Yeni Belqrad () — Belqrad şəhərinin ən böyük və ən müasir inzibati rayonlarından biri. O, şəhərin qərb hissəsində, Sava və Dunay çayları arasında yerləşir və XX əsrin ortalarında planlı şəkildə salınmış yeni şəhər məkanı kimi formalaşmışdır. Yeni Belqrad sosialist Yuqoslaviya dövrünün ən mühüm urbanistik layihələrindən biri hesab olunur və geniş prospektləri, çoxmərtəbəli yaşayış blokları, inzibati binaları və yaşıllıq sahələri ilə seçilir.

Tarixi Yeni Belqradın yerləşdiyi ərazi uzun müddət bataqlıq və düzənlik sahə olmuşdur. XX əsrin əvvəllərindən bu ərazinin şəhərsalma baxımından inkişaf etdirilməsi planlaşdırılsa da, əsas tikinti işləri yalnız İkinci Dünya müharibəsindən sonra başlanmışdır. 1948-ci ildə Yuqoslaviya hökuməti burada yeni, müasir bir şəhər rayonu qurmaq barədə qərar qəbul etmişdir. Layihə çərçivəsində minlərlə könüllü və fəhlə cəlb edilmiş, ərazi qum və torpaqla doldurularaq tikinti üçün yararlı vəziyyətə gətirilmişdir.

Yeni Belqrad sosialist modernizmi prinsiplərinə əsasən planlaşdırılmışdır. Rayon nömrələnmiş "bloklar" sisteminə bölünmüşdür və bu bloklar yaşayış, ticarət və ictimai funksiyalar üzrə formalaşdırılmışdır. Bu planlaşdırma modeli Yuqoslav memarlığında mühüm yer tutur.

Müharibələrarası dövr XX əsrdə iki dünya müharibəsi arasında, Sava çayına daha yaxın ərazilərdə — Staro Saymişte və Novo Naselye məntəqələrində yaşayış icmaları formalaşmağa başladı. Sava çayının qarşı sahilində yeni yaşayış məntəqəsinin salınması ideyası rəsmi şəkildə ilk dəfə 1922-ci ildə irəli sürüldü, Belqrad şəhərinin Savanın sol sahilinə doğru genişlənməsi üçün ilk şəhərsalma planları isə 1923-cü ildə hazırlandı. Lakin maliyyə və bataqlıq ərazilərin qurudulması üçün lazım olan işçi qüvvəsinin çatışmazlığı səbəbindən bu planlar uzun müddət həyata keçirilmədi. Bundan əlavə, Tikinti Nazirliyi şəhərin genişlənmə planını rədd etmişdi.

Layihə Corce Kovlyanski tərəfindən hazırlanmış və o, köhnə Belqradın Savamala məhəlləsindən süni ada yaradılması ideyasını (onun adlandırdığı "Sava amfiteatrı") irəli sürmüşdü. O, həmçinin Ada Tsiqanliya adasının şimal ucundan keçərək Sava üzərində körpü tikilməsini də nəzərdə tutmuşdu; bu körpü yalnız 2012-ci ildə inşa edildi.

1924-cü ildə Petar Kokotović Toşin Bunar ərazisində "Novi Beograd" (Yeni Belqrad) adlı bir kafana açdı. 1945-ci ildən sonra Kokotoviç Novo Naselye – Bejaniya yerli icmasının rəhbəri oldu və bu ərazi sonradan Yeni Belqrad bələdiyyəsinə çevrildi. Həmin ildə Bejaniyada hava limanı tikildi, 1928-ci ildə isə "Roqojerski" fabriki quruldu.

1934-cü ildə planlar genişləndirildi və Zemun ilə Belqradı birləşdirən yeni şəhər zonasının yaradılması nəzərdə tutuldu. Zemun 1929-cu ildə inzibati olaraq Belqrada birləşdirilmiş və 1934-cü ildə ayrıca şəhər statusunu itirmişdi. Eyni dövrdə Sava üzərində Kral Aleksandr körpüsü tikildi və Belqradla Zemunu birləşdirən tramvay xətti istifadəyə verildi. Həmçinin Zemun hava limanı da inşa olundu.

Müasir Uşçe sahilinin yerləşdiyi ərazi, Branko körpüsünün şimalında, o dövrdə qumlu çimərlik idi və burada kabinələr, kafanalar və balıqçıların istifadə etdiyi daxmalar yerləşirdi. Bu yer İnterbellum dövründə belqradlıların ən sevimli istirahət məkanlarından biri idi. İnsanlar buraya qayıqlarla gəlirdi; əsas çıxış nöqtəsi Savamaladakı "Malo pristanište" adlı kiçik kafana idi.

