thumb|300px|Turin Elmlər Akademiyasının tarixi qərargahının qədim qravürü (1853)
Turin Elmlər Akademiyası () — İtaliyanın şimalındakı Turin şəhərində yerləşən elmlər akademiyası. Akademiyanın əsası 1757-ci ildə gənc riyaziyyatçı Jozef Lui Laqranjın ətrafında cəmləşmiş özəl elmi cəmiyyət kimi qoyulmuşdur. 1783-cü ildə akademiya Sardiniya krallığının kralı III Viktor Amadey tərəfindən rəsmən tanınmış və ona "Kral Elmlər Akademiyası" () adından istifadə etməyə icazə verilmişdir. 1861-ci ildə II Viktor Emanuelin rəhbərliyi altında İtaliyanın birləşməsindən və Romadakı Milli Elmlər Akademiyasının bərpasından sonra, Turin Akademiyası hökumət qarşısındakı əvvəlki mühüm məsləhətçi rolunu itirmişdir.
Başlanğıcda akademiya riyaziyyat və təbiət elmlərinə meylli idi. Napoleon dövründə akademiya yenidən təşkil edilərək təbiət elmləri və incəsənət-ədəbiyyat siniflərinə bölünmüş və "İmperator Akademiyası" () adlandırılmışdır. Hazırda (2020) fizika-riyaziyyat və təbiət elmləri sinfində 170 italyan və xarici alim (bunlardan 120-si həqiqi üzv), humanitar, tarixi və filoloji elmlər sinfində isə 130 üzv (bunlardan 80-i həqiqi üzv) fəaliyyət göstərir. Hər iki sinfin italyan üzvləri akademiyanın inzibati orqanı kimi vaxtaşırı yığışırlar. Rəyasət heyəti prezident, vitse-prezident, xəzinədar və hər iki sinfin rəhbərləri və katiblərindən ibarətdir.
Turin doğumlu riyaziyyatçı və astronom Jozef Lui Laqranj akademiyanın qurucularından biri olmuşdur. Alman dilli dünyadan isə Aleksandr fon Humboldt, Fridrix Karl fon Savinyi, Karl Fridrix Qauss, Robert Vilhelm Bunzen, Leopold fon Ranke və Teodor Mommzen kimi şəxsiyyətlər akademiyanın ən mühüm üzvləri sırasında yer almışlar.
1787-ci ildən bəri akademiyanın qərargahı "Via dell'Accademia delle Scienze 6" ünvanında, həmçinin Turin Misir Muzeyinin yerləşdiyi binada fəaliyyət göstərir. Əvvəllər bu binada Yezuitlər tərəfindən idarə olunan Nəciblər Kolleci () yerləşirdi.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Алексей Николаевич Крылов: Жозеф Луи Лагранж
Kateqoriya:Turin təşkilatları Kateqoriya:1757-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:1757-ci ildə elm Kateqoriya:Turin Elmlər Akademiyası