Məskunlaşma coğrafiyası — məskənlərin yaranması, inkişafı, mənşəyi, keçirdiyi dəyişiklikləri, funksiyalarını və paylanmasını öyrənən antropocoğrafiya sahəsi. Məskunlaşma coğrafiyası yaşayış məskənləri və vahidlərinin təbii və sosial-iqtisadi mühitlə əlaqəsini tədqiq edir.
Həyata yığıcı-ovçu köçəri kimi başlayan insan, quraq iqlim ərazilərində, çay kənarlarında məskunlaşmağa başlamışdır. Bu ərazilər qida və suyun daha asan təmin edilməsinə görə seçilmişdir. Zamanla yaşayış yeri kimi mağara və ağaç boşluqları yerinə özü düzəltdiyi komalarda yaşamağa başlamışdır. E.ə. 10-cu minillikdən (Neolit dövrü) etibarən əkinçilik və heyvandarlığa keçid oturaq həyatı zəruri etmişdir. İlk kəndlər bu şəkildə ortaya çıxmışdır. Eneolit (Xalkolit) dövrü ilə birlikdə metalların işlənilməsinə başlanılmışdır. Kəndlər böyümüş, ətrafı qala divarları ilə əhatə olunmuş və şəhərlərin ilkin rüşeymləri formalaşmağa başlamışdır.
Kənd məskənləri
Əhalisi 20 mindən az olan, əhalinin dolanışığı kənd təsərrüfatı və heyvandarlığa əsaslanan məskənlərdir. Kənd və şəhər məskənlərinin ayrılmasında yaxın vaxtlara qədər 10 min nəfərlik əhali həddi qəbul edilirdi. Lakin müasir tədqiqatlara əsasən bu hədd 20 minə qaldırılmışdır.
Kənd
thumb|Düzənlikdə salınmış kütləvi kənd məskəni.
thumb|Dağlıq ərazidə dağınıq kənd məskəni.
Əhalisi 2000-dən az olan, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan, əmək bölgüsünün zəif inkişaf etdiyi ən kiçik yaşayış vahididir.
Dağınıq kəndlər
Relyefin meylli və parçalanmış, suyun bol olduğu yerlərdə insanlar evlərini öz pay torpaqlarında tikirlər. Əsas məqsəd tarlaya gedib-gələrkən vaxt itkisinin qarşısını almaqdır. Su bolluğu dağınıq məskunlaşmanı asanlaşdırır.
Kütləvi kəndlər
Evlərin bir-birinə yaxın olduğu məskənlərdir. Suyun məhdud, ərazinin düz olduğu yerlərdə rast gəlinir. Burada insanlar su mənbələrinin ətrafında kütləvi şəkildə məskunlaşırlar.
Kəndaltı məskənlər
İnzibati cəhətdən kəndə bağlı olan, lakin kənd mərkəzindən kənarda yerləşən bir və ya bir neçə evdən ibarət tikililərdir.
Müvəqqəti kəndaltı məskənlər
İlin müəyyən dövrlərində (əsasən yayda) istifadə olunurlar. Yayla: Heyvandarlıq və əkinçilik məqsədilə yay aylarında çıxılan yüksək dağlıq ərazilərdir. Ağıl: Xırda buynuzlu heyvan sürülərinin saxlanması üçün kənddən kənarda qurulan yerlərdir. Kom: Əsasən heyvandarlıqla bağlı yaradılan məskənlərdir. Oba: Köçəri heyvandarlıqla bağlı, çadırlardan ibarət müvəqqəti məskəndir.
Daimi kəndaltı məskənlər
Məhəllə: Kənd mərkəzindən uzaqda yerləşən bir qrup evdən ibarətdir. Divan: Bir neçə məhəllənin birləşərək vahid kənd yaratmasıdır. Məzrə: Kənd mərkəzindən uzaqda əkinçilik və heyvandarlıq məqsədilə qurulan yaşayış yeridir. Ferma: Kənddən kənarda ev, anbar, tövlə və tarlalardan ibarət geniş təsərrüfat sahəsidir.
