I İsmayılın türk tarixində və mədəniyyətində rolu — Səfəvi hökmdarı Şah I İsmayılın türk xalqlarının və dini qruplarının (azərbaycanlılar, ələvilər və s.) tarixində və mədəniyyətində oynadığı rol.

Tarixi Şah İsmayılın dövründə yaranan sarsıntı Osmanlıya çox sayda savadlı miqrantların getməsinə səbəb olmuşdur. Şah İsmayıl dövründə (h.i. 1501–1524) isə ölkədən qaçan Ağqoyunlu bürokratları Osmanlı dövlətinə sığınırdı. Onlar türkmən-azəri türkcəsi ləhcəsində danışırdı və fars imla dilinə hakim idi. Bunlardan biri İdris Bitlisi idi.

Kimlik Səfəvi şahı I İsmayılın dövlət dini olaraq şiəliyi seçməsi Azərbaycan türklərini etnik və linqvistik olaraq oxşar olduqları Osmanlı türklərindən fərqləndirməyə başladı.Shah Isma’il I (1500–24), the founder of the Safavid dynasty of Azeri origin, made the Shi’a branch of Islam the official religion of the kingdom of Persia, thus setting the Azéris firmly apart from the ethnically and linguistically similar Ottoman Turks, who were Sunni Muslims. Eastern Europe, Russia and Central Asia 2003. Europa Publications Staff, Europa Publications, Eur, Imogen Bell, Europa Publications Limited. Taylor & Francis, 2002. ISBN 1-85743-137-5, 9781857431377. Azerbaijan. History by Prof. Tadeusz Swietochowski. p. 104

Dil Dil nöqteyi-nəzərindən baxıldığı zaman İldırım Bəyazid ilə Qazi Bürhanəddin, Fateh Sultan Mehmet ilə Uzun Həsən, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətai arasında münaqişə sadəcə hərbi-siyasi deyildi. Bu tarixi hadisələrin gedişində Yaxın Şərqin türk etnomədəni ərazisinin iki əsas komponentinin, eləcə də iki türk ədəbi dilinin — Osmanlı və Azərbaycan dillərinin yayılma və təsir sahələrinin sərhədləri müəyyən edilmişdir.

XVI əsrdə Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü inkişafın bu mərhələsində Azərbaycan türk dilinin və ədəbiyyatının tarixində ən parlaq dövr hesab edilir. Şah İsmayıl "Xətai" ləqəbilə əsasən doğmaKishwar Rizvi. The Safavid Dynastic Shrine. — I. B. Tauris & Co Ltd, 2010. — С. 4. — ISBN 978-1-84885-354-6. azərbaycan dilində,V. Minorsky, "The Poetry of Shah Ismail I," Bulletin of the School of Oriental and African Studies, University of London 10/4 (1942): 1006–53. qismən fars dilində yazmışdır. Şah İsmayıldan başlayaraq təqribən bir əsr boyunca Səfəvi imperiyasında azərbaycan dili sarayda, orduda və məhkəmədə istifadə edilib. Dövrün qızılbaş eliti linqvistik ideologiya və Azərbaycan dilində ədəbiyyatın inkişafına öz töhfəsini verib.Ferenc Csirkés. Popular Religiosity and Vernacular Turkic: A Qezelbash Catechism from Safavid Iran // Safavid Persia in the Age of Empires. — Sabancı University, Istanbul, 2021. — P. 211–239.

23 may 1512-ci ildə Şah İsmayıl Anadolunun Duğurt tayfasının başçısına Azərbaycan dilidnə məktub yazmışdır. Turxan Gəncəyiyə görə, I İsmayıl və I Təhmasibin hakimiyyəti dövründə türk dilində yazışmalar bürokratların Osmanlı həmkarlarından nümunə götürdüyü sonrakı dövrlə müqayisədə daha məşhur bir üslubda yazılmışdı.Floor, Javadi, 2013. səh. 10Floor, Javadi, 2013. səh. 13

Ədəbiyyat 300px|thumb|right|Şah İsmayıl Xətainin divanı. 1535-ci il Şah İsmayıl Xətai ən nüfuzlu Azərbaycan şairlərindən biridir. O, ana dili olan Azərbaycan dilini öz əsərlərini yazmaq üçün istifadə etmişdir. Xətai əruz və heca vəznlərində şeirlər yazmışdır. Xətainin heca vəznindən istifadə etməsi onun dinləyici sayını, xüsusilə türkdilli qruplar arasında artırmışdır. Onun divanında 200-dən çox qəzəl, həmçinin qəsidə və rübailər vardır. Xətai həm də Nəsihətnamə və Dəhnamə adlı iki məsnəvi yazmışdır.Heß, M. R. (2020). Xǝtai. In K. Fleet, G. Krämer, D. Matringe, J. Nawas and D. J. Stewart (eds.), Encyclopaedia of Islam Three Online. Brill.

