Qriqori Kvitka Osnovyanenko (; ) — Kvitkalar nəslindən olan ukraynalı və rusiyalı yazıçı, dramaturq və jurnalist.
Həyatı Xarkov yaxınlığındakı Osnova kəndində anadan olmuş Qriqori Kvitka demək olar ki, bütün ömrünü Xarkovda keçirmişdir. Böyük qardaşı Andrey, əmisi İ.İ.Kvitka, əmisi qızı isə şairə L.Y.Kriçevskayadır.
İlk təhsilini evdə təhsili almış, bir müddət sonra hərbi xidmətə yollanan Kvitka 1793-cü ildə vaxmistr, 1796-cı ildə isə rotmistr rütbəsinə yiyələnmişdir. Dindar insan olduğundan 23 yaşında Kuryaj monastırına daxil olmuş və orada dörd ilə yaxın qalmışdır. Monastırdan ayrıldıqdan sonra, ictimai fəaliyyət və teatra maraq salmışdır.
Xarkov Universitetinin 1805-ci ildə açılması insanların həyatına böyük canlanma gətirdi. 1812-ci ildə Xarkovda daimi teatr yarandı və Kvitka bu teatrda həm aktyor, həm dramaturq, həm də sonradan teatr tarixçisi kimi fəaliyyət göstərdi. Elə həmin il Kvitkanın təşəbbüsü ilə xeyriyyə cəmiyyəti təsis olundu, bu cəmiyyətin ən böyük işi bütün təbəqələrdən olan qızlar üçün təhsil müəssisəsinin yaradılması idi ki, qısa zaman sonra bura "Nəcib Qızlar İnstitutu"na çevrildi. Kvitka bu iş üçün, həm mənəvi, həm də maddi köməyini əsirgəmirdi. 1817-ci ildə o, Xarkov qəzasının zadəgan rəhbəri seçildi.
1816-1819-cu illərdə Xarkovda Qvitka, Filomafitski və Qonorskinin redaktorluğu ilə Xarkovun ilk jurnalı olan "Ukrayna xəbərçisi" nəşr olundu. Həmin dövrdə Qvitka "Ukrayna xəbərçisi" və "Avropa xəbərçisi" jurnallarında kiçik hekayələr və şeirlər dərc etdirirdi, lakin onun həmin vaxt yazdıqları zəif nümunələr hesab olunduğundan sonralar yenidən nəşr olunmadı.
1827-ci ildə rus dilində ilk komediyası Qoqolun "Müfəttiş" əsərinin xəbərçilərindən biri hesab olunan «Paytaxtdan gələn qonaq və ya qəza şəhərində çaxnaşma» əsərini yazdı. Əsərin nəşrinə senzura icazəsi 1828-ci ildə alındıqdan sonra əlyazma Peterburqa göndərilmişdi. 1836-cı ildə Nikolay Qoqolun pyesinin premyerasından sonra, Moskva teatrlarının direktoru M.N.Zaqoskin, Kvitkanın komediyasını səhnələşdirməkdən imtina etmişdir. Kvitkanın komediyası müəllifin xəbəri olmadan 1840-cı ildə"Rus və bütün Avropa teatrlarının panteonu" aylıq teatr jurnalında çap olunmuşdur.Мацапура В. И. «Ревизор» Гоголя и «Приезжий из столицы» Г. Ф. Квитки-Основьяненко (типологический аспект) Дом Гоголя
Rus dilində "Zadəgan seçkiləri" və "Şelmenko" pyeslərini yazmışdır. Bundan əlavə, o, rus dilində bir sıra povest və tarixi hekayələr də qələmə almışdır ki, bunların arasında ən irihəcmlisi "Pan Xalyavski" tarixi-məişət romanıdır. 1840-cı ildə çap olunmuş "Şelmenko — dənşik" komediyası isə onun "Ukraynalı diplomatlar" povestinin yenidən işlənmiş variantıdır. thumb|Ukraynanın poçt markası Kvitka Osnovyanenkonun ədəbi istedadı 1830-cu illərin əvvəllərində ukrain dilində yazdığı bir sıra povestlərində : "Konotop cadugəri", "Marusya", "Əsgər portreti", "Bəxtiqara Oksana", "Ölülərin Pasxa bayramı", "Budur sənə xəzinə", "Qoçaq qız", "Yaxşılıq et ki, yaxşılıq tapasan" özünü büruzə vermişdir. Sonra o, Ukrayna səhnəsinin bu günə qədər ən çox müraciət olunan repertuar parçalarından biri olan "Qonçarovkada elçilik" vodevilini qələmə almışdır. Onun "Döyüşkən qadın" (1840) vodevilinin motivləri əsasında isə 1998-ci ildə ilk milli Ukrayna müzikli olan "Ukraynasayağı feminizm" səhnələşdirilmişdir (musiqi və libretto müəllifi – Aleksey Kolomiysev).
