Hanna Alekseyevna Alçevska (; ) — ukraynalı rəssam, pedaqoq və ictimai xadim. O, Alçevska-Beketov ailəsinin nümayəndəsi olub.
Həyatı
1868-ci ildə Xarkovda anadan olan Hanna, Oleksey və Xristina Alçevskaların böyük qızı idi. Xarkov İncəsənət Məktəbini bitirən Hannanın rəssamlıq istedadı da vardı. Hanna, Xarkov Mariinski Qadın Gimnaziyasını fərqlənmə diplomu ilə bitirib. O, həmçinin Mariya Raevskaya-İvanovanın rəssamlıq məktəbində bədii bacarıqlarını təkmilləşdirmişdir. "Xarkov Quberniya Qəzeti"nin verdiyi məlumata görə, Hanna Alçevska və həyat yoldaşı bu incəsənət məktəbinə maddi yardım da göstərmişdilər. Sonra O.M.Beketov həmin məktəbdə memarlıq sənəti nəzəriyyəsindən təmənnasız dərs vermişdir.
Anası ilə birlikdə Xarkov Xalq Arasında Savadlılığın Yayılması Cəmiyyətinin işində iştirak etmişdir. O, tanınmış maarifçi olan anasının Xarkovdakı qadın bazar günü məktəbində də dərs demişdir.
Hanna Alçevska 1889-cu ildə perspektivli və istedadlı ukraynalı memar Oleksey Mikolayoviç Beketov ilə ailə qurmuşdur. Onların toyu 17 sentyabrda Xarkov Universitetinin Müqəddəs Antoni kilsəsində baş tutmuşdur. O, həyat yoldaşı ilə 42 il xoşbəxt ömür sürmüş və bu evlilikdən onların 4 övladı dünyaya gəlmişdir. Hanna Alçevskanın tanınmış portreti 1900-cü ildə həyat yoldaşı Oleksey Beketov tərəfindən akvarellə çəkilmişdir. Uzun illər o, memarın katibəsi kimi də fəaliyyət göstərmişdir.
Hanna Alçevska 5 avqust 1931-ci ildə Aluştada vəfat etmiş, Dəmirçi dağı yaxınlığındakı qədim qəbiristanlıqda dəfn edilmişdir.
Övladları Xristina Olekseyevna Beketova (Yurkovskaya) (1890–1972) — qrafik rəssam, ofort (oyma) sənəti üzrə ixtisaslaşıb. Tanınmış tenor olan əmisi İ.O.Alçevska haqqında xatirələrin müəllifidir. Mikola Olekseyoviç Beketov (1891–1964) — dənizçidir, Kanadada vəfat edib. Mariya Olekseyevna Beketova (1893–1921) — Orta Asiyada yoluxucu xəstəlik epidemiyası zamanı vəfat edib. Olena Olekseyevna Beketova (Rofe) (1895–1990) — atasının katibi və köməkçisi olub, Alçevska və Beketov ailələrinin arxivlərini qoruyub, saxlayıb. Xarkovdakı 2 nömrəli şəhər qəbiristanlığında dəfn olunub.
Qalereya
Həmçinin bax Xristina Alçevska
İstinadlar
Mənbə Book-calendar for 2017 "Great fellow countrymen: Alchevsky and their environment". Consulting group "Rubanenko and partners". Lensky O. V. The Alchevsky family. Sumy.- Own publishing house of Lensky- 2012, - 40 p. Portrait of the wife [Visual material] / O. M. Beketov // O. M. Beketov, academician of architecture: research. and materials / [edited by A. P. Buryak; comp.: I. R. Akmen, A. Yu. Kornev]. - Kharkiv: Rarities of Ukraine, 2012. - P. 20. - (Kharkiv architectural). Belov Yu. E.. Alchevsky: According to the publications of city newspapers [Text] / Yu. Belov - Alchevsk: S. A. Bondarenko [publisher], 2008. - 160 p. : ill., photo. - (Pages of history). - 1000 copies. - ISBN 978-966-2167-01-6 P.157 Miloslavsky, K. E. [in co-authorship] // Ivan Alchevsky: Memories. Materials. Correspondence / Intro. article "Giant of the opera stage", arrangement and notes by I. Lysenko, K. Miloslavsky. - K.: Muz. Ukr., 1980. - 294 p. Raevskaya's Drawing School - Ivanova // Kharkiv Governorate Gazette - 1895 - November 19 Kateqoriya:Ukrayna pedaqoqları