Ayşəgül Kandaş (; ) — Türkiyənin Cənubi Afrika Respublikasındakı səfiri vəzifəsində çalışmış türk diplomatı. Təhsili Ayşəgül Kandaş 1985-ci ildə Robert Kollecində orta təhsilini başa vurduqdan sonra, 1989-cu ildə isə Boğaziçi Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər bölməsindən məzun olub. Kandaş İstanbul, Brügge, Sietl və Şimali Kipr Türk Respublikasındakı müxtəlif təhsil müəssisələrindən dörd magistr dərəcəsinə yiyələnib.
1990-cı ildə İstanbuldakı Mərmərə Universitetində Avropa İqtisadi Birliyi Siyasəti üzrə ilk magistr dərəcəsini qazanıb. 1992-ci ildə Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində "Beynəlxalq Araşdırmalar - Yaxın Şərq siyasəti" üzrə magistr dərəcəsini alıb. 1997-ci ildə Kandaş Brüggedəki Avropa Kollecində "Avropada Siyasi və İnzibati araşdırmalar" istiqaməti üzrə üçüncü magistr təhsilini tamamlayıb. Nəhayət, 2014-cü ildə Yaxın Şərq Universitetində "Psixoloji Məsləhət və Psixologiya" üzrə magistr dərəcəsinə yiyələnib. Karyerası O, 1989-1993-cü illərdə özəl sektorda çalışan Ayşəgül Kandaş, daha sonra isə Türkiyə Xarici İşlər Nazirliyinə karyera diplomatı namizədi kimi daxil olub. 1993–1995-ci illərdə Yaxın Şərq və Afrika üzrə Baş Direktorun müavini vəzifəsində çalışıb. 1995–1997-ci illər ərzində Türkiyənin Bakıdakı səfirliyində üçüncü katib olub. Daha sonra, 1997-2000-ci illərdə Brüsseldəki Avropa İttifaqı yanındakı Daimi Nümayəndəlikdə ikinci katib vəzifəsində çalışıb.
2000–2002-ci illərdə o, Xarici İşlər Nazirliyinin Avropa İttifaqı üzrə Baş İdarə rəisinin müavini yanında İkinci katib, sonra isə Birinci katib kimi çalışıb. 2003–2006-cı illərdə Türkiyənin Berlindəki səfirliyində Birinci katib və Müşavir vəzifələrində xidmət göstərib. 2007–2009-cu illər ərzində Xarici İşlər Nazirliyinin Konsulluq İT Xidmətləri Departamentində Bölmə rəisi və Şöbə müdiri olub. 2009–2014-cü illərdə isə Türkiyənin Şimali Kipr Türk Respublikasının Nikosiya şəhərindəki səfirliyində Birinci Müşavir və Elçi-Müşavir vəzifələrində çalışıb.
Ayşəgül Kandaş 2014-2018-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa İttifaqı üzrə Baş İdarə rəisinin müavini vəzifəsində çalışıb. 2018-ci ildən 2021-ci ilin iyun ayınadək Xarici İşlər Nazirliyində "Xaricdə Yaşayan Vətəndaşlar və Əmlak məsələləri üzrə Baş İdarə" rəisinin müavini və Səlahiyyətli nazir vəzifələrini icra edib.
Kandaş 24 iyun 2021-ci ildən 12 noyabr 2024-cü ilədək Türkiyənin Cənubi Afrika Respublikasındakı səfiri olub, eyni zamanda Lesoto və Esvatinidə akkreditə olunub.
İstinadlar