Katerina Aleksandrovna Polişuk (; ) — Ukraynalı müğənni, dramaturq və Ukrayna Milli Qvardiyasının tibb bacısı. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı o, hərbi əsir düşüb. O, "İgidliyə görə" ordeni ilə təltif edilib və Ternopolun Fəxri Vətəndaşı adını alıb. Onun ləqəbi (təxəllüsü) "Ptaşka"dır (Quşcuğaz). Həyatı Katerina Polişuk 31 mart 2001-ci ildə Ukraynanın Sosnivka kəndində anadan olub. 2020-ci ildə Ternopildəki Salome Kruşelnitska İncəsənət Akademiyasının vokal ixtisası üzrə məzun olub. 2021-ci ildə Kiyevdə ilk tibbi yardım kurslarını bitirib. Daha sonra Ukrayna Milli Qvardiyasının tərkibində Luqansk vilayətindəki hərbi hospitalda, noyabr ayından etibarən isə Donetsk vilayətindəki "Hospitalier" tibbi batalyonunun üzvü kimi Donbass müharibəsində xidmət edib və burada hərbçilərə, eləcə də mülki əhaliyə tibbi yardım göstərib.
Rusiyanın genişmiqyaslı müdaxiləsi başladıqdan sonra, mühasirə zamanı Mariupolun bir xəstəxanasında "Hospitalier" tibbi batalyonunun tərkibində çalışıb. Xəstəxana rus işğalçıları tərəfindən bombalandıqdan sonra, o və digər tibbi heyət "Azovstal dəmir-polad zavodu"nda düşməndən gizlənməli olublar. Zavodun zirzəmilərində Ukrayna Millətçilərinin Marşı kimi OUN və UPA-nın vətənpərvərlik mahnılarını oxuması internetdə məşhurlaşdı və onu "Azovstal"ın simvollarından birinə çevirdi. Polişukun "Azovstal"ın müdafiəsindəki iştirakı CNN, Euronews, Watson və BBC kimi beynəlxalq media qurumları tərəfindən işıqlandırılıb.
19 may 2022-ci ildə Polişuk və digər ukraynalı müdafiəçilər və tibbi heyət Ukrayna Prezidentinin əmri ilə Rusiya əsirliyinə təslim olublar. Avqust ayında o, Olenivkadakı hərbi əsir düşərgəsində idi. 21 sentyabr 2022-ci ildə əsir mübadiləsi çərçivəsində geri qayıdıb. Geri döndükdən sonra cəbhədəkilərə dəstək toplamaq üçün Avropanı gəzib. Brüsseldə o, özü ilə birlikdə "Azov"da gizlənən hərbi fotoqraf Dmitro Kosatskinin çəkdiyi fotoşəkillərdən ibarət xüsusi sərgini ziyarət edib. 24 fevral 2023-cü ildə Polişuk Belvü sarayında Frank-Valter Ştaynmayer və Oleksiy Makeyevin ev sahibliyi etdiyi panel müzakirəsində iştirak edib. O, Barenboim-Said Akademiyasının ukraynalı tələbələri ilə birlikdə musiqi proqramını təqdim edib. Fevralın 26-da Berlindəki Rusiya səfirliyinin qarşısında dayanan bir rus tankının üzərinə çıxaraq "Oi u luzi chervona kalyna" mahnısını oxuyub.
2022-ci ilin avqustunda Polişuk "Forbes 30 under 30" siyahısına — ölkənin gələcəyini formalaşdıracaq gənc ukraynalılar siyahısına daxil edilib.
Polişuk həmçinin dramaturq kimi tanınır və Ternopil Xalq Teatrında səhnələşdirilən "Розлучені теж сміються" ("Boşananlar da gülür") pyesinin müəllifidir.
İstinadlar
Xarici keçidlər Боденчук, Б. Мати «Пташки» з Тернопільщини прокоментувала звільнення доньки // Суспільне Новини. — 2022. — 22 вересня. Боденчук, Б. Мама «Пташки» з Тернопільщини прокоментувала відео, яке опублікували російські пропагандисти // Суспільне Новини. — 2022. — 20 вересня. Цвик, О. Зірки згоряють, а ми будемо жити вічно: історія «Пташки» з Тернопільщини // Суспільне Новини. — 2022. — 24 серпня. Фаріон, І. «Коли моя Катруся повернеться з чужини, приготую її улюблених вареників із сиром…» // Високий замок. — 2022. — 8 червня. Шот, М. Її назвали «Пташкою» // Урядовий кур'єр. — 2022. — 19 травня. Терлюк, І. Військова з Тернопільщини «Пташка» жива і продовжує співати у підвалах «Азовсталі» // Суспільне Тернопіль. — 2022. — 10 травня. Чеславский, О. Пташка зі сталі // OBOZREVATEL. — 2022. — 9 травня. Цвик, О. Маріупольська «Пташка»: дівчина, яка співає у підвалах «Азовсталі», — із Тернопільщини // Суспільне Новини. — 2022. — 6 травня. Іноземцева, Ю. «Пташка зі сталі, яку не зламати!» Ми дізналися історію нашої землячки, яка захищає «Азовсталь» // 20 хвилин. — 2022. — 6 травня.
Kateqoriya:Ukrayna müğənniləri