhətində problemlər yaranmağa başladı. Buna səbəb isə ard-arda uşaq dünyaya gətirməsi və bununla yanaşı, ərinin ona fərqli saray xanımlarıyla xəyanət etməsi göstərilir. Dövrün natamam tibbi biliyi ilə, hersoginya üzərində bir çox cin çıxarma ayinləri keçirildi. Bu ayinlərin nəticəsində Virciniya tamamilə əqlini itirdi və 15 yanvar 1615-ci ildə Modenada vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:XVI əsr İtaliya zadəganları