Kvitkanın ukrain dilində yazdığı povestləri mükəmməl, təmiz, sadə və aydın bir dillə qələmə alınmış, kəndlilərə qarşı humanist münasibət onun əsərlərində təbliğ edilmişdir. Onun ədəbi fəaliyyəti, əsasən, Zadəgan Qızlar İnstitutunun tərbiyəçisi olan ağıllı həyat yoldaşı Anna Qriqoryevnanın təsiri altında inkişaf etmişdir. Ömrünün sonunda Peterburq tənqidçilərinin onun rus dilində yazdığı povestləri haqqındakı mənfi rəyləri Kvitkaya mənfi təsir göstərmişdi.
1840-cı ildə Kvitka Xarkov Cinayət Məhkəməsi Palatasının sədri seçilib.
Tarixi əsərləri Onun tarixi əsərləri sırasında: "Slobojanşina haqqında tarixi və statistik esse" (1838), "Slobod alayları haqqında", "Ukraynalılar" (1841) və "Xarkovdakı teatrın tarixi" (1841) önməli yer tutur.
1830-cu illərdə Kvitka, əcdadı Andrey Kvitka tərəfindən XVII əsrin ortalarında Xarkov şəhərinin qurulması haqqında fantastik lirik hekayə qələmə almışdır. Onun külliyyatında dərc edilmiş bu nəsr əsəri heç bir mənbəyə əsaslanmır və heç vaxt heç bir tarixçi tərəfindən ciddi qəbul edilməyib.
İrsi thumb|Məzarı üzərindəki abidəsi Kvitka Osnovyanenko haqqında kifayət qədər geniş ədəbi məcmuələr mövcuddur. bu barədə Qennadinin "Məlumat lüğəti"ndə (II, 125–126) və "Rusiya biblioqrafiyası"nda (1881, I kitab) qısa, cənab Komarovun "Göstərici"sində ("Rada" məcmusunun 1-ci cildi, 417–421) isə daha ətraflı məlumat verilib. Bu göstəricilər nəşr olunduqdan sonra Qvitka haqqında bir çox irihəcmli məqalələr dərc edilmişdir ki, onların bəziləri aşağıdakılardır:
N.İ.Petrov — XIX əsr Ukrayna ədəbiyyatı tarixinə dair oçerklər. — Kiyev: İ. və A. Davidenko mətbəəsi, 1884. — IV, 457, ХV s. — S. 87 — 108. N.P.Daşkeviç — əvvəlki əsərə dair akademik rəy. E.M.Oqonovski ("Rusiya ədəbiyyatı tarixi", III). N.F. Sumtsov Q.F.Kvitka: vəfatının əlli illiyi münasibətilə. — Kiyev: G. T. Korçak-Novitski mətbəəsi, 1893. — 25, s. D.İ.Bağaley "Tarixçi kimi Kvitka" (həmin yerdə). V.P.Naumenko "Kvitkanın əsərlərinə dair tənqidi icmal" .
Kvitkanın "Məktubları", "Russkaya starina" (1893) və "Kievskaya starina" (1893, XI—XII) jurnallarında nəşr edilmişdir.
Köhnə tərcümeyi-hallardan ən ətraflı və dəyərlisi Q.P.Danilevskinin tərcümeyi-halıdır ("Ukrayna Əntikliyi" əsərində).
Kvitka Osnovyanenkonun əsərləri toplusu 1887-ci ildə Xarkovda nəşr olunmuş, lakin onun dram əsərləri bura daxil edilməmişdir.
Ekran işləri "Şelmenko-denşçik" (1957, Aleksandr Dovjenko adına kinostudiya, rejissor: Viktor İvanov) "Qonçarovkada elçilik" (1958, Aleksandr Dovjenko adına kinostudiya, rejissor: İqor Zemqano) "Şelmenko-denşçik" (1971, Lenfilm, rejissor: Andrey Tutışkin) "Cadugər" (1990, Aleksandr Dovjenko adına kinostudiya, rejissor: Qalina Şiqayeva)
Xatirəsi 1978-ci ildə Xarkov Universitetinin tarixi binasının yaxınlığındakı küçəyə (keçmiş Ufimski döngəsi) yazıçının adı verilmişdir. Həmin yerdə 1990-cı illərin ortalarında onun büstü ucaldılmışdır. Xarkovda, Moskalyovska küçəsi boyu, Osnovyanski körpüsünün dərhal arxasında Qviqka-Osnovyanenko adına kiçik park yerləşir. Bu, Osnovanın Kvitka mülkünə məxsus bir parkın qalıqlarıdır. Kiyevdə Kvitka-Osnovyanenko adına küçə vardır. 1978-ci ildə yazıçıya həsr olunmuş bədii markalı zərf çap edilmişdir. 2003-cü ildə Ukraynanın Kvitka Osnovyanenkoya həsr olunmuş poçt markası dövriyyəyə buraxılmışdır. 2008-ci ildə yazıçının anadan olmasının 230 illiyi münasibətilə 2 qrivna dəyərində yubiley sikkəsi buraxılmışdır..
Əsərləri Qriqori Kvitkanın (Osnovyanenko) dramatik əsərləri: 2 cilddə. C. 1-2. — Sankt-Peterburq: A. S. Velikanov, 1862. — 2 c.: c. 1 (Şelmenko, volost mirzəsi; Şelmenko-denşik; Qonçarovkada elçilik; Səmimi məhəbbət). — , II, 337 s.; c. 2: (Zadəgan seçkiləri; Zadəgan seçkiləri, ikinci hissə və ya İspravnik seçimi; Şuluqçu ölü; Paytaxtdan gələn qonaq). — , 384 s. Yaxşılıq et, yaxşı olsun: Q. Kvitkanın (Qritsko Osnovyanenko) povesti, kiçik rus dilindən (ukrayna dilindən) tərcümə. — Sankt-Peterburq: Azyaşlı kasıbların himayə evi mətbəəsi, 1867. — 71 s. Fyodor Qriqoryeviç Kvitkanın əsərləri. Qritsko Osnovyanenkonun povest və hekayələri. Tarixi məqalələr, cild III / A.A.Potebnyanın redaktorluğu ilə. Xarkov, 1889. Qriqori Kvitkanın (Osnovyanenko) dramatik əsərləri. — Kiyev; Xarkov: F. A. İoqanson, 1893. — 247 s. Marusya: povest / Q.F.Kvitka Osnovyanenko. — Sankt-Peterburq: A. S. Suvorin nəşriyyatı, Senzura 1894. — 134 s. — (№ 308) Şelmenko-denşik: 5 pərdəli komediya / Osnovyanenkonun əsəri. — Xarkov: A. Nesterov, 1840. — 179 s. Zadəgan seçkiləri: 3 pərdəli komediya. — Moskva: P. Kuznetsov mətbəəsi, 1829. — , II, 197 s. Türk şalı və ya Adət belədir: 3 pərdəli komediya. — Moskva: P. Kuznetsov mətbəəsi, 1829. — , 128 s.
İstinadlar
Ədəbiyyat
Тарнавський В. Г. Ф. Квітка-Основ’яненко: бібліогр. розвідка: з нагоди 150-х роковин народження письменника (1778—1928) / Вадим Тарнавський; Всеукр. акад. наук, Коміс. для видавання пам’яток новіт. укр. письменства. — Київ: [б. в.], 1929. — XXVIII, 354 с. — (Збірник історично-філологічного відділу; № 87).
Xarici keçidlər Г. Ф. Квитка: биобиблиографический очерк Произведения Квитка-Основьяненко в аудиобиблиотеке litplayer
Kateqoriya:Rusiya imperiyası jurnalistləri Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Ukraynalı yazıçılar