Əbu Əbdirrəhman əl-Hüsayn ibn Nümeyr əs-Səkuni əl-Kindi (; ) — Əməvi sərkərdəsi.

Hüsayn ibn Nümeyrin hədis rəvayəti ilə heç bir əlaqəsi olmasa da, bəzi müəlliflər onu hədis rəvayət edən eyniadlı başqa bir şəxslə səhv salmışlar. Həmçinin Hüseyn ibn Əlinin qarşısını kəsməyə gələn 4 min nəfərlik süvari ordusunun komandanı Hüsayn ibn Nümeyr əl-Təmimi də onunla səhv salınmışdır.

Bioqrafiyası Hümsdə məskunlaşmış Kində qəbiləsinin Səkun qoluna mənsubdur.

Siffində Müaviyəni dəstəkləmiş, Bizansa qarşı hərbi yürüşlərdə və Abdullah ibn Zübeyrə qarşı hərbi kampaniyada iştirak etmişdir. Harrə döyüşündən sonra Məkkəyə istiqamətlənən ordunun komandanı olan Müslüm ibn Uqbə yolda öldüyündən ordunun komandanı təyin edilmişdir.

26 Məhərrəm hicri 64-cü ildə (24 sentyabr 683) Hüsayn ibn Nümeyr komandanlığındakı Əməvi ordusu Məkkəni mühasirəyə almış və şəhəri mancanaqla daş atəşinə tutmuşdur. Bu vəziyyət iki ay davam etmişdir. İki aydan sonra Yezidin ölüm xəbəri alan Hüsayn ibn Nümeyr, mühasirəni dayandırmış və Kəbəni təvaf etdikdən sonra Dəməşqə qayıtmışdır.

O, Müaviyə ibn Yezid öldükdən sonra Mərvan ibn Həkəmi dəstəkləmiş, onun xəlifəlik illərində İraq valisi Ubeydullah ibn Ziyadın yanında çalışmışdır. Təvvabin hərakatı vaxtı 12 minlik ordu ilə hərakatın qarşını almaq məqsədi göndərilən Hüsayn ibn Nümeyr, Əynül-Vərdə döyüşündə Təvvabinçiləri məğlub etmişdir.

O, həmçinin Ubeydullah ibn Ziyadla birlikdə Muxtar əs-Səqafiyə qarşı vurumuş, lakin Xəzir döyüşündə məğlub olaraq Ubeydullah ibn Ziyadla birlikdə öldürülmüşdür (67/686).

İstinadlar Kateqoriya:Əməvi sərkərdələri