Suat Füsun Akatlı (;) — tənqidçi, yazıçı və pedaqoq.

Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsinin Fəlsəfə bölməsindən məzun olan Akatlı, fəaliyyətinə bu bölmədə assistent kimi başlayıb. Müəllimlik peşəsinə və sənətə olan bağlılığına görə Təhsil fakültəsinin Gözəl Sənətlər bölməsinə keçərək burada Fəlsəfə tarixi, Sənət fəlsəfəsi, Epistemologiya və Dil fəlsəfəsindən mühazirələr oxuyub.

Həyatı Suat Füsun Akatlı 7 may 1944-cü ildə Ankarada anadan olub. O, jurnalist Bihin Antər və Nihat Səlcuq Akatlının qızıdır. Şair Mətin Altıokun ilk həyat yoldaşıdır. Mətin Altıokla olan nikahından qızı Zeynəb Altıok dünyaya gəlib.Suat Füsun Akatlı 7 may 1944-cü ildə Ankarada anadan olub.

1974-cü ildə doktorluq dərəcəsini tamamlayan Füsun Akatlı, 1983-cü ildə vəzifəsindən ayrılaraq reklam sahəsində kopirayter kimi fəaliyyət göstərib. 1989-cu ildə rəfiqəsi Şirin Təkəlinin dəvəti ilə Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondunun quruculuğunda iştirak edib. 1990-cı ildən ömrünün sonunadək təsisçisi olduğu bu qurumun inkişafına töhfə verib və rəhbərlərindən biri olub.

1991-ci ildə Şəhər Teatrlarının heyətinə daxil olan Akatlı, qurumun baş dramaturqu və mədəniyyət tədbirləri üzrə məsul şəxsi vəzifələrini icra edib. Eyni zamanda təsisçisi olduğu Yedditəpə Universitetinin Teatr bölməsində dərslər verən sənətkar, ona qarşı edilən təzyiqlər nəticəsində vəzifəsindən istefa verib.

Füsun Akatlı 1968-ci ildən etibarən teatr tənqidləri və köşə yazıları yazır; yazıları "Dost", "Soyut", "Varlıq", "Milliyət Sənət" kimi jurnallarda, həmçinin "Politika", "Söz", "Cumhuriyyət" qəzeti kimi nəşrlərdə dərc olunub. Prof. Dr. Füsun Akatlı vəfatına qədər Doğuş Universitetinin Kommunikasiya elmləri bölməsinin rəhbəri vəzifəsini də icra edib.

Sait Faik Hekayə mükafatı, Simavi Ədəbiyyat mükafatları, Behçet Necatigil Şeir mükafatı, Cevdət Qüdrət mükafatları və İnkılap Nəşriyyatı Ədəbiyyat mükafatlarının seçim komissiyalarının üzvü olan Akatlının nəşr olunmuş kitabları da var.

Füsun Akatlı 4 iyul 2010-cu ildə İstanbul Universiteti Tibb fakültəsi Xəstəxanasında vəfat edib. Məzarı Çəngəlköy qəbiristanlığındadır.

Əsərləri Qırmızı dimdikli qutan, 2010, Kırmızı Yayınları, ISBN 978-975-8855-81-0 Nə üçün dialekt, 2007, Kırmızı Yayınları, ISBN 978-975-9169-48-0 Fəlsəfənin gözü ilə ədəbiyyat, 2003, Dünya Yayıncılık, ISBN 978-975-304-177-5 Zamansız yazılar, 2004, Dünya Yayıncılık, ISBN 978-975-304-257-4 Mədəniyyətsizliyimizin qışı, 2003, Dünya Yayıncılık, ISBN 978-975-304-102-7 Duman fənəri, 1999, Boyut Yayın Grubu, ISBN 978-975-521-104-6 Düşüncə üfüqündə tamforsa: Ədəbiyyat haqqında esselər / Esselər haqqında yazılar, 1999, Boyut Yayın Grubu, ISBN 978-975-521-107-7 Zamanı yaşadan roman, zamana müqavimət göstərən şeir: Roman və şeir üzərinə tənqidi esselər, 1998, Boyut Yayın Grubu, ISBN 978-975-521-060-5 Hekayələrdəki dünyalar: Tənqidi məqalələr, 1998, Boyut Yayın Grubu, ISBN 978-975-521-105-3 Acı ilə, Sevgi ilə, Qəhrəmanca.., 1999, Boyut Yayın Grubu, ISBN 978-975-521-095-7 Bilgə Qarasu aramızda, 1997, Metis Yayınları, ISBN 978-975-342-168-3 .. Bir də ruhu su keçdi, 2001, Ruhi Su Kültür Sanat Vakfı Yayınları, ISBN 978-975-93741-1-2 Kompasımız fəlsəfə, 1995, Varlık Yayınları, ISBN 978-975-434-159-1 Tənha yolun ortasında, 1995, Oğlak Yayıncılık, ISBN 9789752390517

İstinadlar

Xarici keçidlər Pınar Kür’den Füsun Akatlı’ya mektup Akatlı, Füsun Türk Edebiyatı İsimler Sözlüğü

Kateqoriya:Çengelköy qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Türkiyə tənqidçiləri