Çətə Ayşə (; ) — Türkiyə İstiqlaliyyət müharibəsində Aydının Yunan işğalından azad edilməsində mühüm rol oynamış Qüvayi-milliyə üzvü.
Qüvayi-milliyə tarixində "efe" geyimini geyinmiş və "efe" ünvanını almış ilk qadınlardandır. Həyatı 1894-cü ildə Aydın vilayətinin İmamköy kəndində anadan olub. Atasının adı Mustafa olan Çete Ayşe 1910-cu ildə Qayacıq kəndindən olan Mustafa adlı şəxslə ailə qurub. Bu nikahdan onun iki qızı dünyaya gəlib. 1915-ci ildə həyat yoldaşı Çanaqqala cəbhəsində həlak olub. Bundan sonra o, qızları ilə birlikdə İmamköyə qayıdıb və həyatlarının geri qalan hissəsini orada, atasının yanında davam etdiriblər. Qüvayi-milliyə Yunanların 15 may 1919-cu ildə İzmiri işğal etməsindən sonra düşmənin Aydın şəhərinə də girəcəyi xəbəri bölgədə yayıldıqda, təşvişə düşən İmamköy əhalisi Menderes çayının digər tərəfinə köçdü. Köçənlərin arasında olan Ayşə rəfiqəsi Asiyənin və bacısının çaya düşüb boğulmasına şahid olduqdan sonra, hadisədən sarsılaraq köçməkdən imtina edərək, kəndə qayıdıb düşmənə müqavimət göstərməyə qərar verdi.
Həyat yoldaşından yadigar qalan sırğalarını sataraq silah alan Ayşə silahdan istifadə etməyi də öyrəndi. Yunanların İmamköyü işğal etməsi ilə uşaqlarını qonşusuna əmanət edib dağa qalxaraq, gizləndi. Bu dövr Çətə Ayşə tərəfindən belə nəql edilmişdir:
Aydının yunanlar tərəfindən ilk işğalının qarşısının alınmasından sonra Salavatlılı Xəlil İbrahim ilə Sancaqdarlı Əli Efəyə qoşuldu. Efelər ona on nəfər döyüşçü verərək mübarizəyə daxil edərək, adını dəyişərək Çətə Ayşə qoydular. Çətə Ayşə Aydın üzərinə yeriyən yüzlərlə döyüşçü ilə Kəpəzdə vuruşub. Bu döyüşdə Çətə Ayşədən başqa, Çiftlikli Kübra və Ayşə Çavuş kimi qadın müqavimətçilər də iştirak ediblər.
Aydının geri alınmasından sonra, o, kəndinə qayıtdı. Lakin yunanlar Qızılcaköydən geri dönərək 3 iyul 1919-cu ildə Aydını yenidən işğal etdilər. Ardınca Menderes çayını keçərək, Dalamadakı Yörük Əli Efe qrupuna qoşulan Çətə Ayşə, Köşk cəbhəsində vuruşdu, sonra Üçyol döyüşündə iştirak etdi. Bu döyüşdə barmağından yaralanan Ayşə, döyüşdən sonra malyariya xəstəliyinə tutulduğu üçün bir müddət ona istirahət etdirildi, Yörük Əli Efenin tapşırığı ilə silahını təhvil verərək, arxa cəbhədə xidmət göstərməyə başladı.
Ötən zaman dilimində də Gökçen Efe, Yörük Əli Efe və Qıllıoğlu Efe kimi efelərin Çətə Ayşəyə qarşı iltifat və himayələri davam edib. Çətə Ayşə 7 sentyabr 1922-ci ilə (Aydının qurtuluşuna) qədər, yəni Milli Mübarizənin sonuna dək yunanlara qarşı vuruşub.
Çətə Ayşənin Milli Mübarizə haqqındakı düşüncələri brlə idi:
1933-cü ildə Aydın şəhərində (vağzal meydanında) Mustafa Kamal Paşa tərəfindən ona "İstiqlal" medalı təqdim edildi. Çətə Ayşə bununla bağlı xatirəsində yazmış və bu sözləri sonra onun məzar daşına da yazılmışdır:
Müharibədən sonrakı həyatı Türkiyə Cümhuriyyətinin elanından sonra İmamköydə yaşamını davam etdirmiş Ayşə 1967-ci ildə orada vəfat etmişdir. Həmçinin bax Qara Fatma Şərifə Bacı İstinadlar
Kateqoriya:Milli Qəhrəmanlar Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar Kateqoriya:Milli Qəhrəmanlar