İsmət Kür (;) — əsasən uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərmiş türkiyəli pedaqoq, jurnalist, köşə yazarı və yazıçı. Onun yaradıcılığına uşaq hekayələri, romanlar, memuarlar, hekayələr, şeirlər və elmi-kütləvi əsərlər daxildir. Jurnalist kimi o, "BBC World Service", "Cumhuriyet", "Barış" və "Yeni İstanbul" qəzetlərində çalışıb. O, həmçinin Ankara Radiosu, TRT və "Bayrak" radiosunda müxtəlif proqramların müəllifi olub.

Şəxsi həyatı İsmət Kür 29 sentyabr 1916-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbulda, Kadıköyün Göztəpə səmtində, yazıçı və şairlərin tez-tez baş çəkdiyi malikanədə anadan olub. Atası Avnullah Kazım jurnalist, yazıçı və siyasətçi, anası Ayşə Nazlı isə ziyalı qadın olub. Bacısı Xalidə Nüsrət Zorlutuna (1901–1984) şair və yazıçı olub. 1934-cü ildə "Soyad qanunu" qüvvəyə mindikdən sonra o, "Zorluxanqızı" soyadını qəbul etdib. Buna səbəb "İsmət" adının əsasən kişilər üçün istifadə edilməsi və qarışıqlıq yaratması olub. Atasının 6-7 nəsil öncəki əcdadları, Türkiyənin şərqindəki Ərzurum vilayətinin Zorluxan bölgəsinin bəyi (tayfa başçısı) olub.

Ədirnə Qız Müəllim məktəbini bitirdikdən sonra Ankara Qazi Təhsil İnstitutunun Ədəbiyyat fakültəsində təhsilini davam etdirmiş və 1938-ci ildə müəllimlik dərəcəsini qazanmışdır.

O, klassik musiqi və rəssamlığa pərəstiş edən riyaziyyatçı ilə ailə həyatı qurduqdan sonra, "Kür" soyadını götürüb. Bu evlilikdən onların iki qızı: jurnalist və yazıçı Pınar Kür (1943 təvəllüdlü) və heykəltəraş Işılar Kür dünyaya gəlib. Onun Pınar Kürdən olan nəvəsi Əmrah Kolukısa (1972 təvəllüdlü) NTV telekanalında proqram prodüseridir. Əmrah həm də onun nəticəsi Cemin atasıdır.

İki azyaşlı qızı ilə birlikdə təqaüd proqramı çərçivəsində ingilis dilini öyrənmək üçün Londona gedən Kür, 1953-cü ildə Kent Dram Məktəbində təhsil alıb. Kür, həmçinin 1956-1960-cı illərdə övladları ilə birlikdə Nyu-Yorkda yaşayıb. O, 1960-cı ildə Nyu-York Universitetində uşaq və gənclər psixologiyası, yaşlıların təhhsili, insan münasibətləri, təhsil tarixi və XIX əsr rus ədəbiyyatı üzrə kurslarda iştirak edib.

ABŞ-də olduğu müddətdə o, Türkiyə səfirinin həyat yoldaşı ilə birlikdə "Qadınlar Birliyi"ni təsis edib.

Müsahibələrinin birində o, uzunömürlülüyünü tennis, voleybol, xizəksürmə və gimnastika ilə məşğul olmasına, həmçinin hər səhər idman etməsinə borclu olduğunu bildirib. 2012-ci ilin sentyabrında beyin infarktı keçirərək yataq xəstəsi olan Kür, 21 yanvar 2013-cü ildə 96 yaşında evində vəfat edib. Yanvarın 23-də Təşvikiyə məscidində keçirilən dini dəfn mərasimindən sonra Ayazağa qəbiristanlığında torpağa tapşırılıb.

Fəliyyəti Marifçi və diplomat fəaliyyəti İsmət Kür 21 il boyunca türk dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. O, 1950-ci illərdə Londonda "BBC World Service"də çalışıb. 1956-cı ildə ABŞ ərazisi üzrə tələbə müfəttişinin müavini təyin edilib, sonradan isə Nyu-York şəhərində tələbə müfəttişi vəzifəsinə yüksəlib. O, həmçinin 1960-cı ilə qədər orada Türkiyənin mədəniyyət attaşesi kimi də xidmət edib. Jurnalist fəaliyyəti O, uzun müddət "Cumhuriyet" qəzetində jurnalist işləyib. "Barış" və "Yeni İstanbul" qəzetlərində isə köşə yazarı olaraq fəaliyyət göstərib. Yazıçı fəaliyyəti Kür bir çox müəllifin, xüsusilə də Kamal Tahirin (1910–1973) yaxın dostu olub. O, tədqiqat, esse, hekayə, şeir, roman və memuar janrlarında 27 kitabın müəllifidir. Eyni zamanda radio eskizləri və pyeslər də qələmə alıb. İlk şeiri 1927-ci ildə "Çocuk dünyası" jurnalında, ilk hekayəsi olan "Xoşbəxt təxəyyüllər" isə 1931-ci ilin avqustunda "Muhit" jurnalında dərc edilib.

Ankara Radiosunda yayımlanan "Uşaq saatı" proqramı üçün 100-dən çox eskiz yazıb. O, həmçinin Türkiyənin TRT və Şimali Kipr Türk Respublikasının "Bayraq" radiostansiyalarında uşaq verilişləri hazırlayıb.

Xatirələrini "Yarısı roman" (1995) və "Yıllaramı Çarptı Hızımız" (2008) adlı kitablarında nəşr etdirib. Onun Osmanlı türkcəsindəki uşaq jurnalları haqqında yazdığı "Osmanlıca uşaq jurnalları" adlı tədqiqat əsəri ona böyük məşhurluq qazandırıb. Kür ömrünün sonuna qədər yazıb.

İsmət Kür "Ədəbiyyatçılar Dərnəyi" və "Türkiyə Yazıçılar Birliyi"nin üzvü olub.

Əsərləri Uşaq ədəbiyyatı

Romanları

Memuarları

Qısa hekayələri

Elmi-kütləvi əsərləri Almanya'daki Çocuklarımızın Başarısızlık Nedenleri

Anneler Sizin İçin (1964)

Poemaları

Yaşamak (1945)

İstinadlar

Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:Nyu-York Universitetinin məzunları