Sava çayının sol sahilində yerləşən bu ərazi sonradan körpü tikintisi səbəbilə dəyişdirildi. Bir çox tikililər, o cümlədən "Ostend", "Zdravlje", "Abadžija", "Jadran", "Krf", "Dubrovnik" və "Adrija" kimi kafanalar söküldü. Yalnız "Nica" kafanası saxlanıldı və o, sonradan müasir Uşçe restoranının əsasını təşkil etdi. Ümumilikdə 20 bina və 2000-ə yaxın daxma və tikili dağıdıldı. Çimərlik 1934-cü ildə körpünün tikintisindən sonra fəaliyyətini davam etdirsə də, 1938-ci ildə bənd tikintisi başlayarkən tam bağlandı. Çimərlik "Nica" adlanırdı və bu ad Fransanın Nitsa şəhərinin serb dilindəki qarşılığı idi.

1937-ci ildə bir qrup danimarkalı investor Belqrad şəhər rəhbərliyinə Sava çayının sol sahilində, Belqrad və Zemun arasında yeni yaşayış məntəqəsinin tikintisi layihəsini təqdim etdi. Onlar layihəni 94 milyon dinara həyata keçirməyi təklif etdilər. Şəhər rəhbərliyi layihəyə maraq göstərsə də, qərarın Belqrad və Zemun sakinlərinin iştirakı ilə verilməli olduğunu bildirdi.

Avqust ayında danimarkalılar daha cəlbedici təklif irəli sürdülər: onlar bütün məhəlləni pulsuz tikəcək, lakin torpaq sahələrini satmaq hüququnu özlərində saxlayacaqdılar. 24 fevral 1938-ci ildə müqavilə imzalandı. Layihəyə əsasən, xüsusi gəmi vasitəsilə Dunay çayının dibindən çıxarılan torpaq bataqlıq əraziyə daşınmalı və ərazi doldurulmalı idi. Bu işlərin 1940-cı ilə qədər tamamlanması və yeni, tikintiyə hazır sahənin yaradılması planlaşdırılırdı. Layihə "Sava çayının mənsəbinin Dunaya doğru dəyişdirilməsi" kimi təsvir edilirdi.

Coğrafiyası və şəhərsalma quruluşu thumb|right|Yeni Belqradın yeri Belqrad şəhəri daxilində Yeni Belqrad düz relyefə malikdir və köhnə Belqradın təpəlik hissələrindən fərqli olaraq geniş, açıq məkanlarla xarakterizə olunur. Rayon təxminən 40 km² sahəni əhatə edir. Burada 70-dən çox yaşayış və inzibati blok mövcuddur.

Ərazi şəhərin digər hissələri ilə bir neçə körpü vasitəsilə birləşir. Bunlar arasında Branko körpüsü, Qazela körpüsü və Ada körpüsü xüsusi əhəmiyyət daşıyır.

Memarlıq Yeni Belqrad brutalizm və sosialist modernizmi üslubunun ən parlaq nümunələrindən biri sayılır. Buradakı binalar əsasən beton konstruksiyalar, geniş həyətlər və yaşıllıq zolaqları ilə fərqlənir. Memarlıq konsepsiyası yaşayış üçün funksional və sosial baxımdan əlverişli mühit yaratmağa yönəlmişdir.

Rayonda yerləşən mühüm tikililər bunlardır:

Serbiye palatası — Serbiya hökumətinin inzibati binası Uşe qüllələri — biznes və ofis mərkəzi Sava mərkəzi — konqres və mədəniyyət kompleksi Belqrad arenası — iri idman və tədbir kompleksi

İqtisadiyyatı Müasir dövrdə Yeni Belqrad Serbiyanın əsas biznes və kommersiya mərkəzlərindən biridir. Bir çox beynəlxalq şirkətlərin ofisləri, banklar, ticarət mərkəzləri və mehmanxanalar burada yerləşir. Rayon həmçinin Belqradın nəqliyyat baxımından ən əlverişli hissələrindən biridir.

İstinadlar

Xarici keçidlər

Official website Blokovi – Novi Beograd Uboji Novi Beograd — online photo collage

Kateqoriya:Belqrad Kateqoriya:Serbiyada şəhərlər və qəsəbələr Kateqoriya:Şəhərsalma layihələri Kateqoriya:Mərkəzi biznes rayonu Kateqoriya:Yaşayış kompleksləri