Çətə Kübra Efe (; ) — Milli Mübarizə illərində Aydın bölgəsinin azadlığı uğrunda döyüşmüş Qüvayi-milliyəçi.
Aydın döyüşlərinin hamısında iştirak etmiş Kübra Efe, kapitan və çavuş rütbəsindəki bir çox işğalçı əsgərin əsir götürülməsindəki xidmətlərinə görə, efelər arasında "Rütbəli ovçusu" kimi tanınıb.
Həyatı Kübra Efe Aydın vilayətinin Çiftlik kəndində, Şəhirlioğlu Mehmet Əfəndi və Fadimə xanımın övladı olaraq dünyaya gəlib. Uşaqlıq illərində ilk olaraq atasından, daha sonra isə kəndin imamı Mustafa Əfəndidən dini təhsil alaraq böyüyüb.
27 may 1919-cu ildə Aydının yunanlar tərəfindən işğalı nəticəsində, zülmə məruz qalan yerli türk xalqı Menderes çayının digər sahilinə köçənlər arasında Çiftlikli Kübranın ailəsi də olub. Torpaqlarını işğal edən yunanlara qarşı müdafiəyə keçən efələrin, ilk mühüm nailiyyəti Yörük Ali Efenin 16 iyun 1919-cu ildə həyata keçirdiyi Malqaç basqını olub. Oxşar mübarizəni Ödəmiş tərəfində Gökçen Efə davam etdiririb.
Çiftlikli Kübra efelərin apardığı mübarizəyə qoşulan ilk qadın Qüvayi-milliyəçilərdən biri olub. Mübarizəyə qoşulanda onun 16 yaşı və nişanlı olub. Özündən əvvəl mübarizəyə qoşulan Çətə Ayşədən təsirlənib. Onu yuxusunda gördüyünü və onun kimi Qüvayi-milliyəçi olmaq istədiyini bildirib. Öncə atasının silahı ilə atış təlimləri keçərək mahir nişançı olan Kübra, sonra ailəsinin razılığı olmadan Çətə Ayşə ilə görüşə gedib. Çətə Ayşə onu Yörük Əli Efe ilə tanış edib, Yörük Əli Efe tərəfindən Köpəkçi Nuri Efenin bölüyünə göndərilib. Əmrində on nəfərlik döyüşçü dəstəsi olan Kübraya "Çiftlikli Çətə Kübra Efe" adı verilib. O, Aydın uğrunda gedən döyüşlərin hamısında iştirak edib. Yüzbaşı və çavuş rütbəsindəki onlarla işğalçı əsgərin əsir götürülməsindəki xidmətlərinə görə efelər arasında "Rütbəli ovçusu" kimi tanınıb.
Köşk cəbhəsində səngər qazmaq və Üçyol döyüşlərində cəbhəyə aparılacaq topların keçəcəyi yolları açmaq üçün lazım olan könüllü və ləvazimatları öz kəndindən təmin edən Kübra Efeni, Üçyol döyüşlərində Yörük Əli Efe Hamamköydə öz döyüşçüləri ilə birlikdə vəzifələndirdi. O, cəbhəyə silah, güllə, su və qida daşınmasında yüksək fəallıq göstərib. Üçyol döyüşlərində xəstələnən Çətə Ayşəyə sağalana qədər Hamamköydə baxıb. Bütün bu xidmətlərindən sonra ona kəndinə, ailəsinin yanına göndərilməsinə icazə verilib.
9 sentyabr 1922-ci ildə İzmir işğaldan azad edildikdən sonra kəndinə qayıdan Çiftlikli Çətə Kübra Efe, Moralı kəndindən Mustafa Sağlıqla ailə həyatı qurub. Ailəsi ilə əncir yetişdirməklə məşğul olan Kübranın sadə, yoxsul həyatı olub.
Müharibədə göstərdiyi qəhrəmanlıqlarına görə ona maaş kəsilmək istənsə də, o, "Vətəni xilas etməyin qarşılığı olmaz" deyərək bundan imtina etdi. 31 mart 1979-cu ildə vəfat edən Kübranın məzarı Çiftlik kəndindədir.
Həmçinin bax Çətə Ayşə
İstinadlar
Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar