Əbu Məhəmməd Məkki ibn Həmmuş Əbu Talib ibn Məhəmməd əl-Qeysi (; ) — təfsir və qiraət alimi.

Bioqrafiyası 966-cı ildə Qəyrəvanda anadan olub.

İbn Əbu Zeyd, Əbül-Həsən əl-Qabisi, Əbüt-Tayyib ibn Qəlbun, Əbu Ədi İbnül-İmam Əbdüləziz ibn Əli, Əbu Bəkr Məhəmməd ibn Əli əl-Udfuvi, Əbül-Həsən əl-Əbqəsi, Əbüt-Tahir Məhəmməd ibn Məhəmməd ibn Cibril əl-Uceyfi, Əbül-Qasım Ubeydullah əs-Səqati və Əbu Bəkr Əhməd ibn İbrahim əl-Mərvəzi kimi alimlərdən qiraət, hesab və dil öyrənib, Quranı əzbərləyib. Həccə gedib.

Qahirəyə, Qüdsə, Məkkəyə və Əndəlüsə (Kordobaya) elmi səfərlərə yollanıb. Qurtubədə Məscidün-Nüheylədə, Zahirə və Qurtubə məscidlərində qiraət dərsləri verib, imamlıq və xətiblik edib.

Abdullah ibn Səhl, İbnül-Bəyyaz Yəhya ibn İbrahim, Məhəmməd ibn Əhməd ibn Mütərrif əl-Kinani, İbn Şüreyh, Musa ibn Süleyman əl-Ləxmi, İbnüt-Təlla və Həzim ibn Məhəmməd ondan qiraət öyrəniblər.

Məkki ibn Əbu Talib "ət-Təbsira fil-qiraətis-səb", "əl-İbanə ən məanil-qiraət", "əl-Hidayə ilə buluğin-nəhayə", "Təfsirül-müşkil min qəribil-Quran", "Müşkilüi-rəbil-Quran", "əl-İzah li-nəsixil-Quran və mənsuxih" və başqa əsərlərin müəllifidir.

O, 1045-ci ildə Qurtubədə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:VII əsr ərəbləri