Milli And (; ) — XIX əsrdə Çərkəzistanda yaranmış, görkəmli çərkəz xadimləri və əhalinin böyük bir hissəsi tərəfindən qəbul edilmiş siyasi hərəkat və ideoloji müqavilə. Andın üzvləri Çərkəzistanı birləşdirməyə və Çərkəzistanın Rusiya tərəfindən ilhaqına qarşı müqavimət göstərməyə and içmişdilər.Yunus Emre Özsaray (2012). Kafkas Toplumlarında Kurumlar: Sosyal ve Ekonomik Örgütlenme Biçimlerinde Değişim (Yüksek Lisans Tezi). Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü, İstanbul.William Horak (November 2018 – May 2019). "Social Revolution in Circassia: The Interdependence of Religion and the World-System". Kafkasya Çalışmaları - Sosyal Bilimler Dergisi. 4 (7–8).К. Ф. Дзамихов (2014). Из документальной истории Кавказской войны: «Декларация черкесской независимости». Издательство КБИГИ РАН, Нальчик. ISBN 978-5-901497-78-4. Çərkəzistanın müxtəlif bölgələrindən olan liderlər Milli Anda sadiqlik andı içərək vahid, lakin sərbəst bir hökumət qurdular və Milli Anddan ilhamlanan varis hərəkatlar 1864-cü ilə qədər davam etdi.Şerafettin Terim (1976). Kafkas Tarihinde Abhazlar ve Çerkeslik Mefhumu. Minnetoğlu Kitabevi, İstanbul.

Arxa plan Tarixən Çərkəzistanda Andlı qardaşlıq ( — Qarşılıqlı andlılıq)Пщымаф АУЛЪЭ. "1791-1796 ИЛЪЭСХЭМ АЩЫIЭГЪЭ ШАПСЫГЪЭ ФЭКЪОЛI ЗАОМ ИОЧЕРК". ПСАЛЪ, 11 (12). insanların və ya ailələrin öz istəkləri ilə bir araya gəldiyi könüllü bir klan idi. Bunun əsas məqsədi üzvləri kənar təzyiqlərdən qorumaq idi. Bu qruplar kiçik respublikalar kimi fəaliyyət göstərirdi. Onların üzvlər arasındakı problemləri həll etmək üçün öz hakimləri var idi. Bəzi ərazilərdə bir çox fərqli ailələrdən ibarət onlarla belə qardaşlıq mövcud idi.Sultan Khan-Giray (1836). Записки о Черкесии (Notes on Circassia). Milli And "milli" bir and olaraq bütün Çərkəzistanı bu şəkildə birləşdirməyə çalışırdı. Ənənəvi çərkəz cəmiyyətində mübahisələri həll etmək üçün andiçmə təcrübəsi mövcud idi, lakin Milli And bu adəti genişləndirərək siyasi bir hərəkata çevirdi. And anlayışı çərkəzlər arasında təqribən 1800-cü illərdə yaranmışdır. 1830-cu illərdə Çərkəzistana səfər edən Ceyms Stanislaus Bell və digər ingilis səyyahları milli andın təxminən 30 il əvvəl başladığını qeyd etmişdirlər. Çərkəzlərin şifahi tarixinə görə, o, 1807-ci ildə Qalebatuqo Hatuqay tərəfindən yaradılmışdır; Bell də bu adı andın tərtibatçısı kimi qeyd edir."19. Yüzyılın İkinci Yarısında Kafkas Halkları ve Dağlı Halkların Bağımsızlık Mücadelesi" (July–August 1987). Kafdağı, Kuzey Kafkasya Kültür Derneği, Ankara. 1 (6–7). Bell bildirirdi ki, Havduqo Mansur kimi görkəmli çərkəz liderləri milli andı daimi, birləşdirici qanun aliliyini bərqərar etməklə ölkənin xilas mexanizmi kimi görürdülər.

