Muşavaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası "Avak" sözü türk dillərində "yön, istiqamət, səmt, tərəf" mənalarını ifadə edir. Oykonim "muşlular, Muşdan gələnlər" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin dialektlərinda "yamaq, hörmə, közəmə" mənasında müşəbəx sözü də işlənməkdədir.
Tarixi Kəndin əsl adı Muşavakdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra Türkiyənin Muş əyalətindən gəlmiş Avak adlı bir nəfərin məskunlaşması nəticəsində yaranmışdır.
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993221551672009↗356↗173↗183
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Muşavaq kənd kitabxana filialı, Muşavaq kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Muşavaq kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Müşavaq kənd tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Muşavaq kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri