thumb|Sürücü zəruri müdafiə məqsədilə quldura qarşı ciu-citsu fəndini tətbiq edir.
Zəruri müdafiə — müdafiə olunanın və ya digər şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, habelə cəmiyyətin və dövlətin qanunla müdafiə edilən mənafelərini ictimai təhlükəli qəsddən, qəsd edənə zərər vurmaq yolu ilə hüquqi müdafiə vasitəsidir.
Zəruri müdafiəni digər əməlin cinayət olmasını istisna edən hallardan fərqləndirən əsas əlamət zərərin məhz qəsd edən şəxsə vurulmasıdır.
Zəruri müdafiə institutu qədim tarixə malikdir və əksər dövlətlərin cinayət hüququnda mövcuddur. Buna baxmayaraq, o, hələ də elmi mübahisələrə səbəb olur: bu mövzuda yüzlərlə tədqiqat aparılmışdır və müvafiq qanunvericilik normaları dövrün tələblərinə müvafiq olaraq mütəmadi dəyişikliklərə məruz qalır.
Zəruri müdafiə hüququnun təbiəti
Bir çox hüquqşünas alimlər hesab edirlər ki, özünümüdafiə hüququ hər bir insanın doğulduğu andan sahib olduğu təbii və ayrılmaz hüququdur. Bu hüquq birbaşa insanın yaşamaq hüququndan irəli gəlir.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, zəruri müdafiə hüququ şəxsin peşə və ya digər xüsusi hazırlığından, yaxud xidməti mövqeyindən asılı olmayaraq, bütün şəxslərə eyni dərəcədə məxsusdur. Həmçinin, şəxsin ictimai təhlükəli qəsddən qaçmaq və ya digər şəxslərə, yaxud dövlət orqanlarına kömək üçün müraciət etmək imkanının olub-olmaması da zəruri müdafiə hüququnun yaranmasına təsir göstərmir.
Zəruri müdafiənin şərtləri
Müdafiənin hüquqi sayılması üçün aşağıdakı şərtlər ödənilməlidir: Qəsdin mövcudluğu: Təhlükə real olmalı, xəyali olmamalıdır. Qəsdin vaxtı: Müdafiə qəsd başladığı andan o bitənədək həyata keçirilməlidir. Müdafiə həddi: Vurulan zərər qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə müvafiq olmalıdır. Müdafiə həddinin aşılması () cinayət məsuliyyətinə səbəb ola bilər.
İstinadlar
Biblioqrafiya
Sir Edward Coke, The First Part of the Institutes of the Laws of England, or, A Commentary on Littleton (London, 1628, ed. F. Hargrave and C. Butler, 19th ed., London, 1832) Dressler, Joshua, New Thoughts About the Concept of Justification in the Criminal Law: A Critique of Fletcher's Thinking and Rethinking, (1984) 32 UCLA L. Rev. 61. Fletcher, George P. (1990) Crime of Self-Defense: Bernhard Goetz and the Law on Trial, Chicago: University of Chicago Press, . Fletcher, George P. (2000) Rethinking Criminal Law, Oxford: Oxford University Press, .
Schopp, Robert F. (1998) Justification Defenses and Just Convictions, Cambridge: Cambridge University Press, .
Semeraro, (2006) Osservazioni sulla riforma della legittima difesa Vitu, Legitime defense et infraction d'imprudence, Revue de Science Criminelle, 1987, 865. "Criminal Law: Self-Defense". Michigan Law Review, vol. 2, no. 8, 1904, pp. 727–28, JSTOR, https://doi.org/10.2307/1272411. Accessed 18 May 2023.
Xarici keçidlər
UseofForce.us, an independent, in-depth breakdown of US self-defense legalities.
Kateqoriya:Fərdi özünümüdafiə Kateqoriya:İnsan hüquqları Kateqoriya:Cinayət məsuliyyətini istisna edən hallar