And içən şəxslərdən Qurana and içmək tələb olunurdu. Müqəddəs kitab tüfəng dayağından asılırdı və şəxs irəli çıxaraq Quranı əlinə alır, ağsaqqalların qarşısında sadiqliyinə and içir və andiçmə bəyanatına "Bu, Allahın kitabıdır və mən bəyan edirəm..." deyərək başlayırdı. And on beş yaşından yuxarı olan kişilər arasında geniş şəkildə həyata keçirilirdi. And içməkdən boyun qaçıran və ya imtina edən icmalar və ya fərdlər rəsmilər tərəfindən evlərinin yandırılması və ya silahlı güclə üzləşmək də daxil olmaqla ciddi təhdidlərlə qarşılaşırdılar. Cənub sahili kimi bəzi bölgələrdə nümayəndələr öz bölgələri adından and içir və xəyanəti aşkar edib bildirənləri mükafatlandırmaq üçün xüsusi fond yaradılırdı. And içən şəxs Çərkəzistana tam sadiq qalacağına və düşmənləri olan ruslarla heç bir əlaqə, ticarət və ya hər hansı bir münasibət qurmamağa and içirdi. Onlardan düşmənlə əlaqə saxlayan hər kəsi aktiv şəkildə ifşa etmək və onların qınanması və cəzalandırılmasına kömək etmək tələb olunurdu. Onlar həmçinin oğurluq və ya qətl kimi cinayətlər törədən hər kəs haqqında məlumat verməyə və onların ədalət qarşısında cavab verməsinə kömək etməyə borclu idilər. And içərkən etiraf edilən keçmiş cinayətlər cərimələrlə həll edildiyi halda, and içdikdən sonra onu pozmaq ən ciddi şəkildə cəzalandırılırdı: əgər bir şəxsin hər hansı bir səbəbdən andını pozduğu sübuta yetirilərdisə, o, həyatını itirirdi. Bell belə bir etiraf hadisəsini qeyd edir:

And Məclisləri və ya tarqo-xasə () yerli hökumət kimi xidmət etmək və andın icrasını təmin etmək üçün hər bir ərazidə yaradılırdı. Bu, öz təcrübələrinə əsasən hər bir andlı qardaşlıqdan seçilmiş xüsusi tamatalar (ağsaqqallar və ya böyüklər) qrupu idi. Öz yoldaşları tərəfindən seçildikdən sonra, bu ağsaqqallar heç kimə tərəfkeşlik etmədən və qərarlarını təhrif etmək üçün rüşvət almadan vicdanlarına görə ədaləti mühakimə edəcəklərinə and içirdilər. Məhkəmədə dəlillər açıq şəkildə təqdim edilib müzakirə edildikdən sonra, And Məclisi xüsusi müzakirə üçün geri çəkilirdi. Konsensusa gəldikdən sonra onlar qayıdır və seçilmiş sədr vasitəsilə yekun qərarlarını bildirirdilər. Onların səlahiyyətləri həmçinin borcların toplanması kimi mülki məsələləri də əhatə edirdi. Lazımi andlar içildikdən sonra borclu inadla ödəniş etməkdən imtina edərdisə, kreditor borclunun əmlakını müsadirə etmək üçün tələb olunan səlahiyyət və fiziki yardımı əldə etmək məqsədilə hər iki tərəfin qardaşlıqlarının And Məclisinə müraciət edə bilərdi.

1831-ci ildə Səfərbəy Zanoqo bir qrup çərkəzin and içməsinə rəhbərlik etmişdi.Yahya Khoon (September 2015). "'Prince of Circassia': Sefer Bey Zanuko and the Circassian Struggle for Independence". Journal of Caucasian Studies, 1 (1). Milli andın ilkin formasının icrası 1834-cü ilin avqustunda Havduqo Mansur kimi natuxay liderlərinin rəhbərliyi altında davam etdi və 1837-1838-ci illərdə yenilənərək genişləndirildi.James Stanislaus Bell (1840). Journal of a Residence in Circassia: During the Years 1837, 1838 and 1839. Edward Moxon, London. Vol. 1. And evdən-evə tətbiq edilirdi, bəzən bu proses qan tökülməsi ilə müşayiət olunurdu. Bell qeyd edirdi ki, milli and içməyənlər hərəkat iştirakçıları tərəfindən düşmən hesab olunurdular. Bu hərəkatı daha da irəlilətmək üçün Səfərbəy Zanoqo kimi hərəkatın aparıcı fiqurları vilayətləri gəzirdilər. 1838-ci ilə qədər hərəkat minlərlə insanın and içməsi ilə nəticələndi. Hərəkat Şapsuq, Natuxay və Abzax da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bir neçə vilayətə yayıldı.

Şapsuq bölgəsində milli andın qəbulu üçün məclislər bəzən cənazə mərasimləri (ehsan) kimi böyük kütləvi toplanışlar zamanı keçirilirdi. Milli and daxili mübahisələri həll etmək üçün siyasi bir vasitə rolunu oynayırdı. 1837-ci ildə Şapsuq bölgəsində andiçmə konqresi, keçmiş münaqişələri həll etmək və bu qrupların Rusiya qüvvələrinə kömək etməsinin qarşısını almaq üçün sürgün edilmiş zadəgan ailələrini yenidən cəmiyyətə inteqrasiya etmək məqsədilə anddan istifadə etdi.James Stanislaus Bell (1840). Journal of a Residence in Circassia During the Years 1837,1838, and 1839. E. Moxon. Vol. 2.

