Qızılart (qırğ. Кызыл-Арт, tac. Сурхкутал) — Qırğızıstan və Tacikistan sərhədində, Pamir traktı üzərində, Zaaalay silsiləsində yerləşən aşırımdır. Qırğızıstan tərəfdən sərhəd-keçid məntəqəsi Bor-Döbödür.Electronic visa information , accessed 31 January 2022. Aşırımdan Oş-Xoroq avtomobil yolu keçir. Aşırımın hündürlüyü dəniz səviyyəsindən 4280 metrdir.

Şimaldan, Alay vadisindən aşırıma qalxış olduqca mailidir və buzlaqların, qarlı zirvələrin panoram mənzərələrinin açıldığı mənzərəli dərə boyu uzanır. Aşırımdan cənuba, Markansu çayının geniş və kimsəsiz vadisinə eniş isə nisbətən dikdir.

Qalereya

İstinadlar