Nahiyə
Coğrafi, iqtisadi və təhlükəsizlik baxımından əlaqəli olan qəsəbə və kəndlərdən ibarət, rayondan kiçik inzibati vahiddir. Müasir dövrdə bir çox ölkələrdə funksiyasını itirsə də, bəzi regionlarda hüquqi statusunu saxlayır.
Qəsəbə
Kənd ilə şəhər arasında keçid təşkil edən, bələdiyyə təşkilatı olan yaşayış məntəqələridir. Əhalisi 2 min ilə 20 min arasındadır. Kənd təsərrüfatı ilə yanaşı kiçik sənaye və xidmət obyektləri (təmirxanalar və s.) mövcuddur. Adətən ətraf kəndlərin ehtiyaclarını qarşılayan bazar və tibb məntəqələrinə sahib olurlar.
Şəhərlər
thumb|Şəhər məskunlaşmasına nümunə: Mostar
Şəhərlər — əhalisi 20 mindən çox olan, əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatından kənar sahələrdə (xidmət, ticarət, idarəetmə və sənaye) çalışdığı məskunlaşma yerləridir. Şəhərlər müxtəlif xüsusiyyətlərinə görə təsnif olunurlar.
Böyüklüyünə görə şəhərlər
Kiçik şəhərlər: 20.000–100.000 nəfər əhalisi olan şəhərlər. Böyük şəhərlər: 100.000–1.000.000 nəfər arası əhalisi olan şəhərlər. Metropoliten (metropol) şəhərlər: 1.000.000 ilə 10.000.000 arası əhalisi olan şəhərlər. Meqalopolis (meqaşəhər): 10.000.000-dan çox əhalisi olan şəhərlər.
Funksiyalarına görə şəhərlər
thumb|Sənaye şəhəri: Batman
thumb|Aqrar-sənaye şəhəri: Giresun
Aqrar şəhərlər: Əhalisi adətən 100.000 nəfəri keçməyən və iqtisadiyyatında kənd təsərrüfatı üstünlük təşkil edən şəhərlərdir. Burada kənd təsərrüfatı məhsullarının satışı və emalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərir. Nümunə: Giresun, Rizə, Düzcə. Ticarət şəhərləri: Şəhərdəki əsas iqtisadi fəaliyyət ticarətdir. Bunun üçün şəhər mühüm nəqliyyat yollarının kəsişməsində yerləşməli (liman, dəmiryolu, qovşaq) və ətraf ərazilərdə ticarət dəyəri olan məhsullar istehsal olunmalıdır. Nümunə: İstanbul, İzmir, Trabzon. Sənaye şəhərləri: Sənayedə çalışanların çoxluq təşkil etdiyi və mühüm sənaye müəssisələrinin yerləşdiyi şəhərlərdir. Nümunə: İstanbul, İzmit, Bursa, Qaziantep, Batman, Karabük. İnzibati şəhərlər: Şəhərin böyüməsində və inkişafında idarəetmə funksiyasının (paytaxtlıq və s.) həlledici olduğu mərkəzlərdir. Nümunə: Ankara. Hərbi şəhərlər: İnkişafında böyük hərbi obyektlərin və birləşmələrin təsirinin olduğu şəhərlərdir. Nümunə: Sarıkamış, Ərzurum, Malatya. Mədəniyyət şəhərləri: Elm, incəsənət, nəşriyyat və təhsil fəaliyyətlərinin yüksək olduğu şəhərlərdir. Bu şəhərlərdə universitetlərin sayı və şəhər həyatına təsiri mühümdür. Nümunə: İstanbul, Ankara, İzmir. Turizm şəhərləri: Əsas gəlir mənbəyini turistlərin ziyarətləri təşkil edən şəhərlərdir. Nümunə: İstanbul, Bodrum, Antalya, Alanya, Quşadası.
İstinadlar
Kateqoriya:Yerləşmə coğrafiyası Kateqoriya:Antropocoğrafiya Kateqoriya:Şəhərsalma Kateqoriya:Məskunlaşma terminləri