Ermin Zets () — Bosniyalı keçmiş peşəkar futbolçu. Karyerası ərzində əsasən hücumçu və ya cinah yarımmüdafiəçisi kimi çıxış edib.
Klub karyerası thumb|left|140px|Zets 2011-ci ildə "Gənclərbirliyi"nin heyətində
2007-ci ildə Zets "Şibenik" klubu ilə müqavilə imzalamış və burada qısa müddətdə əsas komandada öz yerini möhkəmləndirmişdir. O, 2009-cu ildə jurnalistlər tərəfindən ilin ən yaxşı gənc bosniyalı oyunçusu seçilmişdir. Xorvatiya Liqasındakı bütün kapitanların iştirak etdiyi səsvermədə Zets 2009-cu ildə liqanın ən yaxşı oyunçusu seçilmişdir.Ermin Zec google search
2010-cu ilin iyun ayında o, Türkiyənin Gənclərbirliyi klubu ilə dörd illik müqavilə imzalamışdır.
Türkiyədə keçirdiyi dörd ildən sonra, 2014-cü ilin sentyabrında Zets Xorvatiyaya qayıdaraq "Riyeka" klubu ilə müqavilə imzalamışdır.
2015-ci ilin əvvəlində Zets "Balıkəsirspor" ilə üç il yarım müddətinə müqavilə imzalamışdır.ERmin Zec to set for Balıkesirspor
27 iyul 2015-ci ildə o, əlavə bir il uzadılma opsionu ilə Azərbaycan Premyer Liqası təmsilçisi Qəbələ klubu ilə bir illik müqavilə imzalamışdır. 21 may tarixində "Qəbələ" Zetsin klubu tərk etdiyini elan etmişdir.
26 avqust 2016-cı ildə Zets Türkiyə Super Liqası təmsilçisi "Kardəmir Karabükspor" klubu ilə müqavilə imzalamışdır.Ermin Zec potpisao za Karabukspor at klix.ba, 26 August 2016 2017-ci ilin avqust ayında o, "Kardəmir Karabükspor"u tərk etmişdir.Zec bez kluba, zainteresovan turski Gaziantep at sportsport.ba, 23 August 2017
25 avqust 2017-ci ildə o, TFF Birinci Liqasında çıxış edən "Qazişəhər Qaziantep" klubu ilə müqavilə imzalamışdır.Zvanično: Zec potpisao za Gazisehir Gaziantepspor at sportsport.ba, 25 August 2017 10 avqust 2018-ci ildə Zetsin "Qazişəhər Qaziantep"i tərk etdiyi elan olunmuşdur.Ermin Zec napustio Gaziantep at sportsport.ba, 10 August 2018
21 yanvar 2019-cu ildə o, Bosniya Premyer Liqası klubu olan "Jelezniçar" ilə müqavilə imzalamışdır.Ermin Zec novi nogometaš Željezničara at klix.ba, 21 January 2019 O, "Jelezniçar" üçün ilk qolunu 3 mart 2019-cu ildə "Mladost Doboy Kakan" klubuna qarşı 2–1 hesablı ev qələbəsində vurmuşdur. Zets 18 iyun 2019-cu ildə "Jelezniçar"la müqaviləsini daha üç il müddətinə uzatmışdır. 2021–22 mövsümünün bitməsindən sonra o, klubu tərk etmiş və peşəkar futbol karyerasını başa vurmuşdur.
Milli karyerası Zets əsas milli komandada debütünü 19 noyabr 2008-ci ildə Sloveniyaya qarşı yoldaşlıq oyununda etmişdir.
29 may 2010-cu ildə o, İsveçə qarşı 4–2 hesablı məğlubiyyətlə başa çatan oyunda milli komanda üçün ilk qolunu vurmuşdur. Zets ümumilikdə 10 oyuna çıxmış və 1 qol vurmuşdur. Onun son beynəlxalq oyunu 2015-ci ilin sentyabrında Andorraya qarşı keçirilən Avropa Çempionatının seçmə mərhələ matçı olmuşdur.
Şəxsi həyatı Zetsin kiçik qardaşı Asim də peşəkar futbolçudur və onunla birlikdə "Jelezniçar"da çıxış etmişdir.
Karyera statistikası
Klub + Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaKubokQitəCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQol"Şibenik"2007–081. HNL30700—3072008–091. HNL271400—27142009–101. HNL221164—2815Cəmi793264—8536"Gənclərbirliyi"2010–11Super Liqa24484—3282011–12Super Liqa27310—2832012–13Super Liqa29610—3062013–14Super Liqa27610—286Cəmi10719114—11823"Riyeka"2014–151. HNL3122—53"Balıkəsirspor"2014–15Super Liqa16700—167"Qəbələ"2015–16Azərbaycan Premyer Liqası23743903610"Kardəmir Karabükspor"2016–17Super Liqa20643—249"Qazişəhər Qaziantep"2017–18TFF Birinci Liqası13110—141"Jelezniçar"2018–19Bosniya Premyer Liqası64——642019–20Bosniya Premyer Liqası11100—1112020–21Bosniya Premyer Liqası18510001952021–22Bosniya Premyer Liqası19121—212Cəmi541131005712Karyera cəmi31584311790355101
Milli + Milli komanda və illərə görə oyun və qol sayıMilli komandaİlOyunQolBosniya və Herseqovina200810200900201061201120201200201300201400201510Cəmi101
Milli komanda qolları Hesablar və nəticələr siyahısında ilk olaraq Bosniya və Herseqovinanın qol sayı göstərilmişdir. QolTarixMəkanRəqibHesabNəticəYarış1.29 may 2010Råsunda, Solna, İsveç İsveçYoldaşlıq oyunu
Uğurları "Riyeka" Xorvatiya Superkuboku: 2014
Fərdi 1. HNL Mövsümün Oyunçusu: 2008–09Ermin Zec ubjedljivo najbolji igrač HNL-a at klix.ba, 21 December 2009
İstinadlar
Xarici keçidlər
Ermin Zets Nogometni Magazin saytında
Kateqoriya:Bosniya və Herseqovina milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları