Tuqelbay Sıdıkbekov (; ) — SSRİ–Qırğızıstan yazıçısı. O, 1997-ci ildə Qırğızıstan Respublikasının Qəhrəmanı adına layiq görülmüşdür.

Tuqelbay Sıdıkbekov 1968-ci ildə Qırğızıstan SSR Xalq yazıçısı fəxri adını almışdır. O, 1949-cu ildə üçüncü dərəcəli Stalin mükafatı laureatı olmuş və 1954-cü ildə Qırğızıstan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.

Həyatı Tuqelbay Sıdıkbekov 14 may 1912-ci il tarixdə Kən-Suu kəndində (hazırda Qırğızıstanın İssık-kul vilayətinin Tüp rayonu) yoxsul ailədə anadan olmuşdur.

Atasının vəfatından sonra üçyaşlı Tügelbayın anası ailəsi ilə birlikdə 1927-ci ilə qədər rus müəllim-köçkününün təsərrüfatında çalışmaq üçün köçmüşdür. Gələcək yazıçı Karakolda beşillik, daha sonra isə onillik rus məktəbini bitirmiş, orta təhsilini tamamladıqdan sonra kənd təsərrüfatı texnikumunda və zooveterinar institutunda təhsil almışdır. O, sovxozda çalışmış və burada gələcək kitabları üçün zəngin material toplamışdır. 1932–1935-ci illərdə isə "Leninçi gənclik" (Ленинская молодёжь) qəzetinin əməkdaşı olmuşdur.

Tuqelbay Sıdıkbekov 4-cü çağırış SSRİ Ali Sovetinin (1954–1958) və 3, 5-8-ci çağırış Qırğızıstan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Yazıçı 19 iyul 1997-ci il tarixdə vəfat etmiş və Ala-Arça qəbiristanlığında dəfn olunmuşdur.

Yaradıcılığı Gələcək yazıçının bədii zövqünün formalaşmasında Aleksandr Puşkinin poeziyası, eləcə də Mixail Lermontov və İvan Turgenyevin əsərləri böyük təsir göstərmişdir.

1931-ci ildə müəllifin ilk poeması olan "Kaykabay" nəşr edilmişdir. Həmin dövrdə o, həmçinin Qırğızıstan komsomolunun orqanı olan "Leninçi gənclik" qəzetinin səhifələrində ilk şeirləri ilə çıxış etmişdir. Tuqelbay Sıdıkbekov qırğız kolxozlarının yaradılmasından bəhs edən və doğma kəndinin adını daşıyan "Kən-Suu" adlı ilk kitabını qələmə almışdır. Romanın kollektivləşməyə qədərki qırğız kəndinin həyatını təsvir edən birinci kitabı 1937-ci ildə, kollektivləşməyə və qırğız xalqının kolxozların möhkəmləndirilməsi uğrunda mübarizəsinə həsr olunmuş ikinci kitabı isə 1940-cı ildə çap olunmuşdur.

1939–1940-cı illərdə kolxoz quruluşunun bərqərar olması mövzusunda "Temir" romanı yazılmışdır. Müəllifin "Dövrümüzün insanları" romanı İkinci Dünya müharibəsi illərində qırğız xalqının qəhrəmanlıq və fədakar əməyindən bəhs etmişdir. 1952-ci ildə işıq üzü görən "Dağ övladları" romanı qırğız uşaq ədəbiyyatının ilk nümunələrindən biri hesab olunmuşdur.

1955–1958-ci illərdə "Kən-Suu" romanının yenidən işlənmiş variantı olan "Dağlar qoynunda" əsəri nəşr edilmişdir. Yazıçının "Qadınlar" (1962–1966) və "Həmyaşıdlar" (1977) romanları Qırğızıstanda sosializm quruculuğuna həsr olunmuşdur. 1982-ci ildə isə onun "Yol" adlı avtobioqrafik romanı oxuculara təqdim edilmişdir.

Mükafat və təltifləri Tuqelbay Sıdıkbekov ədəbi fəaliyyətinə və ictimai xidmətlərinə görə aşağıdakı yüksək mükafatlarla təltif edilmişdir:

Qırğızıstan Respublikasının Qəhrəmanı (4 fevral 1997-ci il); "Lenin" ordeni (31 yanvar 1951-ci il); İki "Qırmızı Əmək Bayrağı" ordeni (1 noyabr 1958-ci il və 10 iyun 1987-ci il); "Xalqlar Dostluğu" ordeni (14 iyun 1982-ci il); İki "Əmək rəşadətinə görə" medalı (28 fevral 1946-cı il və 11 yanvar 1964-cü il); Müxtəlif digər medallar; Qırğızıstan SSR Xalq yazıçısı (1968-ci il); Üçüncü dərəcəli Stalin mükafatı (1949-cu il — 1948-ci ildə yazdığı "Dövrümüzün insanları" romanına görə); "Manas-1000" xatirə qızıl medalı (15 avqust 1995-ci il).

Mirası 2005-ci ildə Qırğızıstanda Tuqelbay Sıdıkbekovun xatirəsinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılmışdır.

Əsərləri 1937–38: Keng-Suu (novel, "Broad River") 1946: Bizdin zamandyn kishileri (novel, "People of our time") 1945: Temir (novel) 1950: Rasskazy 1955: Sredi gor (novel) 1966: Zhenshchiny 1969: Melodii starika (poetry) 1980: Ispovedʹ Bukentaĭ (novel) , Ymanbaĭ peĭili (novel) , and Ashuuda: Yrlar, dastandar 1986: Rovesniki (novel) 1988: Imanbaĭ Velikodushnyĭ : roman v novellakh and Ku̇lku̇ zhana ȯmu̇r : povestter, angemeler 1990: Ömür tamyry : povestter zhana angemeler 1996: Bel-beles : roman-ėsse

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırğızıstan Respublikası Qəhrəmanları Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları