Konstantin Nikolayeviç Romanov (; ) — Rusiya imperatoru I Nikolayın oğlu, general-admiral, böyük knyaz.

Həyatı 1827-ci ildə Sankt-Peterburqdakı Qış sarayında dünyaya gəldi. Atası rus çarı I Nikolay, anası isə Prussiya kralı III Fridrix Vilhelmin qızı Aleksandra Fyodorovnadır. Konstantin və qardaş-bacıları mükəmməl saray təhsili aldılar. Çar ailəsindəki digər knyazlar kimi hərbi karyerası olmalı idi və bu səbəblə, hələ 5 yaşından etibarən təhsili atası tərəfindən rus dəniz səyyahı Fyodor Litkeyə əmanət edildi. Bundan başqa onun müəllimləri arasında dövrün tanınmış rus şairi Vasili Jukovski də yer alırdı.

1835-ci ildə ailəsinin çıxdığı Almaniya səyahətinə qatıldı. Haaqada tanış olduğu pianist Anton Rubinşteynlə uzun dostluq əlaqələri qurdu və ömür boyu onun hamisi olaraq qaldı. 1843-1844-cü illərdə qardaşları knyaz Nikolay və knyaz Mixaillə birlikdə Finlandiya körfəzində hərbi təlim keçdi. 1844-cü ildə rus donanmasının Ulis briqinə komandan təyin edildi. 1846-cı ildə I dərəcəli kapitanlığa yüksəldi.

11 sentyabr 1848-ci ildə Sankt-Peterburqdakı Qış sarayında Saksen-Altenburq hersoqu Jozefin qızı Aleksandra ilə evləndi. Nigahdan öncə xanımı Aleksandra İosifovna Romanova adını qəbul edərək pravoslav məzhəbinə keçdi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu.

Nikolay Konstantinoviç Olqa Konstantinovna Vera Konstantinovna Konstantin Konstantinoviç Dmitriy Konstantinoviç Vyaçeslav Konstantinoviç (1862-1879)

Toy günü kontr-admiral rütbəsinə yüksəldi. 1831-ci ildən etibarən Finlandiya alayına rəhbərlik etdi. 1849-cu ildə Macarıstan səfərinə qatıldı və IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olundu.

21 yanvar 1853-cü ildə Dəniz Nazirliyinə təyin olundu və vitse-admiral rütbəsinə yüksəldi. 1855-ci ildə atasının vəfatının ardından böyük qardaşı II Aleksandr taxta çıxdı. 1859-cu ildə xanımı Aleksandra İosifovna ilə birlikdə Qüdsə həcc ziyarətinə yollandı və bunu edən ilk böyük knyaz oldu. 1862-ci ildə baş tutan yunan inqilabının ardından knyaz Konstantinin də Yunanıstan kralı olması müzakirə edilsə də, London konfransında (1832) alınan qərara əsasən, ingilis, fransız və rus monarx ailələri Yunan taxt-tacında hüquqlarını itirmişdi.

1862-ci ilin iyun ayında çarın Polşa çarlığı üzrə valisi təyin edildi və bu vəzifəsi 1863-cü ilin oktyabrında qədər davam etdi. Vəzifə müddəti ərzində Polşa üsyanı çıxdı. Varşavaya gəldiyi ilk günlərdə 4 iyul 1862-ci ildə ona qarşı bir sui-qəsd tərtibləndi və knyaz Konstantin yüngül xəsarətlə xilas oldu. Dövlət dumasındakı vəzifəsi isə qardaşı II Aleksandrın ölümünə (1881) qədər davam etdi. Onun səyləri nəticəsində 1867-ci ildə Alyaskanın ABŞ-a satışı gerçəkləşdi.

1892-ci ildə Pavlovski sarayında vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Chavchavadze, David. The Grand Dukes. Atlantic, 1989. Ferrand, Jacques, Descendances naturelles des souverains et grands-ducs de Russie, de 1762 à 1910 : répertoire généalogique,1995. Van Der Kiste, John. The Romanovs 1818–1959. Sutton Publishing, 1999. . Zeepvat, Charlotte. Romanov Autumn. Sutton Publishing, 2000. Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 468. ISBN 978-87-7674-434-2 Boris, Pronsky; Britton, Craig. Forty-Ninth. pp. 114–171. ISBN 9798201386238 M. & B. Wattel. (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. p. 515. ISBN 978-2-35077-135-9

İstinadlar Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri