Macarıstan hökuməti () — ölkənin icraedici hakimiyyətinin ali orqanıdır və parlament qarşısında məsuliyyət daşıyır. Hökumətin vəzifə və səlahiyyət dairəsinə başqa bir dövlət orqanına həvalə edilməyən bütün məsələlər daxildir. Hökumət baş nazir və nazirlərdən ibarətdir. Baş nazir () respublika prezidentinin təqdimatı ilə Macarıstan parlamenti tərəfindən seçilir və təsdiqlənməsi üçün parlamentdəki səslərin çoxluğunu qazanmalıdır. Hökumət üzvləri parlament qarşısında and içirlər. Hökumətin tərkibi ayrıca bir qanunla təsdiq edilir; bura həm nazirliklərin rəhbərləri olan nazirlər, həm də xüsusi tapşırıqları yerinə yetirən portfelsiz nazirlər daxil ola bilər.
Macarıstanda kommunizmin süqutundan sonra çoxpartiyalı sistem fəaliyyət göstərir. Macarıstan parlamentinin 2018-ci il aprelin 8-də seçilmiş tərkibi, 1990-cı ildə keçirilmiş ilk çoxpartiyalı seçkilərdən bəri sayca səkkizinci olmuşdur. Seçkilərin nəticəsində Fides—Xristian-Demokrat Xalq Partiyası alyansı səslərin üçdə iki çoxluğunu qoruyub saxladı, Viktor Orban isə baş nazir postunda qaldı. Bu, 1 yanvar 2012-ci ildə qüvvəyə minmiş yeni Macarıstan Konstitusiyasına müvafiq keçirilən ikinci seçki idi. Həmin gün həmçinin yeni seçki qanunu da qüvvəyə minmişdir. Bu qanunla seçicilər əvvəlki 386 millət vəkili əvəzinə 199 parlament üzvünü seçmişdirlər.Az országgyűlési képviselők választásáról szóló 2011. évi CCIII. törvény. In.: Magyar Közlöny. 2011. évi, 165. sz., 41095-41099. p.
İstinadlar
Kateqoriya:Macarıstan hökuməti