Sualtı şahmat — suyun altında oynanılan şahmat növü.What is Diving Chess? İstifadə tarixi: 18 aprel 2026. Sualtı şahmat düşüncə zamanına deyil, nəfəs tutma vaxtına əsaslanan şahmat növüdür və qalan bütün qaydalar klassik şahmat qaydaları ilə eynilik təşkil edir.Su altında satranç nefesleri kesti. İstifadə tarixi: 18 aprel 2026. Hovuz dərinliyi adətən 1.1-1.6 metr dərinliyində olur. Fiqurları şahmat taxtası üzərində sabitləmək üçün ağır şahmaq fiqurlarından və ya güclü maqnitlərdən istifadə olunur. Bir oyun adətən bir saat davam edir.
Uzunmüddətli nəfəstutma diqqəti fokuslamağı çətinləşdirir və qərarvermə prosesinə birbaşa təsir göstərir. Uzunmüddətli oyunlarda oyunçuların bədən temperaturlarının aşağı düşməsi oyunu əhəmiyyətli dərəcədə çətinləşdirir. Oyunçuların raundlar arasında isti duş qəbul edə, qısamüddətli saunaya girə və ya qalıb rəqiblərinin strategiyalarını izləyə bilərlər.Dive Chess World Championships. İstifadə tarixi: 21 may 2026.
Xüsusi qaydalar Sualtı şahmatın qaydaları adi şahmat ilə ümumi olaraq eyni olsa da, bir neçə xüsusi davranış qaydaları mövcuddur:
Oyunçu gediş etmədən hava almaq üçün sudan çıxarsa, xəbərdarlıq alır. İkinci dəfə eyni hərəkəti edərsə, avtomatik məğlub hesab olunur;Rules of Diving Chess. İstifadə tarixi: 21 may 2026. Rəqibi hava almaq üçün sudan çıxan ikinci oyunçu rəqibi qayıtmadan gediş edə bilməz; Standart üzgüçülük paltarı və eynəklərindən başqa digər avadanlıqlara icazə verilmir.
Tarixi Amerikalı şahmat ustası Etan İlfeld fiziki və mental fəaliyyəti özündə birləşdirmək fikrindən yola çıxaraq 2012-ci ildə sualtı şahmat ideyasını irəli sürdüThe World of Diving Chess. İstifadə tarixi: 18 aprel 2026..
Məşhur sualtı şahmatçılar
Hans Neyman - Ceyp Toun 2025 sualtı şahmat çempionuHans Niemann Diving Chess Cape Town 2025 Champion. İstifadə tarixi: 21 may 2026. Fabiano Karuana Rajko Vujatoviç Vinsent Keymer Maqnus Karlsen
İstinadlar
Kateqoriya:Şahmat Kateqoriya:Fərdi idman növləri Kateqoriya:Şahmatın variantları