14 sentyabr 1829-cu ildə Ədirnə müqaviləsi imzalandı,John Emerich Edward Dalberg Acton (1907). The Cambridge Modern History. Macmillan & Co. səh. 202. hansı ki, Osmanlı İmperiyasının Çərkəzistanı Rusiyaya güzəştə getməsini nəzərdə tuturdu. 1837-ci ildə Milli And Məclisi toplanaraq, Çərkəzistanın heç vaxt Osmanlı İmperiyasının bir hissəsi olmadığını əsas gətirərək Ədirnə müqaviləsini etibarsız saydı və rədd etdi.H. Aşemez (December 1973). "Adığey (Çerkesya)'nın Kısa Tarihi". Kafkasya. İzzet Aydemir, Ankara. 10 (39–42).İbrahim Köremezli (2004). The Place of the Ottoman Empire in the Russo-Circassian War (1830-1864) (Master's thesis). Bilkent University, Ankara. 1838-ci ildə Milli And Məclisi dünya xalqlarına bir bəyanat yaydı:

1835-ci ilə aid Rusiya hərbi sənədləri Səfərbəyi əhali arasında andın yayılmasına cavabdeh olan əsas təşkilatçı kimi müəyyənləşdirir.

1839-cu ildə Milli And Məclisi () Milli Andın prinsiplərini müəyyən etmək üçün Şapsuq bölgəsində toplandı. Məclis Çərkəzistan əhalisi üçün yeddi əsas qayda üzrə razılığa gəldi:

Çərkəzistan vahid vətəndir və orada yaşayan xalq birləşmiş bir millətdir. Ruslar Çərkəzistanın milli və əbədi düşmənidir. Çərkəzistan vətəndaşlarının ruslarla şəxsi və ya ticari əlaqələri olmayacaq. Hər bir vətəndaş sonuna qədər canı və malı ilə Rusiyaya qarşı vuruşacaq. Anda xəyanət edən şəxslər ölümə qədər cəzalandırılacaqlar. Vətəndaşlar oğurluqdan və pis davranışlardan çəkinməlidirlər; bu hərəkətləri müşahidə edən hər kəs cinayətkarların cəzalandırılmasına kömək etmək üçün bu barədə məlumat verməlidir. Qeyri-ixtiyari cinayət törədən şəxslər öz əməllərini etiraf etməlidirlər.

Andın qaydaları əhalidən onlara ciddi şəkildə riayət etməyi tələb edirdi. Andı pozanlar bunun bədəlini həyatları ilə ödəyirdilər.Ю. Ю. Клычников (2002). Российская политика на Северном Кавказе (1827-1840 гг.). Пятигорск. Çərkəz əhalisinin böyük bir hissəsi özlərini bu öhdəliklərə bağlı hesab edirdi və bu, 1864-cü ilə qədər müqavimətin davam etməsinə gətirib çıxardı. Əgər bir şəxs duz almaqdan başqa hər hansı bir məqsədlə ruslarla əlaqə saxlayırdısa, onu iyirmi dörd öküz dəyərində cərimə gözləyirdi. Əgər bir şəxs əvvəllər milli and içmişdisə və onu pozduğu sübut olunardisa, həyatını itirirdi. Şəxsin andlı qardaşlığının bu ölüm cəzasını iki yüz öküz dəyərində cərimə ödəyərək geri almaq seçimi var idi. Məscid xütbələrindən əhalini andiçməyə hazırlamaq, onun öhdəliklərini və qaydaları pozanların cəzalandırılmasının zəruriliyini izah etmək üçün istifadə olunurdu.

1839-cu ilin sonlarında Abzax bölgəsi Rusiyanın sülh təklifini müzakirə üçün məclisə gətirdi. Milli And Məclisi şərtləri müzakirə etmək üçün Abzax bölgəsində toplandı və belə qərara gəldi ki, Rusiya ilə sülh yalnız bütün Şimali Qafqazın Rusiya qüvvələri tərəfindən boşaldılması şərtilə mümkün olacaq.

Milli Andın prinsipləri Avropa və Asiya monarxlarına ünvanlanmış bir sənəd olan Çərkəzistanın Müstəqillik Bəyannaməsində dərc edilmişdi.Р. Трахо (1992). Черкесы. Общество любителей книги Кабардино-Балкарской Республики, Нальчик. Görüşlərdən sonra, öz siyasi mövqelərini beynəlxalq aktorlara çatdırmaq üçün bir nümayəndə heyəti İstanbula yola düşdü. Çərkəz bayrağı andın simvolu kimi xidmət edirdi.

İstinadlar