Xaliddin Sadəddin oğlu Tatlıyev (3 may 1936, Qazax rayonu) — Azərbaycan mühəndisi, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis (2005).
Həyatı və təhsili Xaliddin Tatlıyev 1936-cı ildə Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir.
Əmək fəaliyyəti Əmək fəaliyyətinə qazmaçı kimi başlamışdır. İlk əmək fəaliyyəti Özbəkistan Respublikasında qazmaçı və qazmaçı köməkçisi kimi olmuşdur.
Azərbaycana qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışmışdır:
Sahil Kəşfiyyat Qazma Kontorunda qazmaçı və qazma ustası 1967-ci ildən texniki-istehsalat şöbəsində böyük mühəndis 1968-ci ildən dəniz qazma kontorunda sahə rəisi 1969–1972-ci illərdə Səngəçal Dəniz Qazma Kontorunda sahə rəisi
1972–1975-ci illərdə Suriya Ərəb Respublikasında neft sahəsində fəaliyyət göstərmişdir.
Sonrakı dövrdə rəhbər vəzifələrdə çalışmışdır:
1975–1981 — Texniki-istehsalat şöbəsinin rəisi 1982 — Xəzər Qazma İstehsalat Birliyinin baş mühəndisi 1985–1988 — həmin Birliyin baş direktoru 1988–1992 — “Xəzərdənizneft” Ümumittifaq İstehsalat Birliyində baş direktorun müavini 1992–1994 — Neft və Qazçıxarma Baş İdarəsində direktor müavini (qazma üzrə) 1994–2009 — Azərbaycan Dövlət Neft Şirkəti qazma şöbəsinin rəisi
Onun fəaliyyəti əsasən dəniz qazması və mürəkkəb geoloji şəraitdə neft quyularının işlənməsi sahəsini əhatə etmişdir.
Elmi fəaliyyəti Xaliddin Tatlıyev texnika üzrə fəlsəfə doktorudur. Qazma və sement məhlulları sahəsində elmi tədqiqatlar aparmış, 10-dan çox patentin müəllifi olmuşdur.
Mükafatları və fəxri adları
SSRİ Qaz Sənayesi Nazirliyinin “Fəxri işçisi” döş nişanı (1985) “Tərəqqi” medalı (2001) “Əməkdar mühəndis” fəxri adı (2005) SOCAR-ın fəxri fərmanı (2006) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2009)
İstinadlar
Mənbələr
Xarici keçidlər
İki sahil məqaləsi
Kateqoriyalar