Açıq səma altında muzeylər () — tarix, etnoqrafiya, arxeologiya və ya sənət əsərlərinin onların təbii və ya orijinal yerləşmə mühitində nümayiş etdirildiyi xüsusi muzey formatıdır.

Ümumi mənada, sərgisi — açıq havada (səmada) nümayiş olunan hər hansı bir muzey nəzərdə tutulur.

Muzeylər Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Naxçıvanda Əcəmi seyrəngahında yerləşən açıq səma altında muzey, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olan Sıratağlı dini-memarlıq kompleksi, Bazar Meydanı və ya Xanəgah kompleksi, Abşeron yarımadasında Qala kəndində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda, Hərbi Qənimətlər Parkı və.s. yerləşən mədəni ünsürlər "açıq səma altında muzeylər" adlı eksponat statusuna aiddir.

Azərbaycanın ən məşhur açıq səma altında olan muzeylərindən biri, dünyada ən qədim insan məskənlərindən olan — Qobustan Dövlət Tarixi-Bədii Qoruğudur. Qobustanda tapılan maddi mədəniyyət qalıqları, tarix və mədəniyyət üçün mühüm rol oynadığını nəzərə alaraq, 1966-cı ildə Qobustan Dövlət Tarix və Bədii Qoruğu elan edilmişdir. Qoruq — əsasən üç dağın — Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi böyük bir ərazini əhatə edir. 2007-ci ildə UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir. Qobustan — paleolit dövründən başlayaraq insanın ilk məskunlaşdığı ərazi ilə bağlı unikal məlumatlar verir. Qaya üzərində qədim insanların həyat və məişətini əks etdirən qayaüstü təsvirlərlə yanaşı 6000-dən çox petroqliflər mövcuddur. Açıq səma altındakı muzeydə, minlərlə il əvvəl yaşamış isanların sənətini və mədəniyyətini təqdim edən, insanların məskunlaşdığı mağaralar, yaşayış yerlərinə rast gəlmək olar. 2011-ci ildə Qobustanda müasir standartlara cavab verən muzey açıldı. Bundan başqa 2013-cü ildə Qobustan muzeyi "Avropanın ən yaxşı muzeyi" müsabiqəsinin qalibləri sırasında yer almışdır.

thumb|Naxçıvandakı Açıq səma altında muzey Azərbaycanın digər bölgələrində də açıq səma altında olan muzeylər var. Naxçıvan şəhərinin mərkəzində, "Əcəmi seyrəngahı"nda yerləşən bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 iyul 2002-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. Ekspozisiyada dörd qrup qiymətli və unikal daş abidələr – eksponatlar yerləşdirilmişdir. Bu eksponatların əsasını inşaat işlərində istifadə olunan sütunlar, sütun başlıqları və altlıqları, dekorativ üzlüklər, beş ton ağırlığında olan dəyirman daşı, həmçinin dini inanclarımızla bağlı sənduqələr, qoç heykəlləri, məzar daşları, təbiətdən hazır əldə olunan zoomorf fiqurlari və eyni zamanda qayaüstü təsvirləri təşkil edir. Bundan əlavə muzeydə — daşdan yonulmuş digər fiqurlar, daş kitabələr, qəbirüstü xatirə abidələri, sütun altlıqları da daxildir. Əcdadlarımızın yaratdıqları daş abidələri, xüsusilə — Gəmiqaya rəsmləri ümumilikdə bəşəriyyətin tarixindən xəbər verir. Yalnız bir ədəd eksponat – Gəmiqayadan gətirilmiş abidə isə şüşəli vitrinə yerləşdirilmişdir. Ekspozisiyadakı 450 maddi-mədəniyyət nümunəsi — ulu Naxçıvanın daş yaddaşıdır.

thumb|Sıratağlı dini-memarlıq kompleksi|left Bakıda — İçərişəhərdə yerləşən Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi yaradıldı. 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı sıratağlı abidə aşkar olunmuşdur. Abidə — hər tərəfdən səki və sütunlu tağlarla əhatə edilmişdir. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütun daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qala kəndində "Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun" ərazisində açıq səma altında heyrətamiz muzey yaradıldı. Arxeoloji qazıntılar zamanı e.ə III–II minilliklərə aid qayaüstü rəsmlərlə yanaşı, əcdadlarımızın həyat tərzi, onların geyimləri, istifadə etdikləri qab-qacaqlar, pullar və o dövrə aid naxışlarla tanış olmaq mümkündür.

thumb|Hərbi Qənimətlər Parkı (Zəfər Parkı) Hərbi Qənimətlər Parkı (Zəfər Parkı), açıq səma altında bir muzey olaraq 2021-ci ildə Bakı şəhərində Dənizkənarı Milli Parkın yaxınlığında açılmışdır. Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) əldə etdiyi qələbəni simvolizə edir və bu tarixi zəfərin bir nişanəsi kimi yaradılıb. Park Azərbaycanın hərbi gücünü, zəfərini və qənimət kimi əldə etdiyi hərbi texnikaları nümayiş etdirən açıq hava muzeyidir. Bu parkın açıq səma altında muzey formatında dizayn edilməsi, onu adi bir parkdan fərqləndirir. Açıq səma altında yerləşən muzeyin sərgiləri Ermənistan ordusuna məxsus yüzlərlə hərbi texnikanı, zirehli maşınları, tankları, artilleriya qurğularını və digər döyüş vasitələrini əhatə edir.

Həmçinin bax Açıq Səma Altında Muzey (Naxçıvan) Hərbi Qənimətlər Parkı "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu Açıq səma altında muzey

Xarici keçidlər

Mənbələr