Xətainin əsərləri onun siyasi həyatından ayrı düşünülə bilməz. Şeirlərinin çoxu birbaşa olaraq onun siyasi təbliğatına xidmət edir. Həmçinin siyasi istinadlara da Şah İsmayılın Səfəviyyə ordeninin rəhbəri olaraq rolundan ayrı baxıla bilməz. Onun dinə istinadları on iki imam şiəliyi ilə bağlıdır və Səfəvi imperiyasının dini vəziyyətini əks etdirir. Onun bəzi şeirləri qızılbaş dininin erkən formasını işarə edir. Bu şeirlər arasında ən əhəmiyyətliləri Xətainin özünü Tanrı və ya mütləq həqiqətlə eyniləşdirdiyi şeirlərdir. Onun şeirlərinin böyük bir hissəsi özünəinamlı və aqressiv tonda, digərləri isə daha çox qaraqabaq bir əhval-ruhiyyə ilə yazılmışdır. İkinci növ əsərlərin səbəbi Şah İsmayılın Çaldıran döyüşündə uduzması ola bilər.

Bundan başqa Xətainin əsərlərinin vacib bir hissəsi romantika və sevgi ilə əlaqəli yazılmışdır. Xətainin əsərlərinin keyfiyyəti hələ də davam edən bir təsirə malikdir. Şeirlər tez-tez yenilikçi və ritorik baxımdan parlaq olur. Onların əksəriyyəti səmimi, incə və kifayət qədər şəxsi bir ton nümayiş etdirir. Xətainin poeziyası dinləyiciyə sadəcə möminlər və ya siyasi rəiyyət kimi yanaşmır, həm də onların fərd kimi hisslərinə xitab edir. Onun əsərlərində Nəsimi, Həbibi və və Kişvəri təsiri mövcuddur. Şah İsmayılın əsərlərinin siyasi, dini və poetik xüsusiyyətləri Xətaini, Nəsimi və Füzuli kimi şairlərlə yanaşı olmaqla, Azərbaycan ədəbiyyatında vacib fiqur şəklinə salır.

Folklor Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yarandı. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçir.Даронян С. К. "Ашик-Кериб" Лермонтова и армянские записи сказания. — "Вестник общественных наук АН Армянской ССР", 1974. — № 4. — С. 79–92.

Musiqi Aşıq incəsənətinin inkişaf etməsində Şah İsmayıl Xətainin də böyük təsiri var idi. Xətainin tərəfdarı olan qızılbaşların dövründə aşıqlar öz mahnılarını azərbaycanca yazırdılar.Ашыкская поэзия. Пир Султан Абдал // Литература Востока в средние века / Н. И. Конрад. — Издательство Московского Университета, 1970. — Т. 2. — С. 404–405. — 464 с. Azərbaycan aşıqlarının öz ifalarında istifadə etdiyi saz isə qopuzun yerinə istifadə edilməyə başlayıb və Azərbaycan sazı son formasını Şah İsmayıl Xətainin dövründə (XVI əsr) alıb.

"Sarı Gəlin" mahnısınının Qarabağda yaranması və ya Şah İsmayıl Xətainin dövründə ortaya çıxması ilə bağlı fikirlər vardır. İkinci fikrə görə Şah İsmayıl mahnını sevdiyinə həsr edib."Sarı gəlin" "Nəlbəki" rəqsimizlə eyni quruluşdadır (азерб.) // Üç nöqtə. — 2012. — 1 avqust. — S. 13.Təhmiraz qızı S. (азерб.)русск.. Tariximizin səs yaddaşından silinməyən "Sarı gəlin" (азерб.) // Mədəniyyət (азерб.)русск.. — 2012. — 27 yanvar. — S. 4.Ахмедова Г. "Сары гелин" — генеалогия песни // TrendLife. — 2007. — 25 июля.

Dini və fəlsəfi fikirlərinin təsiri 268x268px|thumb|left|Şiəliyin dövlət dini kimi elan edilməsi. Şah İsmayıl Təbrizdə

Şah İsmayıl Xətainin şiə fanatizmi mövzusu ilə dolub-daşan şeirləri gəzəyən aşıq və dərvişlər vasitəsilə hər yerə yayılmışdır.Roger M. Savory, Ahmet T. Karamustafa. Esmail I Ṣafawi (англ.). — Encyclopædia Iranica, 1998. — Vol. VIII. — P. 628–636. Xətainin divanı Osmanlının ən ucqar kənd və qəsəbələrinə çatmış, buralarda onun divanındakı şeirləri əzbərlənmiş və saz müşayiətində oxunmuşdur.Baltacıoğlu-Brammer, Ayşe. "‘Those Heretics Gathering Secretly …’: Qizilbash Rituals and Practices in the Ottoman Empire According to Early Modern Sources." Journal of the Ottoman and Turkish Studies Association, vol. 6, no. 1, 2019, pp. 39–60. JSTOR, https://doi.org/10.2979/jottturstuass.6.1.05. Accessed 23 Feb. 2024. page 50 Uzun müddət onun şeirləri ələvi və bektaşilər arasında, həmçinin İraqın şəbək sektasında oxunmuşdur, şeirlərin bəziləri onların müqəddəs kitablarına daxil edilmişdir. Şah İsmayılın əsər dili olaraq Azərbaycan dilini istifadə etməsi nəzərdə tutulan tamaşaçının Anadolu əhalisi olduğunu göstərir.

Şah İsmayılın Azərbaycan türkcəsində biliyi formalaşdırma bacarığı onun nadir fəaliyyətinin əsası idi və xüsusi tarixi kontektsdə o, bununla İran və geniş İslam dünyasına təsir etmişdi. O, türk dilində nəzəri irfan haqqında yazmışdır. Şah İsmayılın biliyindən irəli gələn Xətai ənənəsi əsasən türk dilində olmaqla, İran sərhədlərini aşmış, Anadolu, Balkan, Mesopotamiya və cənub Aralıq dənizi ərazilərinin kiçik icmalarında yetişmişdir. Bolqarıstanda da irfan ənənəsi üçün bolqar dili yox, türk dili istifadə edilir. Ancaq sadəcə Xətainin özü bu mövzuları yeniləşdirməmişdir, Füzuli, Həbibi və Mürşid də bunun əsasını qoymuşdur.

Ələviliyin Yeddi Ulu Ozanının üçü Azərbaycan şairidir (İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai).KELEŞ, Reyhan. "YEDİ ULU OZAN’IN ‘YEDİ’ SEMBOLİZMİ". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi 83 (Eylül 2017), 49–79. Araşdırmalar Şah İsmayılın ələvi və mistik ənənələrin geniş rəsmində güclü bir simvol kimi ortaya çıxdığını göstərir, Türkiyə, Balkan və Bolqarıstan bölgələrindəki geniş mədəni və sosial təsirə işarə edir. Tord Olssonun "Əli tərəfdarı dinlərin müqəddəs mətnə əsaslanan dinlərə çevrilməsi" və Devid Şanklandın "Ələvi Kimliyində Antropologiya və Etnik Mənsubiyyət" əsərləri Şah İsmayılın təkcə ədəbi və dini şəxsiyyət kimi deyil, həm də təsiri ələvi kimliyi və ənənəsinin müxtəlif aspektlərində hiss olunan mədəni bir simvol kimi davam edən əhəmiyyətini vurğulayır.

Təltiflər "Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının ali hərbi ordenidir, 6 dekabr 1993-cü ildə təsis edilmişdir. Orden düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. "Şah İsmayıl" ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərə, görkəmli sərkərdəlik fəaliyyətinə, respublikada fövqəladə halların nəticələrinin araddan qaldırılmasında xüsusi xidmətlərə görə verilir.

Qalereya

İstinadlar

Ədəbiyyat Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları. Shahin Mustafayev. Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan (14th–15th Centuries) // Contemporary Research in Turkology and Eurasian Studies (A Festschrift in Honor of Professor Tasin Gemil on the Occasion of his 70th Birthday). — Presa Universitară Clujeană, 2013. Miri, S. J. (19 May. 2025). Revisiting the Critical Legacy of Shah Ismail. Leiden, The Netherlands: Brill. BIRNBAUM, E. (1976). THE OTTOMANS AND CHAGATAY LITERATURE: An Early 16th Century Manuscript of Navā’ī’s Dīvān in Ottoman Orthography. Central Asiatic Journal, 20(3), 157–190. http://www.jstor.org/stable/41927146 Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013. Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.

Kateqoriya:Azərbaycan mədəniyyətinin tarixi Kateqoriya:Şah İsmayıl Xətai Kateqoriya:Səfəvi tarixi Kateqoriya:Osmanlı imperiyası tarixi