II Françesko Mariya della Rover (; ) — son Urbino hersoqu.

1549-cu ildə Pezaroda dünyaya gəldi. Atası Urbino hersoqu II Qvadibaldo della Rover, anası isə Parma hersoqu Piyer Luicinin qızı Vittoriya Farnezedir. 1565-1568-ci illərdə İspaniya kralı II Filippin sarayında yaşadı. Burada ispan əsilli bir xanımla evlənmək istəsə də, atası buna etiraz etdi və onun istəyilə Urbinoya geri qayıtdı. 1570-ci ildə Modena və Ferrara hersoqu II Erkole d'Estenin qızı Lukresiya ilə evləndirildi. Ancaq bu evliliyindən övladı olmadı.

Roma papası V Piyin çağırışıyla əmrindəki 2 minlik orduyla 1571-ci ildə səlib yürüşünə qatıldı və Lepanto döyüşündə şücayət göstərdi.

1574-cü ildə atasının vəfatından sonra taxta çıxdı. Artan maliyyə problemləri səbəbilə 1580-ci ildə bir çox ailə mülkünü satışa çıxardı. Xanımının vəfatından cəmi bir il sonra 26 aprel 1599-cu ildə əmisi kardinal Culyo della Roverin nigahdan kənar doğulan nəvəsi Liviya della Roverlə evləndirildi. Nigah əsnasında özünün 50, gəlinin isə 14 yaşı vardı. Cütlüyün bu nigahdan yeganə oğlu dünyaya gəldi.

Federiko Ubaldo della Rover

1621-ci ildə yaşının çox olmasını və yorulduğunu səbəb göstərərək oğlunun lehinə taxtdan çəkildiyini elan etdi. Üstəlik oğlu evlənmişdi və xanımı hamilə idi. Ancaq cəmi 2 il sonra oğlu yaşadığı epilepsiya tutması səbəbilə vəfat etdi. Doğulan yeganə nəvəsinin qız olması səbəbilə, taxt-tac yenidən yaşlı II Françeskoya qaldı. Varisi olmadığı üçün 1625-ci ildə ölümündən sonra bütün mülkünün Papalıq dövlətinə ilhaq ediləcəyini elan etdi. 1631-ci ildəki ölümünün ardından taxt-tac hüququ Papalıq dövlətinə ilhaq olundu. Ölümünün ardından şəxsi mülkiyyətinəki sənət kolleksiyası yeganə nəvəsi Vittoriya della Roverə miras qaldı.

Mənbə

Ədəbiyyat

Ranke, Leopold von (1901). History of the Popes: Their Church and State. Vol. III. Translated by Foster, Eliza. Wellesley College Library. New York, Colonial Press. pp. 5–8

İstinadlar Kateqoriya:XVI əsr İtaliya zadəganları